Bazar ertəsi günü, 09 noyabr 2026
     

Tik-toka uduzan ədəbiyyat...

Image


Yadıma gəlir, 1988-1989-cu illər idi.  İkinci-üçüncü siniflərdə oxuyurduq. İndiki uşaqlardan fərqli olaraq həyat barədə, gələcək haqqında düşüncə və məlumat ehtiyacımızı yutub, feysbuk, tik-tok kimi nəzarətsiz sosial şəbəkələrdən deyil, o zamanın ədəbiyyat yazılarından ödəyirdik.

Artıq dördüncü sinifdən başlayaraq xəyallar qurmağa başlayar, böyüyəndə hansı peşənin sahibi olacağımız barədə əməllicə baş sındırardıq. Ən tanınmış yazıçıların tələbəlik və gənclik barədə əsərlərini daha çox acgözlüklə oxuyar, bəzən həmin əsərlərdəki qəhrəmanlara bənzər xəyallar da qurardıq. Xüsusilə tələbəlik illəri, Bakıda təhsil almaq kimi daha real arzular xəyal pərimiz sayılardı. Əli Kərim, İlyas Əfəndiyev, Anar, Elçin, Əkrəm Əylisli kimi yazıçıların əsərləri diqqətimizi daha çox cəlb edirdi. O zaman “Ədəbiyyat” və “Azərbaycan” kimi nəhəng və çoxminli oxucu kütləsi olan jurnallar var idi və yaxşı yadımdadır ki, balaca bir kənddə o jurnallar evdar qadından, sovxozun mühasibindən, baza müdirindən başlamış hər kəsin istirahət günlərində ən sevimli məşğuliyyəti sayılırdı. Mühasib Kamil kişidən evdar Məryəm xalaya qədər hər kəs üçün informasiya, düşüncəsini, dünyagörüşünü yeniləmək vasitəsi sayılırdı bu jurnallar.
Bütün bu dediklərim uşaqlıq yaddaşımda ədəbiyyatla bağlı ən gözəl və həm də ən vacib xatirə kimi iz qoyub. O zaman bu iki ədəbiyyat jurnalı üstündə yaranan mübahisələr də, həm şəhərdə, həm də ən ucqar kəndlərdə insanların ədəbiyyata bu dərəcədə acgöz münasibəti də məhz o vaxtlar ictimai şüurun iliyinə qədər işləyən ƏDƏBİYYATIN qələbəsi sayılırdı. Zəkanın artması, düşüncələrin yenilənməsi birbaşa ƏDƏBİYYAT “KÖRPÜSÜNDƏN” keçib gəlirdi. Uşaqlıq illərimizdə mənəvi dəyərlər, sağlam dünyagörüşü barədə ilkin informasiyamız məhz ədəbiyyat səhifələrindən başlanardı.
Amma... amma 90-cı illərdən “dibi qurumuş ədəbiyyat”ın yerində indi nəzarətsiz, əxlaq və insan zəkasına qənim kəsilmiş xaotik, aşağı səviyyəli sosial şəbəkə “ədəbiyyatı” at oynadır. Hətta ən körpə uşaqların bütün günü sosial şəbəkələrdə eşələndiyi, insan övladının hər şey barədə ilkin informasiyanı ata və anadan daha çox sosial şəbəkələrdən əxz etdiyi bir zəmanədə yaşayırıq. Hər kəs məhz burdan oxuyur, hər kəs məhz burdan öyrənir və hər kəs də məhz buradan aldığı məlumatla düşünür. Mənfidir, olduqca təhlükəli siqmentdir sosial şəbəkələr. Xüsusilə uşaq və yeniyetmələrin dünyagörüşü və gələcək şəxsiyyət kimi formalaşması üçün əsl informasiya və ideoloji “qəssabdır” sosial şəbəkələr. Amma reallıq da budur ki, indiki zəmanə uşaqlarının, gənclərin  dünyagörüşü baxımından ən ibtidai informasiya ehtiyaclarını ödəyəcək ALTERNATİV VƏ DÜRÜST İNFORMASİYA MƏKANI da yoxdur. Onların düşüncələrini, gələcək fikirlərini, şəxsiyyət kimi formalaşmalarını nizamlayan informasiya daha yoxdur!
Açıq deyirəm, 20-30 il bundan sonrakı Azərbaycan cəmiyyətini bu sosial şəbəkələr fonunda təsəvvür edəndə indidən məni soyuq tər basır. 44 günlük tarixi zəfər müharibəsi özü çox böyük bir ədəbiyyatdır, ən populyar filmlərin ssenarisidir, yüzlərlə vətənpərvər film üçün materialdır. Bəs hanı? Zəfər tariximizə dair neçə əsərlər, poemalar yazılıb, neçə filmlər çəkilib?- ümumən götürdükdə HEÇ NƏ! Bəs onda hanı şairin-yazıçın sənin? Əsəri, romanı, hekayəsi elə bu sosial şəbəkələrdə də olsun əl-əl gəzən bircə şair və yazıçı tanımıram. Mən əsərləri, hətta yazdığı cızmağara olsa belə əl-əl gəzən yazardan danışıram. Gənclərin düşüncə və şəxsiyyət kimi formalaşmasına hakim kəsilən müasir ədəbiyyat hardadır, nədən bu sosial şəbəkələrdə acgözlüklə oxunacaq fikir və əsərlərin əvəzinə cinsi azlıq və ləçərlərin rəzalət dolu “simalarını” görməyə məhkumuq? Qurultay keçirməklə dibi qurumuş ədəbiyyata həyat vermək mümkün deyil, cənablar!

Ortada acı tablo var: məhv olmuş ədəbiyyatdan sonra ortada at oynadan, mənəvi dəyərlərimizə, uşaq və gənclərimizin şəxsiyyət kimi yetişməsinə qənim kəsilən xaotik sosial şəbəkələr!.

Bəzi qudurmuşların “saxladıqları” cinsi azlıqların öz sərvətlərini, azğın həyatlarını bütün günü reklam etdikləri, binamus-həyasız kəslərin namuslu insanlara əxlaq “dərsi” keçdikləri sosial şəbəkələr bu gün ölmüş ədəbiyyatı “əvəz” edirsə, əsl faciə budur. Bu, əsl dəhşətli və acı REALLIQDIR! Uşaq və yeniyetmələrimizin ilk “dərs alacağı” mənbə zəngin ədəbiyyat əvəzinə sosial şəbəkədəki cinsi azlıqlar və binamus fahişələr olacaqsa, onda gələcəyimiz üçün əsl üşütmə keçirməyə gecikmişik belə. Tik-toklara, feysbuklara, yutub səhifələrinə təkcə olmayan ədəbiyyatımız, düşüncə və fikirlərimiz deyil, həm də artıq bütöv bir GƏLƏCƏYİMİZ UDUZUB!

Mətləb Salahov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ