Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Kilidləri açacaq bütün açarlar içimizdə gizlidir" - Gülpəri Daşdəmir

Image


Tanınmış fərdi inkişaf mütəxəssisi Gülpəri Daşdəmir 2008-ci ildən Azərbaycanda yaşayır. Koçluk mərkəzinin rəhbəri  həyatımızın ən müxtəlif sahələrində irəliləmək üçün oxucularımızla öz təcrübələrini, tövsiyələrini  bölüşüb.

- Müsahibənin özəlliklərindən biri bilirsinizmi nə ilə bağlıdır? Azərbaycan müstəqilliyini qazandığı 90-cı illərdən sonra Türkiyədən Azərbaycana kifayət qədər, çoxlu sayda iş adamları gələrək  iş qurub, həyatını Azərbaycana bağlayıb. Amma bu qəbildən qadınlar çox deyil... Bakını seçməyiniz maraqlıdır....

- Mən Almaniyada doğuldum, Kütahyada böyüdüm... Daha sonra təhsil almaqla bərabər çalışmağa başladım. Qismət məni Azərbycana qədər gətirdi. Bu ölkə,  Bakı mənim üçün çox şeyi ifadə edir. Adım-addım gəzdim:  İsmayıllı, Zaqatala, Lənkəran, Gəncə, İmişli, Qax, Quba, Ağdaş, Mingəçevir onunla birlikdə Yevlax, Qazax, Tovuz və Qəbələ, Şəkini qarış-qarış dolaşdım, tanıdım. Hər qarışda, hər insanla təmasda məmləkətimin qoxusunu,  məmləkətimin insanını gördüm. Yəni Azərbaycanda heç yadlıq, özgəlik hiss etmədim. Hər kəs, hər yer doğmadır. İstanbul hamı üçün dünyanın ən gözəl şəhərlərindəndir. Bakını çox sevdim,  bura mənim üçün kiçik İstanbuldur.

- Ötən illər ərzində bir iş xanımı kimi hardan hara gəldiniz?

- Doğru vurğuladınız, mən   2008-ci ildə  Azərbaycana   gələndə, burda Türkiyədən gələn  iş qadınları çox deyildi. Sanki kiçik Türkiyə ilə qarşılaşdım.  İnsanlar anadolu türkcəsi ilə danışırdı.  Azərbaycanlı qardaşlarımızı başa düşməkdə, anlaşmaqda heç sıxıntı yaşamadım.Bir az öncə qeyd etdiyim kimi, İfadələrimiz, kəlmələrimiz bir-birinə çox bənzəyir. Mənim yaşadığım yerin də adət-ənənələri, dəyərləri, dili-ləhcəsi ilə demək olar ki, eynidir. 2008-ci ildə Bakıya başlayan səyahətim daimi yaşamıma çevrildi.  O zaman Azərbaycana biz 7 nəfər gəldik, amma hamısı bir il ərzində geri qayıtdılar.  Mən burdakı sevgini, insanların gözəl ruhlarını çox sevdim. Zamanla doğru seçim etdiyimi anladım. Bakıda yaşamaqdan çox məmnunam. Azərbaycana gəldiyim zaman NLP kuantumun R2 təcrübələri, xüsusilə kouç və psixologiya ilə ciddi maraqlanır, təlimlərdə iştirak edirdim. Bu mövzuda inkişaf etməyə çox qərarlı idim. Hesab edirdim ki, doğru suallar və doğru cavablar insanın həyatında çox gözəl qapılar açır və inkişafını artırır. İllərlə həm Türkiyə, həm də Amerika, İngiltərədə yaşadım, dünyada ilk üçlükdə yer alan koçun birindən uzun müddət təlimlər aldım. Öyrəndim ki, dünyadakı bütün problemlərin çözümü özünü sevmək, sevgi duyğusudur. Təlimlər aldıqdan, peşənin sirrlərini mənimsədikdən sonra koç olaraq mentorluğa başladım.

 - Koç xidmətlərini oxuculara qısaca necə şərh edərdiniz?

 - Koç xidməti uzun illərdir ki, mövcuddur.  Amma  xüsusilə son illərdə çox ciddi inkişaf edən və böyük şirkətlərin, ailələrin, tələbələrin, xanımların və özünü inkişaf etdirmək istəyən hər kəsin həyatında ciddi dəyişiklik edən bir sistemdir.  Doğru suallar, doğru düşünməyi və düşünmək də doğru cavabları tapmağa gətirir. Koç şəxsin öz səyahətini özünün müəyyənləşdirməsi üçün yol xəritəsidir. İçimizə dönüb nə düşündüyümüzün, nə hiss etdiyimizin fərqinə varanda hansı addımların doğru  olduğunu dərk edirik. Cavablar əslində açardır,  kilidləri açacaq bütün açarlar içimizdə gizlidir. Biz koç kimi, insanların bu açarları kilidə taxmasını, açmasını və kəşf etməsini təmin edirik. Özəl mentorluqla məşğulam və insanlara öz bilik və bacarıqlarını ortaya çıxarmaq üçün dəstək verirəm.

- Sizcə bu gün cəmiyyət yeni sayılan bu xidmətlərə nə qədər açıqdır, nə qədər faydalana bilir?

- Azərbaycanda insanların, xüsusilə qadınların inkişafa maraqları aydın görünür. Evdar anaların, iş qadınlarının, gənc qızların  özlərini inkişaf etdirməyə yönəlik cəhdləri bir qadın olaraq məni sevindirir.  Bu istiqamətdəki fəaliyyətim nəticəsində  çox gözəl xanımlar tanıdım. Kouç kimi zamanla onların, ailələrinin həyatında, iş dünyalarında dəyişikliklərin şahidi olduq.  Azərbaycanda kouçluq təlimlərinin geniş yayıldığını və insanların həyatına  çox şeylər qatacağından əminəm.

  - Qadınlarla çox işlədiyiniz üçün soruşmaq istərdik: Azərbaycanda qadınların sahibkarlığa,  biznes mühitinə maraqları barədə fikirləriniz nədir?

  - Azərbaycan  qadınlarının  məqsədi ailəsinə, cəmiyyətinə  fayda verməkdir. Bu qadın inkişafının göstəricisidir.  Həyat şəraitini daha da gözəlləşdirmək, uşaqlarını ən gözəl şəkildə yetişdirmək, çevrəsindəki insanlara faydalı olmaq istəyən qadın güclüdür. Mən bu nöqtədə Azərbaycan qadınlarını alqışlayıram.

  - Sizcə  xanımlar şəxsi inkişafa nə qədər maraq göstərirlər?

 - Bütövlükdə Azərbaycan qadını  inkişafa çox açıqdır. Ümumiyyətlə türk qadınları zəkası, ailə dəyərləri, çalışqanlığı, mərdliyi, qəhrəmanlığı ilə seçilirlər. Fərqli frekanslarda yaşayırıq, zaman öz tələblərini diktə edir. Onlardan birincisi bəlkə də öz üzərində işləmək, bilik-bacarıqları artırmaqdır. Bəli bu gün elə sahələr var ki, onlar məktəblərdə, universitetlərdə tədris olunmur. Və ya ali təhsil almayanlar belə müəyyən kurslar, təlimlərdən sonra özləri bir peşə sahibi ola bilərlər.  Bu gün bacarıqların fərqində olub, onları ortaya çıxarmaq və istifadə edə bilməkdir. Hesab edirəm ki, müxtəlif kurslar keçmək,  kouç xidmətləri almaqda ciddi fayda var.

 -  Gülpəri xanım təəssüf ki, bu ilin fevral ayı  bütün dünya üçün, türk dünyası üçün asan olmadı.  Məlum zəlzələ hamımızı sarsıtdı... Kouç olaraq fikriniz maraqlıdır.  Belə bir durumda insanların acıya, dərdə təslim olması deyil, təbii fəlakətin nəticələrini, ağrısını birlikdə aşması üçün nəyə ehtiyacı var?  

- Nə yazıqlar ki, dünyamız zaman-zaman müharibələr,  təbii fəlakətlər, zəlzələlər, sel fəlakətləri  yaşayır. Fəlakət  insanların sevdiyini, doğmalarını itirməsidir.  Əlbəttə, kouç olaraq hesab edirəm ki,  nə qədər ağır da olsa, insanlar itgiyə deyil,  ayaqda durmağa fokuslanmalıdır.  Biz dünyadakı bütün problemlərə, savaşlara, təbii fəlakətlərə   iradəmizi toplamaqla, möhkəm psixologiya ilə davam  gətirə bilərik.  Bir insan özü güclüdürsə, ətrafına da faydalı ola bilər. Xüsusilə  təbii fəlakətlərin, savaşların  artdığı son illərdə  bütün dünyada kouçlara daha çox ehtiyac var. Bəzən duyğularımızın, itkilərimizin içində itib batırıq, bəzən özümüzə gəlməyə çətinlik çəkirik və s. Tam bu nöqtədə hər kəsin bir kouça  ehtiyacı var. Mən insanlarla "özünə kouçluq et, kouç ol" prinsipi ilə işləyirəm. Həyat doğumdan ölümə qədər sürprizlərlə doludur. Müasir insan özü özünün bütün sahələrdə inkişafında maraqlı olmalıdır. Necə demişlər, hər kəs özü özünün həkimi olmalıdır.  Belə olmasa, digər çətin vəziyyətdə olan insanlara yardım edə bilmərik. Vəziyyətləri, təbii fəlakətləri və ya kataklizimləri dəyişdirmək mümkün deyil, ancaq özünüzü, yanaşmanızı dəyişə bilərsiniz.  Ən böyük məsuliyyət budur. Kouçluq daxilinizə səyahətlə, daxili dəyişikliyinizlə başlayar.

-  Demək ki, həyatımızda kouçların  əhəmiyyətli yeri var?

 - Əlbəttə, düşünə bilmədiyimiz hadisələri izləyirik. Stabil olmayan günümüzdə hər kəsin öz daxili hüzurunu tapa bilməsi çox vacibdir.  Əslində bu gün hamımızın ən çox hüzura ehtiyacı var. Hüzurla həmahəng olmaq  çox qiymətlidir. Bu zaman uğuru da asanlıqla əldə etmiş olarıq.  Bir kouç kimi bacardığım qədər bütün türk dünyasına xidmət etməyə hazıram: fərdin inkişafı,  biznes sahəsində, performans koçluğu, gənclərin inkişafından tutmuş ikili münasibətlərə qədər. İnsanların həyatına toxunmağı çox sevirəm, bu məni xoşbəxt edir.

Məhruzə Həmidova



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ