Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Halal"da donuz əti, mal yerinə toyuq əti - AQTA bunları bilir, lakin... - MÜSAHİBƏ

Image


AQTA-nın kolbasa və sosiska məhsullarında apardığı yoxlamalarının nəticəsi heç də ürəkaçan olmayıb. Belə ki, məhsulların bəziləri “halal” adı ilə satışa çıxarılsa da, onların tərkibində donuz əti aşkarlanıb.

Bəzi şirkətlərin istehsal etdiyi kolbasa və sosiskaların tərkibində isə mal əti əvəzinə toyuq əti müəyyən edilib.  Bir sözlə, istehlakçıların aldadılması və ziyanlı məhsullarla təmin olunması prosesi hələ də davam edir.

  • “İstehlakçılar bilməlidirlər ki, başqa ölkələrdən gələn mallar, xüsusən ət məhsulları risklərə məruz qalır”

Bu mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla həmsöhbət olduq.

- Eyyub müəllim, hazırda ölkəmizdə kolbasa və sosiska istehsalı hansı səviyyədədir?

- Azərbaycanda normal standartlara uyğun kolbasa istehsalı müəssisələri olsa da, 20-yə qədər kolbasa məhsulunun hazırlanması üçün əti necə gəldi əldə edən istehsalçılar da mövcuddur. Bu, hökumətin yanlış siyasətinin nəticəsidir. Qərara görə, biznes qurumlarına toxunmaq olmaz, vergi ödəyirlər. Bu da istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

Hətta mən xaricdə təhsil almış ət məhsulları üzrə mütəxəssislərdən bu haqda soruşmuşam. Onlar deyirlər ki, biz özümüz də bilmirik bu kolbasaların içində nə var. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında aparılan yoxlamalar da sübut etdi ki, ölkənin əmtəə bazarındakı kolbasaların çox hissəsinin tərkibindən ətdən başqa nə desən var. Kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya, heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır. Kolbasa-sosiska məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur. Son illərdə isə kolbasa və sosisləri hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb.

- Belə bir fikir formalaşıb ki, kolbasalar ucuz və keyfiyyətsiz ətdən hazırlanır. Bu fikir nə dərəcədə əsaslıdır?

- Ölkədə kiloqramı 7 manata olan ət var. Bu ət qocalmış heyvan ətləridir və yalnız kolbasa üçün yarayır. Lakin kolbasa istehsal edən müəssisələrin çoxu bu ətdən yox, mənşəyi məlum olmayan xaricdən gətirilmiş keyfiyyətsiz ətdən istifadə edirlər.

- Bu gün bazarda yerli istehsalla yanaşı, xarici kolbasalarda üstünlük təşkil edir. Alıcıların əksəriyyəti Belarus və ya Rusiya istehsalı olan kolbasaların keyfiyyətli olduğuna inanır

- Bazarın 70 faizini xarici kolbasalar təşkil edir. 30 faizi də yerli kolbasalardır. Bu da marketlərin və hökumətin səhv siyasətinin nəticəsidir. Əhali xarici kolbasaların, xüsusən Rusiyadan, Belarusdan gələn kolbasaların keyfiyyətli olduğuna inanır. Məlumat üçün deyim ki, Azad İstehlakçılar Birliyi, Beynəlxalq İstehlakçı Təşkilatının üzvüdür. Dünyanın 123 ölkəsi ilə bizim əlaqələrimiz var. Aldığımız məlumatlar göstərir ki, xarici ölkələrdən xüsusən, Rusiyadan, Belarusdan, Ukraynadan gələn kolbasalar heç də istehlakçının tələbatına uyğun deyil. Bu məhsulların çoxunda dadlandırıcı boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artırmaq məqsədilə soyadan, toyuq dərisindən və s. istifadə olunur. Məhsulların üzəri isə cəlbedici olsun deyə ekzotik olaraq bəzədilib. İstehlakçılar bilməlidirlər ki, başqa ölkələrdən gələn mallar, xüsusən ət məhsulları risklərə məruz qalır. Bir sözlə uzaq ölkələrdən gətirilən bütün ərzaq malları, tək kolbasalar deyil, bütün mallar riskli hesab edilməlidir. Onların bəzəkli etiketinə, tərkibinə aldanmaq olmaz. Xüsusən xarici ölkələrdən gələn kolbasa və sosiska məmulatlarının üzərini diqqətlə oxumaq lazımdır. Bundan başqa illərdir ki, deyirik ki, istehlakçılar üçün məlumat standartları müəyyən olunsun. Böyük hərflərlə bütün malların üzərində tərkib haqda məlumat yazılsın. İstehlakçılar üçün məlumat standartları müəyyən edilmədikcə donuz dərisini də, toyuq dərisini də, digər heyvanların dərisini də əhaliyə yedirdəcəklər. Tərkib haqda məlumatların olduqca kiçik şriftlərlə yazılması aldadıcı fəndlərdəndir. Bütün hallarda istehlakçıları aldıqları malların üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıram. Kolbasanın çeşidindən və ona təsir edən amillərin xüsusiyyətindən asılı olaraq xarab olmasını göstərən əlamətlər müxtəlif olur. Xarab olmağa başlayan bütün kolbasa növləri üçün ümumi səciyyəvi xüsusiyyət onun səthində müxtəlif dəyişmələrin əmələ gəlməsidir. Belə ki, rəngin bozarması, yapışqanlı mayenin və kifin əmələ gəlməsi, üzərini örtən qabığın ətdən ayrılması, kolbasa ətinin yumşalması və su verməsi, xoşagəlməz qoxu məhsulun xarab olmasını göstərən başlıca əlamətlərdir. Ona görə də kolbasa məmulatlarını alarkən istehlakçılar diqqətli olmalıdır. Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən və ya bu müddətləri ötən kolbasaları almamalıdır.

- İstehlakçı kolbasanın keyfiyyətli olub-olmamasını necə müəyyən edə bilər?

- Kolbasanın çəhrayı-qırmızı rəngdə olması istehsal  prosesində xam məhsulların yekun məhsula qədər keçdiyi mərhələlərdə düzgün ardıcıllığa riayət edilməsindən xəbər verir. Qəhvəyi və ya bozumtul rəngin formalaşması isə məhsulun korlandığını və ya tezliklə korlanacağını göstərir. Hisə verilmiş kolbasaların rəngi isə ətin növü və istifadə olunan texnoloji prosesdən asılıdır. Məhsulda göy və ya yaşıl ləkələr nişastanın miqdarının çox olması ilə bağlıdır. Kolbasanın keyfiyyət göstəricilərindən biri də əsas tərkib komponentlərindən olan yağların rəngidir. Bunu kəsilmiş kolbasa məhsulunda daha aydın görmək olar. Keyfiyyətli məhsulda yağ ağ, keyfiyyətsiz məhsulda isə sarı rəngdə olur. Sosislərin istehsalında da texnoloji prosesin pozulması nəticəsində məhsulun keyfiyyətində bir sıra nöqsanlar baş verə bilər. Keyfiyyətli sosis elastik olmalıdır. Məhsula yüngül təzyiq edildikdə qısa müddət ərzində öz əvvəlki formasına qayıtmalıdır. Əks halda bu, sosisin tərkibində zülal və qatqı maddələrinin miqdarının çox olmasından xəbər verir. Bundan başqa, kolbasa, sosis və sardelkalardan təzə və xoşagələn qoxu gəlməlidir. Ədviyyatların ətri kəskin duyularsa, bu, xammalın keyfiyyəti ilə əlaqədar şübhə doğurub.

- “Halal” brendi ilə satışa çıxarılan məhsulların heç də  halal olmadığı zamanla sübut edilib. Bu problem necə həll olunmalıdır?

- Ölkədə halal sertifikatlaşdırma ilə bağlı problemlər yaşanır. Üzərində “halal” yazılmasına baxmayaraq tərkibində donuz əti aşkarlanan məhsulları bazara çıxarmaq qətiyyən yolverilməzdir.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ