çərşənbə günü, 03 iyun 2026
     

Azərbaycana ən çox narkotik ötürən ölkə İrandır...

Image


Aparılan araşdırmalar göstərir ki, Azərbaycana gətirilən xarici ölkə mənşəli narkotik vasitələrin 95 faizindən çoxu İranın payına düşür. Bu vasitələr İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilir. Azərbaycanın müvafiq qurumlarının bütün preventiv tədbirlərinə baxmayaraq, İran hələ də bədxah əməllərindən əl çəkmir.

Təəssüf doğuran hallardan biri də budur ki, Azərbaycanda narkomanların sayında da artım var. Elə statistik rəqəmlər son illərdə Azərbaycanda narkomaniyanın və narkocinayətkarlığın vəziyyəti və dinamikasında artımın müşahidə olunduğunu göstərir. Narkotiklərlə bağlı cinayətlər Azərbaycanın bütün regionlarına yayılıb, bu kriminal əməllərin mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilmə faktları da xeyli artıb. Beynəlxalq mütəşəkkil cinayətkar narkosindikatların Azərbaycanın əlverişli geocoğrafi mövqeyindən və geosiyasi vəziyyətindən istifadə edərək ölkə ərazisindən narkotik vasitələrin və psixotrop maddələrin Asiya ölkələrindən Avropaya, MDB və Şimali Amerika ölkələrinə qanunsuz daşınmasında tranzit-keçid məntəqəsi, tranzit ölkə kimi istifadə etməyə çalışırlar. Bu sırada İrana bağlı şəxslər daha çox seçilir. Hazırda dünya ölkələri kimi Azərbaycan üçün də narkomaniya problemi aktuallağını qoruyur. Dövlət Statistika Komitəsinin açıqladığına görə, 2017-ci ildə Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınan cinayətlərin sayı 2 min 899 olmuşdu. Növbəti illərdə bu say ardıcıl artıb. Ötən ilin yekununda belə hallarla bağlı 10 min 665 cinayət qeydə alınıb. Başqa sözlə, beş il içində dörd dəfəyə yaxın artımdan söhbət gedir. Bugünlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ötənilki fəaliyyətinə dair illik hesabatını açıqlayıb. Açıqlanan bilgilərdən bəlli olur ki, ölkədə narkotik maddələrin saxlanması ilə bağlı cinayətlər daha çoxdur. 2018-2022-ci illərdə Azərbaycanda narkotik vasitələrlə bağlı qeydə alınmış cinayət faktlarının yarısından çoxu - 59 faizi məhz bu tip maddələrin saxlanması ilə bağlıdır. Qeydə alınan cinayətlərin daha 35 faizi narkotik maddələrin satışına görə açılıb. Belə cinayətlərin daha 5 faizi narkotik vasitələrin əkini ilə bağlı olub. Bu cinayətlərə görə 2018-2022-ci illərdə ölkədə toplam 25 min 436 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 591 nəfəri qadın, 401 nəfəri xarici ölkə vətəndaşı olub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı məlumatlardan aydın olur ki, Azərbaycanın cənub bölgələrində - Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınan narkotik istifadəçilərinin sayı daha yüksəkdir. Hesabatda əksini tapan xəritədən üzə çıxır ki, ötən il ölkənin toplam 18 rayon və şəhərində dövriyyədən çıxarılan narkotik maddələrin çəkisi 100 kiloqramı aşıb. Leriki çıxmaqla, Lənkəran-Astara iqtisadi rayonuna daxil olan digər bütün rayonlar – Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad həmin 18 bölgə arasındadır. Eyni zamanda, İranla sərhəddə yerləşən Biləsuvar, Füzuli, Beyləqan və Kəngərli rayonları da il ərzində dövriyyədən çıxarılan narkotik maddələrin çəkisinin 100 kiloqramdan artıq olduğu rayon və şəhərlər arasındadır. Rusiya ilə sərhəddə yerləşən Qusar, Xaçmaz və Balakən rayonlarında da ilboyu 100 kiloqramdan çox narkotik maddə ələ keçirilib. Əhalinin hər min nəfərinə düşən qeydə alınmış narkotik istifadəçilərinin sayına görə ilk yeri Lənkəran tutur. Burada hər min nəfərə 16 narkoman düşüb. Təkcə ötən il Lənkəranda narkotiklərlə bağlı 379 cinayət faktı qeydə alınıb. İl ərzində rayonda 102 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb.

Narkotik istifadəçilərinin sayına görə ikinci yeri Şirvan şəhəri tutur. Burada əhalinin hər min nəfərinə düşən narkotik istifadəçilərinin sayı 12 nəfərdir. Şirvan şəhərində ötən il ərzində narkotiklərlə bağlı 331 cinayət faktı qeydə alınıb. Narkotik istifadəçilərinin sayına görə ən yüksək göstəricinin qeydə alındığı üçüncü bölgə Salyan rayonudur. Burada əhalinin hər min nəfərinə 9 narkotik istifadəçisi düşür. Sumqayıt (9 nəfər), eləcə də Astara və Yevlax (5 nəfər) da narkotik istifadəçilərinin sayına görə ilk beşlikdə qərarlaşıb. Dövlət Komissiyasının açıqladığı hesabatda Bakının rayonları üzrə göstəricilər də ayrıca nəzərdən keçirilib. Açıqlanan bilgilərdən bəlli olur ki, Bakıda narkotik istifadəsinə görə durumun ən kəskin olduğu rayon Yasamaldır. Burada əhalinin hər min nəfərinə 9 narkotik istifadəçisi qeydə alınıb. İkinci yerdəki Suraxanı rayonunda bu göstərici beş nəfərdir. Ötən il Yasamal rayonunda narkotik vasitələri ilə bağlı 509 fakt qeydə alınıb və 395 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bir il ərzində rayon ərazisində ələ keçirilən narkotik vasitələrin həcmi 279 kiloqramı aşıb. Açıqlanan məlumatlardan  o da aydın olur ki, son beş ildə ölkədə dövriyyədən çıxarılan narkotik vasitələr arasında ən çox yer tutan heroindir. 2018-2022-ci illər ərzində Azərbaycanda 11.5 ton heroin ələ keçirilib. Bu, dövriyyədən çıxarılan bütün narkotik vasitələrin 51.6 faizidir. Hüquq- mühafizə orqanları tərəfindən ən çox ələ keçirilən ikinci narkotik vasitə növü marixuanadır. Son beş ildə 5.8 ton marixuana ələ keçirilib. Bu, dövriyyədən çıxarılan narkotiklərin 26.3 faizi deməkdir. Bunlardan başqa, 2.1 ton tiryək (9.6 faiz), 306 kiloqram həşiş (1.3 faiz), 6 kiloqram kokain (0.02 faiz) və 2.4 ton psixotrop maddələr də dövriyyədən götürülüb. Xatırladaq ki, narkotikdən istifadə İnsan İmmun Çatışmazlığı Virusunun (İİV) da əsas ötürücülərindəndir. Rəsmi rəqəmlərə görə, 1987-2022-ci illər ərzində Azərbaycanda toplam 10 min 136 nəfər bu virusa yoluxub. Yoluxma hallarının 3 min 558-i - 35.1 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilər bir ailənin 5 üzvünü qətl etdi -Bakıdakı dipmissiyalar susdu...

Bakıda iqlimin kəskin dəyişməsinin səbəbi bilindi - inanmayacaqsınız, lakin...

Suriya terrorunda əli olan "Holcim"in Azərbaycandakı fəaliyyətinə də növbə çatdı...

SON XƏBƏRLƏR

03.06.2026 / 15:09
Tramp anons etdi -iyunda Əliyevlə Paşinyan son saziş imzalaya bilər...

03.06.2026 / 14:55
BTQ ilə Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalandı

03.06.2026 / 14:43
Azərbaycanın 94-dən başlamış "enerji yüksəlişinin" 32 illik sonucları...

03.06.2026 / 14:22
Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutuldu

03.06.2026 / 14:16
Noyabrın 9-da Şuşada şəhid oldu -Elvin Məmmədzadənin nişanlısına ürək parçalayan son məktubu...

03.06.2026 / 13:57
"Böyük Qayıdış 5 milli prioritetdən biridir" - Dövlət Komitəsinin sədr müavini

03.06.2026 / 13:46
Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə mübarizəsi dünyada təqdir edildi

03.06.2026 / 13:23
Məcburi köçkünlərin mülkiyyət hüququ ilə bağlı yeni mexanizm yaradılır

03.06.2026 / 13:10
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını Moskvanın əleyhinə dəyişir...

03.06.2026 / 13:09
İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır...

03.06.2026 / 13:06
"Məcburi köçkün” kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar" - Zahid Oruc

03.06.2026 / 12:59
TRIPP layihəsi Cənubi Qafqazda sülhün məhək daşına çevrilir

03.06.2026 / 12:43
Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb

03.06.2026 / 12:35
Azərbaycan iki günə ABŞ şirkətlərindən 8 milyard dollar investisiya cəlb etdi

03.06.2026 / 12:24
Rusiyada böyük həyəcan: Ermənistan Bakı və Ankaradan asılı vəziyyətə düşəcək

03.06.2026 / 12:18
Ermənistanın Rusiyaya ixrac etməyə məhsulu qalmadı, Kreml hər şeyi qadağan edir

03.06.2026 / 12:06
Mərkəzi Bankın yeni binasının açılışı oldu - FOTO

03.06.2026 / 11:53
ABŞ və İsrailin İranda rejim dəyişikliyi planlarının necə pozulduğu ortaya çıxdı - keçmiş kəşfiyyat şefindən ŞOK İDDİA...

03.06.2026 / 11:30
"Qayıdış Konsepsiyası" beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır" - Əziz Ələkbərli

03.06.2026 / 11:17
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli olacaq....

03.06.2026 / 10:23
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı

03.06.2026 / 09:50
Bakıda Hindistanın etnik azlıqlara qarşı repressiyalarına həsr olunmuş konfrans keçirilir...

03.06.2026 / 09:48
Naməlum şəxs bankda bir neçə nəfəri girov götürdü...

03.06.2026 / 09:37
İran Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını vurdu...

03.06.2026 / 09:28
Xankəndidə "Qarabağ Mənzərələri" adlı etüd-sərgi təşkil olunub

03.06.2026 / 09:12
Rusiya Ermənistandan bəzi kənd təsərrüfatı məhsullarının idxalını qadağan etdi...

03.06.2026 / 09:10
İrəvanın verilməsinə qarşı çıxanlar...

03.06.2026 / 08:44
Naxçıvanın tarixinə aid dəyərli tapıntı - İlandağ yazısı...

02.06.2026 / 22:08
“Trampın dünyada neft məsələsini normal məcraya qaytarması” nə deməkdir?

02.06.2026 / 21:55
Rubio TRIPP layihəsini Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəri adlandırdı

02.06.2026 / 21:43
Azərbaycan Mərkəzi Asiyanın qaz ixracatçılarına böyük şans açır...

02.06.2026 / 21:20
Neft hələ hər şey deyil, ağıllı neft siyasəti daha vacibdir...

02.06.2026 / 20:53
Pul olmasa ordu da olmazdı, ərazilər də işğalda qalardı...

02.06.2026 / 20:41
Aqrar Sığorta Fondu - Azərbaycan kənd təsərrüfatının yeni qalxanı

02.06.2026 / 20:07
Ermənilərin apellyasiya məhkəməsində vəsatətlərə baxıldı

02.06.2026 / 19:51
ABŞ-la Azərbaycan arasında yeni sazişlərinin ümumi dəyəri 8 milyard dolları keçdi...

02.06.2026 / 19:35
"ABŞ Azərbaycanın enerji sektoruna konkret investisiyalar planlaşdırır" - Kaleb Orr

02.06.2026 / 19:22
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirildi

02.06.2026 / 18:53
Pezeşkian Prezident İlham Əliyevi təbrik etdi

02.06.2026 / 18:27
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığında yeni səhifə açıldı - kritik minerallar sahəsi...

02.06.2026 / 18:08
Makron Trampı Ukrayna ilə şantaj etdi - həyat yoldaşı haqqında dərc olunan yazılara görə

02.06.2026 / 18:01
Rusiya FSB məmurların izlənməsi üzrə casus proqramını ifşa etdi

02.06.2026 / 17:36
DİN-də yeni təyin olunmuş hakimlərlə görüş keçirildi - FOTO

02.06.2026 / 17:14
- ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər Xiyabanını ziyarət etdi

02.06.2026 / 16:33
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi - FOTO

02.06.2026 / 16:25
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirildikdən sonra istifadəyə verildi

02.06.2026 / 16:04
Narkoloji tibbi qeydiyyat barədə arayışı da ASAN Xidmət verəcək - FƏRMAN

02.06.2026 / 15:51
Paşinyan Putini arxayınlaşdırır, Avroittifaq Moskvanı hədələyr...

02.06.2026 / 15:44
Çexiya mediası Bakıda mühakimə edilmiş Vardanyandan yeni qəhrəman düzəldir...

02.06.2026 / 15:16
Putin Paşinyanı "tumarlaya-tumarlaya" iqtisadi uçuruma aparır - plan baş tutar, tutmaz...

02.06.2026 / 15:10
Paşinyanı devirmək üçün 500 desantçı ilə əməliyyat çağırışı...

02.06.2026 / 15:07
Əməkdar jurnalist Əminə Yusifqızı: Öz əmim oğlu indiyə kimi deyir ki, o vaxt məndən yazmışdın - MÜSAHİBƏ

02.06.2026 / 15:02
Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

02.06.2026 / 14:47
Prezident enerji keçidinə yeni baxış etdi -"İqtisadi təhlükəsizlik məsələsi"...

02.06.2026 / 14:46
Üç əsrlik enerji strategiyasının üç mərhələsi -Bakı Enerji həftəsində yenilik...

02.06.2026 / 14:43
Əliyevdən neft ölkələrinə misilsiz töhfə -dünya faydalı qazıntılarsız yaşaya bilməz...

02.06.2026 / 14:00
İran Hörmüz boğazını nüvə proqramından daha təsirli təzyiq alətinə çevirdi...

02.06.2026 / 13:55
"Bakı-Supsa" boru kəmərinin operatorluğu Azərbaycan və Gürcüstana verilir

02.06.2026 / 13:47
Azərbaycan "Yaşıl enerji" ixracının 2-ci maraqlı variantı gündəmdə...

02.06.2026 / 13:37
Paşinyan Putinin Avroittifaq referendumu təklifini birmənalı rədd etdi...

02.06.2026 / 13:26
Avropa İttifaqı arzuolunmaz miqrantları deport etməyə ölkə axtarır - bir türk dövləti təkzib etdi...

02.06.2026 / 13:21
Avropa rus nefti üçün "tavan qiyməti" 45-dən 65 dollara qaldırmayacaq...

02.06.2026 / 13:11
Bakı Enerji Həftəsində Azərbaycan milyardlarla dollar gətirən sazişlər imzaladı...

02.06.2026 / 13:05
Kreml İrəvana məktub göndərdi - almaz sazişi də ləğv edilir...

02.06.2026 / 11:48
Tramp Azərbaycanda iki ildir boş qalan səfir postuna namizədini açıqladı - Olden kimdir?...

02.06.2026 / 11:27
Prezident İlham Əliyev Sercio Mattarellaya təbrik məktubu ünvanladı

02.06.2026 / 11:09
Əli Əsədov yeni Komissiya yaratdı...

02.06.2026 / 09:58
"Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biridir" - SOCAR prezidenti

02.06.2026 / 09:41
Aİ ölkələri Orta Asiyada qaçqın mərkəzləri yaradır? - Qazaxıstan təkzib etdi

02.06.2026 / 09:30
Hollandiya muşketyor D`Artanyanın qalıqları üzrə qazıntıları qanunsuz elan etdi

02.06.2026 / 09:27
Ukraynaya son ayların ən böyük hava hücumu – Rusiya Xəzərdən də raketlər buraxdı...

02.06.2026 / 09:10
Tramp İranla bağlı istehzalı paylaşım etdi

02.06.2026 / 08:54
Tramp İranla yekun razılaşma ilə bağlı konkret tarix açıqladı - Netanyahuya xəbərdarlıq edildi...

02.06.2026 / 08:50
Azərbaycan və ABŞ arasında TRIPP layihəsinin icrası məsələləri müzakirə olundu

02.06.2026 / 08:43
"Qlobal enerji gündəmi Bakı Enerji Həftəsində formalaşır" - Vüqar Rəhimzadə

02.06.2026 / 00:22
Netanyahu Trampın açıqlamasını tanımadı - hücumlar davam edəcək...

01.06.2026 / 23:57
İsrail Beyrutu vurdu, təyyarəsi şəhərə enməyə çalışan alman nazir ölümdən döndü - Berlin şokda...

01.06.2026 / 23:40
İran ABŞ-la danışıqları dayandırıb İsrailə xəbərdarlıq etdi – bölgəni təxliyə edin, vuracağıq...

01.06.2026 / 23:35
Binəqədidə yol polisinə müqavimət göstərən sürücü saxlandı

01.06.2026 / 22:56
Pomidor, bibər və çiyələkdən sonra indi də balıq - Rusiyadan Ermənistana yeni məhdudiyyət...

01.06.2026 / 22:29
Türk mediasından ilginc xəbər - hakim partiyada növbədənkənar seçki tərəddüdləri var...

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ