Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Avropa Parlamenti Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə vahid yanaşma metodunu dəstəklədi, Ermənistanın təklifi keçmədi...

Image

Yanvarın 16-da Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqı Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə illik Hesabatın müzakirəsi olub. Bu Hesabat hər ilin sonunda AP-nin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanır və Plenar sessiyaya təqdim olunmazdan öncə siyasi qruplarda, daha sonra Komitənin özündə geniş müzakirə olunur. Müzakirələr zamanı AP üzvləri mənsub olduqları siyasi qruplar adından düzəlişlər və əlavələr etmək hüququna malikdirlər. Plenar sessiyanın müzakirəsinə təqdim olunana qədər bu Hesabatın üzərində kifayət qədər əlavə və düzəliş işləri aparılır.

Ənənəvi olaraq, bu Hesabatda Avropa İttifaqının ötən il ərzində xarici siyasət sahəsində apardığı fəaliyyət təhlil olunur və növbəti il üçün qarşıda duran vəzifələr, eləcə də beynəlxalq siyasətdə yer alan tendensiyalara münasibətdə Avropa İttifaqınin strategiyası müəyyənləşdirilir. Hesabat AP-də müzakirə olunub qəbul edildikdən sonra Aİ-nın xarici siyasət fəaliyyəti üçün doktrinal sənəd rolunu oynayır. Bu baxımdan həmin sənədin hansı şəkildə qəbul olunması, xüsusilə də Azərbaycanın da daxil olduğu Şərq tərəfdaşlığı ölkələrinə münasibətdə Aİ-nın siyasətində hansı istiqamətlərin müəyyən edilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Plenar sessiyada iştirak edən 704 nəfərdən 454 nəfərin lehinə və 148 nəfərin əleyhinə səs verməsi ilə qəbul olunmuş bu ilki Hesabatda Azərbaycanın maraqlarına cavab verən və ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına xidmət edən bir sıra müddəalar yer alıb.  Belə ki, artıq 3-cü ildir  Aİ Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Hesabatında bütün Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və ən başlıca məqam ondan ibarətdir ki, budəfəki sənəddə ərazi bütövlüyü məsələsi “beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində” ifadəsi ilə birgə təqdim olunur ki, bu da məhz Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşür.Sənəddə həmçinin ŞT-a daxil olan bütün ölkələrdə münaqişələrdən əziyyət çəkən insanlara münasibətdə də eyni yanaşma sərgilənir və onlara lazımi yardımların göstərilməsininzəruriliyi vurğulanır.

Əvvəlki illərdə olduğu kimi, bu dəfə qəbul olunmuş sənəddə də ermənipərəst qüvvələrin təklif etdiyi düzəlişlər, xüsusilə “xalqların öz müqəddəratını təyinetmə hüququ” ifadəsi hesabatda yer almayıb və bu da bizim maraqlarımıza tamamilə uyğundur. Bu artıq onu göstərir ki, Şərq tərəfdaşlığı ölkələri ərazilərində baş verən münaqişələrə Aİ-nın yanaşması sabitləşib, bütün münaqişələrə eyni prizmadan, yəni beynəlxalq hüquq nopmaları prizmasından baxılması vahid yanaşma metodu kimi qəbul olunub.

Keçən il AP-ə seçkilərdən sonra Federika Mogerinin xidmət müddəti başa çatıb və Aİ-nin xarici siyasət və təhlükəsizllik məsələləri üzrə yeni Ali nümayəndəsi İspaniyanın sabiq Xarici İşlər naziri Jozef Borel seçilib. Bu sənəd cənab Jozef Borrelin öz fəaliyyətində rəhbər tutacağı vacib bir siyasi sənəddir və  yeni Ali nümayəndə tərəfdaş ölkələrə dair siyasətini müəyyənləşdirərkən mütləq qaydada bu sənədə istinad edəcək. Bu sənəd Avropa Komissiyasının fəaliyyəti üçün doktrinal əsas təşkil edir və Aİ-nın Şərq tərəfdaşlığı ölkələri ilə münasibətlərinin tənzimlənməsində, bir növ, Yol Xəritəsi rolunu oynayır. Bu baxımdan, qəbul olunmuş sənəd Avropa Komissiyasının mövcud münaqişələrə münasibətdə bu hesabatda əks olunmuş mövqedən fərqli bir yanaşma ortaya qoya bilməsini kifayət qədər məhdudlaşdırır.

Aİ və Azərbaycan arasında hazırlanan strateji tərəfdaşlıq müqaviləsinin  siyasi  münasibətlər fəslində də Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi  təsbit edilir. Bu gün qəbul olunmuş hesabatda öz əksini tapmış müddəalar Aİ və Azərbaycan Respublikası arasında hazırlanan Strateji Tərəfdaşlıq Müqaviləsinin gələcəkdə AP-də müzakirəsi zamanıda əsas rolunu oynayacaq. Bu baxımdan da bu gün böyük səs çoxluğu ilə qəbul olunmuş Hesabatın ölkəmiz üçün siyasi əhəmiyyəti olduqca böyükdür. Bu kontekstdə yeni əməkdaşlıq müqaviləsinin imzalanmasının gecikdirildiyini iddia edən və bunu hakimiyyət əleyhinə istifadə etmək üçün qərəzli şəkildə şərh etməyə çalışan müxalif qüvvələr də anlamalıdır ki, Azərbaycan höküməti öz xarici siyasətini müəyyənləşdirərkən yalnız ölkəmizin milli maraqlarından çıxış edir. Avropa İttifaqının özü ölkəmizə qarşı siyasətində ikili standartlardan uzaqlaşmayınca bizim Aİ ilə əməkdaşlığımızın dərinləşdirilməsində heç bir fayda yoxdur. Bu kimi sənədlərin qəbul olunması isə Aİ-nı gec-tez bütün Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə eyni mövqedən yanaşılmasının vacibliyinə inandırmalıdır.

Cavanşir FEYZİYEV
Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910