Cümə günü, 09 oktyabr 2026
     

“Facebook” müxalifət-hakimiyyət polemikalarında açıq-aşkar müxalifətin tərəfini saxlamağa başlayır

Image


Açıq platforma olan sosial şəbəkələr bir sıra hallarda qərəzli fikirlərin, bu şəkildə aparılan polemika və müzakirələrin daha geniş yayılmasına şərait yaradır. Müasir dövrdə siyasi polemikaların, müxalifət və iqtidar arasındakı fikir ayrılıqlarının geniş yer aldığı “Facebook” sosial şəbəkəsində qəribə bir tendensiya müşahidə edilir.

Bu da onunla bağlıdır ki, Facebook”da müxalifət və hökumət təmsilçiləri arasında aparılan müzakirələrdə hökumətin əleyhinə olan fikirlərin, şərhlərin, paylaşımların yayımına heç bir məhdudiyyət qoyulmur, əksinə, dövlətin, hökumətin, iqtidarın əleyhinə olan fikirlərə, şərhlərə daha geniş meydan verilir. Məsələn, hökumətin xeyrinə, onun maraqlarının müdafiəsi ilə bağlı bir qədər artıq paylaşım olanda “Facebook” dərhal bu paylaşımların yayılmasına müxtəlif vasitələrlə məhdudiyyət qoyur. Bir çox hallarda bu tip paylaşımlar bloklanır, bu da sözügedən paylaşımların daha çox istifadəçiyə çatdırılmasına əngəl yaradır. Lakin hökumət əleyhinə edilən çağırışlar, dini radikalizmlə, irqi ayrıseçkiliklə, millətlər və xalqlar arasında nifaq toxumu əkməyə, dövlətləri, cəmiyyətləri içindən silkələməyə hesablanan paylaşımlar heç zaman bloklanmır, əksinə, onlar açıq şəkildə reklam edilir.

Gizlin deyil ki, müxtəlif dövlətlərdə baş verən hakimiyyət çevirilişləri, çaxnaşmalar, siyasi qarşıdurmalar əsasən “Facebook” və digər sosial şəbəkələrdən idarə olunub. Bəzi ekspertlər “Ərəb baharı”nın da “Facebook”dan idarə olunduğunu deyirlər.

Ekspertlər hesab edirlər ki, “Facebook” və digər sosial şəbəkələri idarə edən qüvvələr bundan çox zaman hakimiyyətlərin əleyhinə istifadə edirlər. Bu sosial şəbəkəni pərdə arxasından idarə edən qüvvələrin müxalif fikirlərin yayılmasında daha çox maraqlı olduğunu deyən ekspertlər bildirirlər ki, onlar hakimiyyəti təqdir edən paylaşımları məqsədli şəkildə bloklayırlar. Bir sıra hallarda iqtidar- müxalifət polemikasında iqtidar tərəfdarlarının yazdıqları rəylər də gizlin bir “əl” tərəfindən silinir, müxalifətin maraqlarını müdafiə edən rəylərə isə qətiyyən toxunulmur.

Bu gün Azərbaycanda  radikal müxalifət düşərgəsinə mənsub olan insanların və xaricdə oturub Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyası aparan kəsimlərin hakimiyyətə qarşı öz çirkin niyyətlərini büruzə vermələri üçün “Facebook” tərəfindən geniş şərait yaradılıb. Azərbaycanı söyən, pisləyən qüvvələrin paylaşımlarının bloklanmaması, məhdudlaşdırılmaması bunu deməyə əsas verir ki, bu sosial şəbəkə özü polemikalarda açıq-aşkar müxalifətin tərəfdarı kimi görsənir.

  • Müşfiq Ələsgərli: “Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı haqlı informasiyalar çox yayılan, təbliğ olunan kimi “bu bir siyasi kampaniyadır” deyib yasaqlayırlar”

Tanınmış media eksperti Müşfiq Ələsgərli məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, “Facebook” və digər sosial şəbəkələr hakimiyyətlər əleyhinə kampaniyalar aparılmasında maraqlıdırlar. “Həqiqətən də sosial şəbəkələrlə bağlı müxtəlif ölkələrdə problemlər yaşandığı aşkar şəkildə ortalıqdadır. İstər terrorçu qrupların fəaliyyəti, istər müxtəlif ölkələrdə baş verən “rəngli inqilablar”, istərsə də başqa çaxnaşmalar olsun, onlarla bağlı sosial şəbəkələrdən ciddi şəkildə istifadə olunduğunun şahidi oluruq. Eyni zamanda, təkcə bu deyil, Almaniyada və başqa ölkələrdə qanunsuz informasiyaların yayılması, insanların məlumatlarının onların icazəsi olmadan dağıdılması kimi hallarla bağlı dəfələrlə “Facebook” xəbərdarlıqlar edilib. Amma hələ ki, ciddi bir nəticə yoxdur. Biz “Facebook” və digər sosial şəbəkələrdə nəyin şahidi oluruq? O sosial şəbəkələr ki, heç bir siyasi proseslərə qoşulmadıqlarını, ayrı-ayrı dövlətlərə, şəxslərə, qruplara qarşı aparılan kampaniyalarda iştirak etmədiklərini, insan haqlarını qoruduqlarını elan edirlər. Əslində isə onların bütün fəaliyyətləri bu məsələlərə qarşıdır. Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı haqlı informasiyalar çox yayılan, təbliğ olunan kimi “bu bir siyasi kampaniyadır” deyib yasaqlayırlar. Ancaq əks fikirlər olanda, hansısa bir ölkəyə yönəlik mənfi təmayüllər paylaşımlar edəndə, müxtəlif qruplarım maraqlarına uyğun hadisələr olanda ona açıq-aşkar göz yumurlar, bu proseslərin davam etməsinə şərait yaradırlar. Bütün bunlar, əslində, sosial şəbəkələri yaradan qrupların və mərkəzlərin bununla bağlı özlərinin düşünülmüş bir planının olması təəssüratını yaradır. Hiss olunur ki, sosial şəbəkələr açıq şəkildə idarə olunmasa da, hansısa güc mərkəzlərinin maraqlarına xidmət edən bir mexanizmdir. Müxtəlif ölkələr sosial şəbəkələrin tutduğu bu mövqeyə qarşı etirazlarını bildirirlər. Tutalım, İndoneziyada baş verən terrorla bağlı etirazlar və s. onu göstərir ki, artıq dünyada ayrı-ayrı dövlətlər və mərkəzlər tərəfindən sosial şəbəkələrdəki neqativ halların, xüsusən də terrorun və radikalizmin yayılmasına qarşı etirazlar olur. Azərbaycan hökumətinə qarşı da sosial şəbəkələrdə müxtəlif çirkin kampaniyalar aparılır, “Facebook” və digər sosial şəbəkələr də mənfi təmayüllərin fikirlərinin daha geniş şəkildə yayılmasına şərait yaradırlar. Bilirik ki, sosial şəbəkələrdə müxalif düşərgənin hökumət əleyhinə etdiyi paylaşımlara, çıxışlara, fikirlərə daha çox üstünlük verilir və onların məhdudlaşdırılması həyata keçirilmir. Bəzi qüvvələrin əlində sosial şəbəkələr bir neqativ alətə çevrilib. Təkcə “Facebook” deyil, eləcə də “YouTube” üzərindən söyüş müxalifətinin Azərbaycan hökumətinə qarşı sərt şəkildə istifadə etməsi faktına da bu təsisatı idarə edənlər məhdudiyyət qoymur, onlara daha böyük şərait yaradır. Bunlar artıq faktdır və bu hallarla bağlı ölçü götürülməlidir. Müşahidə etdiyim nədir? Azərbaycan müstəqillik əldə etdikdən və demokratik inkişaf yolu tutduqdan sonra bu vaxta qədər Azərbaycana qarşı müxtəlif vasitələrdən istifadə edilib”.

M.Ələsgərlinin sözlərinə görə, bu vasitələrdən biri də QHT müstəvisində olub. O vurğuladı ki, çox uzun illər guya ki, QHT-lərə qrantlar ayrılıb deyə bu adlar altında Azərbaycanda qeyri-demokratik, qeyri-sivil siyasi qrupların maliyyələşdirilməsi həyata keçirilib. O bildirdi ki, bu məsələ aşkarlandı və bütün mexanizmləri ortaya çıxdı. “Məlum oldu ki, müxtəlif güc mərkəzləri milyonlarla vəsait xərcləyərək bu QHT-lər vasitəsilə Azərbaycanda ictimai-siyasi vəziyyətin pozulmasına nail olmaq istəyirlər və buna qarşı həm 2014-cü ildə qanunlar sərtləşdirildi, həm də müxtəlif tədbirlər həyata keçirildi. İndi isə həmin QHT adı altında fəaliyyət göstərən qüvvələrin, qrupların hamısı sosial şəbəkələrə keçib və buradan öz çirkin kampaniyalarını davam etdirirlər. Sosial şəbəkələri idarə edən qüvvələrin yaratdığı şərait nəticəsində sosial şəbəkələr üzərindən Azərbaycan hökumətinə qarşı çirkin kampaniya aparan bu qüvvələr xarici mərkəzlər tərəfindən ciddi şəkildə maliyyələşdirilir. Eyni zamanda da onlar çox güclü texniki avadanlıqlarla təmin olunurlar. İşsiz-gücsüz adamlar var ki, bütün gününü sosial şəbəkələrdə keçirir və buradan hökumətə qarşı hədyanlar yağdırırlar. Açıq-aşkar hiss olunur ki, bu qüvvələr təşkilatlandırılmış qüvvələrdir. Öz fəaliyyətlərini sosial şəbəkələr üzərində quran və hakimiyyət əleyhinə siyasi kampaniyalar aparan adamlara sosial şəbəkələr tərəfindən daha geniş şərait yaradılması, onların aşkar şəkildə dəstəklənməsi onu göstərir ki, onlar sosial şəbəkəni idarə edən qüvvələrin maraqlarına xidmət edirlər. Sosial şəbəkələr üzdə siyasi proseslərə qoşulmadıqlarını elan etsələr də, amma əksini görürük, onlar hakimiyyətlər əleyhinə müxalifətin apardığı təbliğata geniş şərait yaradırlar. Sosial şəbəkələri idarə edən mərkəzlər bununla da Azərbaycanda və başqa ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına cəhd edirlər. Bu kimi halların qarşısının alınması üçün bir mexanizm işlənib hazırlanmalıdır” - deyə M.Ələsgərli bildirdi.

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ