Əkrəm İmamoğlu 4 milyon 169 min 206 səs, Binəli Yıldırım isə 4 milyon 141 min 179 səs toplayıb.
Baki-xeber.com xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbul bələdiyyəsi uğrunda mübarizə aparan Əkrəm İmamoğlu deyib.
Ə.İmamoğlu ölkənin Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə də rəqibi Binəli Yıldırımı qabaqladığını deyir.
Bunadan əvvəl AP-nin namizədi Binəli Yıldırım İstanbulda qələbə qazandığını elan edib.
- 15:43 -
Türkiyədə dünən keçirilmiş bələdiyyə seçkilərlə bağlı İstanbulda səslərin sayılması böyük ölçüdə tamamlansa da iki əsas namizəd arasında gərgin rəqabət davam edir. Baki-xeber.com xəbər verir ki, qutuların 99 faizi açılıb. CHP namizədi Əkrəm İmamoğlu AKP namizədi Binəli Yıldırımı qabaqlayır
- 16:14 -
Binəli Yıldırım rəqibi Əkrəm İmamoğlunun öndə olduğunu etiraf edib: “Seçkidə iştirak etdik, ölkəmizə və İstanbula xeyirli olsun.İstanbul üçün bülleten sayımı davam edir. Sayılmamış 14 qutu var. Əkrəm İmamoğlu bizdən öndə görünür”.