çərşənbə günü, 21 oktyabr 2026
     

Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

Image


Azərbaycanla müqavilə dekabrda imzalanacaq. Belə bir iddia ilə Ermənistanın “Qraparak” nəşri çıxış edib. Bildirilib ki, Ermənistan Zəngəzur dəhlizinə “autsorsinq” verilməsinin, yəni regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsinin əleyhinə deyil.

Nəşr iddia edib ki, müqavilə dekabrda imzalanacağı üçün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib, xüsusən də “Daşnaksütyun” üzvlərini həbs edirlər və etiraz edə biləcək qüvvələri sıradan çıxarırlar.

Ekspertlər qeyd edir ki, əslində, sülh müqaviləsinin həmin vaxt imzalanması mümkün variantdır. Sülhə maneə olaaq qüvvələrin Ermənistanda zərərsizləşdirilməsi də zəruri haldır. Bu fonda baş nazir Nikol Paşinyan Kremlin dəstək verdiyi radikal müxalifət, kilsə və Rusiyaya bağlı işadamları ilə mübarizəni sərtləşdirib. Paşinyan bu qüvvələrin ona qarşı çevriliş hazırladıqları planını faş edib. Bundan sonra Azərbaycan və Ermənistan liderlərinin iyulun sonunda Əbu-Dabidə nəzərdə tutulan görüşü tezləşdi. Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabidəki görüşünü nəticəyönümlü dialoq kimi qiymətləndirib. Martda sülh sazişinin mətninin artıq razılaşdırıldığı bildirilsə də, bu görüşdə sazişin imzalanma tarixi barədə XİN-lərin yazılı bəyanatında hər hansı məlumat verilməyib. Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub. Qarabağ münaqişəsi üzrə ekspert Olesya Vartanyan qeyd edir: “Hətta konkret açıqlamalar olmasa belə, liderlərin görüşüb əsas məsələləri müzakirə etməsi mühüm addımdır”. Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüş Əliyevlə Paşinyan arasında ilk birbaşa danışıqlar kimi diqqət çəkib, buna qədər iki lider yalnız vasitəçilərin iştirakı ilə və ya çoxtərəfli sammitlər çərçivəsində görüşüblər. Əbu-Dabidəki görüş bir neçə illik işin kulminasiya nöqtəsidir. İki ölkənin xarici işlər nazirləri artıq hazırlanmış, lakin hələ imzalanmamış sülh müqaviləsi üzərində işləyiblər; sərhədlərin delimitasiyası üzrə işçi qruplara baş nazirlərin müavinləri rəhbərlik edir; iki liderin müşavirləri Armen Qriqoryan və Hikmət Hacıyev arasında da birbaşa əlaqə kanalı yaranıb. BBC-nin rus xidməti isəgörüşləbağlı yazır: “Amma görüş onu da göstərdi ki, hər iki tərəfdə Rusiyanın təsir dairəsindən uzaqlaşmaq istəyi olsa da, bu, onilliklər boyu davam edən düşmənçilik və yaxın vaxtlara qədər müharibə şəraitində olan iki ölkə arasında etimadsızlığı dərhal aradan qaldırmağa kifayət etmir”. İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir. Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi isə mövcud geosiyasi reallıqlar sülh prosesinin tezliklə başa çatdırılmasının hər iki tərəfin xeyrinə olduğunu göstərir. Ümumiyyətlə, son illərin təcrübəsi onu göstərir ki, rəsmi Bakı İrəvanla münasibətlərin məhz üzbəüz formatda, bölgədə öz maraqları olan dövlətlərin vasitəçiliyi olmadan normallaşdırılmasının tərəfdarıdır və bu yanaşma artıq öz səmərəsini verməkdədir. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşlər, ötən dövr ərzində bu tədbirlərin nəticəsində atılan addımlar da bunu təsdiqləyir.

Ekspertlər deyirlər ki, Əbu-Dabi görüşü iki ölkənin razılaşma əldə etmək üçün yeni cəhdidir. Burada Qərbin və Rusiyanın vasitəçiliyi olmadan artıq irəliləyiş əldə olunur. Bu fonda ABŞ dövlət katibi Marko Rubio iki tərəf arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid etdiyini deyib və bu da prosesdə ABŞ-ın rolu olduğundan xəbər verir.Adının açıqlanmasını istəməyən bir erməni diplomat BBC-yə deyib ki, İrəvan Donald Trampın sülhməramlı bacarıqlarını nümayiş etdirmək fürsəti kimi, Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasını Ağ Evə təqdim etməyə çalışıb. Türkiyə də iki ölkə arasında sərhədlərin açılmasında maraqlıdır. İyun ayında Paşinyan Türkiyə prezidentinin dəvəti ilə İstanbula tarixi səfər edib. Bundan sonra mətbuatda Ermənistan ərazisindən keçən yolun kompromis variantının müzakirə olunduğu ilə bağlı məlumat yayılıb. Ankara sülh müqaviləsinin bağlanmasını və yolların açılmasını istəyir ki, gələcəkdə bu müqavilə Cənubi Qafqazın geosiyasətində yeni dövr açacaq. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni mart ayında razılaşdırılıb, lakin imzalanmayıb. Ermənistan konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsinin imzalanmasına əsas əngəldir. İndi Paşinyan açıq şəkildə bildirib ki, bütün güzəştlərə getməyə hazırdır və sülh müqaviləsi ilə yanaşı, ATƏT-in Minsk qrupu və avropalı müşahidəçilərdən eyni vaxtda imtina etməyi təklif edir. Erməni ekspert Jirayr Liparityan qeyd edir ki, Ermənistan konstitusiyası məsələsi daha mürəkkəbdir və onu dəyişdirmək, çətin ki, 2026-cı ilin yayına qədər baş tutsun, onun nəticələrini isə qabaqcadan ehtimal etmək mümkün deyil: “Mən əminəm ki, konstitusiya məsələsi hansısa aralıq razılaşma ilə həll oluna bilər. Konstitusiyanın dəyişdirilməsi yeganə variant deyil və əminəm ki, Bakıda bunun nə qədər mürəkkəb proses olduğunu başa düşürlər”. Onun nöqteyi-nəzərindən, Əbu-Dabidəki görüş, ilk növbədə, ona işarədir ki, qeyri-müəyyənlik və bir sıra paralel qlobal münaqişələr şəraitində Ermənistan və Azərbaycan liderləri vasitəçi olmadan durub-oturur və birbaşa əlaqə saxlayırlar: “Gözlənilməzlik, yəqin ki, müasir beynəlxalq münasibətlərin əsas fərqləndirici xüsusiyyətidir. Və bəziləri gözlənilməzliyin və xaosun kreativ ola biləcəyinə inansalar da, bizim regionda xaos çox uzun müddət hökm sürüb, və bu bizə yaxşı heç nə gətirməyib”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ