14 yaşım var idi, bunlar mənə işgəncə verdilər. Trend-in məlumatlna görə, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı zərərçəkmiş Ceyhun Salmanov deyib.
"Səhər oyandım ki, atışma səsləri gəlir, kəndi mühasirəyə alıb atəşə tuturdular. 14 yaşım var idi. Ayağımdan vurub, məni şikəst etdilər. İndi isə burda utanmaq əvəzinə Vaqif Xaçatryan özünə haqq qazandırmağa çalışır", deyən zərərçəkmişin halı pisləşdiyinə görə, ifadəsini davam etdirə bilməyib.