Bazar günü günü, 08 noyabr 2026
     

İlham Əliyev opponentlərinin proqnozlarını belə puç etdi... - Aydın QULİYEV yazır...

Image


Alt-üst etdiyi və ya doğrultuğu  proqnozların sayına görə dövlət başçılarının reytinqini tutmaq nominasiyası olsaydı, çox kiçik bir siyahı alınardı... Bir neçə nəfər, bəlkə daha az sayda liderlərin adını bu siyahıda görərdik... lakin neçə adın-soyadın  olmasından asılı olmayaraq, siyahıda İlham Əliyevin adının mütləq olduğuna heç şübhə yoxdur...

Çox mürəkkəb geosiyasi, regional dövlətlərarası münasibətlər və daxili siyasi şəraitdə hakimiyyətə gəldi.Düz 20 il əvvəl onunla bağlı ilk proqnozlar ictimai- siyasi müzakirələrə ayaq açdı. Ölkə üçün nə edəcəyi və edə biləcəyi əsas mövzu idi. Hər kəs bundan danışırdı.

Siyasi tərəfdarlar başqa proqnoz irəli sürürdülər, əleyhdarların proqnozları isə tam fərqli idi.

İlham Əliyevin prezident olaraq alt-üst etdiyi ilk siyasi  proqnozun mahiyyəti nədən ibarət idi?

İddia olunurdu ki, "heç bir ay da hakimiyyətdə qala bilmiyəcək". İddiaların arxasında ciddi, inandırıcı və əsaslı təhlil və arqumentlər təqdim edilmirdi. Bunlarsız isə həmin iddialar reallıqdan daha çox bu siyasi dairələrin emosiyalarına və siyasi barışmazlıq ovqatına söykənmiş durumda gprünürdü. İzahsız və arqumentsiz inkarçılığın  baş alıb getdiyi düşərgədə məntiq bu idi - "istənilən vaxt küçələrə tökülüb hay-küy sala biliriksə, bir neçə həftədən artıq hakimiyyətdə qalmasına imkan vermərik". Bunun üçün yetərli siyasi güclərinin  olub-olmaması onları o qədər də düşündürmürdü. "Güclüyük və qarşımızda heç kim dayana bilməz" ovqatı o qədər üstünlük götürmüşdü ki, cəmiyyətin kiçik bir hissəsi də onlara açıq-aşkar qoşularaq avantürüstlərə çevrilmişdilər. Onlar sabah nə baş verəcəyini məhz özlərinin avantürist düşüncə və mühakimələri ilə müəyyən edirdilər. Hər şeyi öz "arşınları  ilə ölçməyə" o qədər aludə olmuşdular ki, getdikcə reallıqla əlaqələrini itirirdilər". İlham Əliyevin hansı gücə və imkanlara malik olması bu düşərgəni o qədər də düşündürmürdü. İlham Əliyevin öz düşərgəsi isə tam   başqa, həm də gələcəyə bütöv və nikbin inamın içində idilər...

Durumun çox sadə bir izahı var idi. Siyasi müxaliflər İlham Əliyevin malik olduğu siyasi gücə və potensial imkanlara anındaca lazımı qiyməti verə bilmədilər. Əliyevin tərəfdarları isə öz liderinin gücünə sonadək inandılar.

Müxalifət İlham Əliyevi getdikcə güclənməkdə olan bir siyasi güc faktoru kimi görə bilmədi. Tərəfdarları isə  Əliyevi yaxşı tanıya və dəyərləndirə bildilər...

Tariximizin yeni mərhələsinin başlanğıcı olan bu anlarda həlledici amil İlham Əliyevin müxaliflərinin və ya tərəfdarlarının onun barəsində hansı düşüncələrdə olmasında deyildi. Həlledici amil İlham Əliyevin özünün şəxsiyyəti, şəxsi keyfiyyətləri oldu… İradəsi, konkret həmin şəraitə öz baxışı, siyasi proqnozlaşdırma bacarığı, cəsarətlə üzərinə məsuliyyət götürmək qabiliyyəti, şəxsi intellektual-psixoloji imkanlarına güvən, ölkənin iç və xarici problemlərinin mahiyyətinə dərin bələdçilik öz qəti sözünü dedi. Xarici işğalın ən ağır fəsadları ilə üz-üzə qalmış bir ölkənin problemlərini çiyinə almaq asan və hər liderin işi deyildi. İlk proqnozun alt-üst edildiyi yeni tarixi mərhələnin təzəcə başlandığı anlar idi. Bu təkcə cəsarət məsələsi deyildi… Şəraitin ağırlığını və problemlərin mahiyyətini olduğu kimi dərk edən liderin cəsarəti idi. Çiyninə aldığı yükü hesablanmış mənzil başına sağ-salamat çıxara biləcəyinə inanan liderdən başqa kimsənin   edə bilməyəcəyi cəsarət nümunəsi idi. İlham Əliyev o anlarda hansı yola çıxdığını əla dərk edən liderin davranışını nümayiş etdirdi.

Həmin günlərdə İlham Əliyevinin siyasi-psixoloji aləmini və düşüncələrini bir anlığa onun yerində görməyə ,təhlil etməyə çalışın. Hazırkı günlərə qədər davam etdirilmiş çətin və uğurlu proseslər İlham Əliyevin nə düşündüyünün dəqiq mənzərəsini təsəvvür etməyə imkan verir. Prezident fərqində idi ki, uğursuzluqlar və ya alternativlər barədə düşünmək onun missiyası deyil. Onun missiyası başlatdığı yeni yolda ölkənin daha güclü hala gətirilməsi, işğalçıların ölkədən qovulması kimi böyük hədəflərdən ibarət idi. Zatən onun hakimiyyətə gəlişini dəstəkləyən toplumun ondan umduğu və gözlədiyi də elə bu idi. Hansı missiya ilə hakimiyyətə gəldiyinin dəqiq dərk edilməsi İlham Əliyevin siyasi-psixoloji aləminin mərkəzində qərarlaşdı. "Hər bir vətəndaşın Prezidenti olacağam" bəyanatı ona səs verib-verməyən hər kəsi təkcə öz tərəfinə çəkmək üsulu deyildi. Həm də o idi ki, özünə möhkəm dərəcədə güvənən yeni prezident hamını bir bayraq altında ümummilli siyasi birliyə aparmaq iddiasında və gücündədir. Onun tərəfdarlarını uğurlu  gələcəyə nəhayətsiz inam ovqatına kökləyən də bu oldu, opponentlərini az sonra eyforiyadan reallığa dönüşə vadar edən də bu oldu. Artıq ilk həftələrdən ən qatı skeptiklərin və müxaliflərin də baxışları dəyişməyə başladı ki, "O hakimiyyətə bir-iki həftəliyə gəlməyib"...

"Mən ona özüm qədər inanıram" deyən mərhum prezident Heydər Əliyev onu hamıdan qabaq kəşf etmişdi. Təkcə oğul övladı kimi yox, taleyin yarımçıq buraxdığı missiyanı uğurla başa çatdıracaq həm də siyasi varis kimi kəşf etmişdi... Hakimiyyətə gəldiyi anlarda İlham Əliyevin siyasi-psixoloji aləmi üçün bu amilin çox böyük rolu var idi - "Onun böyük uğurlara imza atacağına, missiyanı başa çatdıracağına onu yetişdirən böyük Lider özü şəxsən təminat vermişdi". Heydər Əliyev kimi şəxsiyyətlər heç də həmişə və hər şəxs barədə "ona özüm qədər inanıram" deməz.

Beləliklə, ilk proqnoz hamının gözü önündə alt-üst edildi. İlham Əliyev özünün sabit və dayanıqlı hakimiyyətini bərqərar edə bildi. Böyük missiyanın uğurla icra olunması üçün bu olduqca vacib idi.

Çox paylaşılan proqnozlardan biri də İlham Əliyevin ölkədə milli-siyasi birliyi təmin edib-etməyəcəyi ilə bağlı idi. Müxalif çevrələrdə Elçibəyin milli birlik ideyası fərdi düşüncələrə o qədər hakim kəsilmişdi ki, bu düşərgə İlham Əliyevin milli və siyasi birliyi təmin edə biləcəyini heç yaxına belə buraxmaq istəmirdi. Ancaq zamana ehtiyac var imiş... Zaman yetişəndə İlham Əliyevin milli-siyasi birliyin sarsılmaz təminatçısı ola biləcəyini inkar edənlərin  özləri də sual verməyə başladılar ki, "daha milli birlik necə olmalıdır ki?!", "iqtidarlı-müxalifli 99 faiz siyasi partiyalar onun başlatdığı müharibəni, hərbi  əməliyyatları və diplomatiyanı qəbul etdisə, bu elə milli birlik deyilmi?!..” İlham Əliyev ötən 20 illik dövrdə milli-siyasi birliyi təmin edərək faktiki "ÜMUMXALQ LİDERİNƏ" çevrilməklə öz barəsində müxaliflərinin daha bir proqnozunu çilik-çilik elədi.

Azərbaycanın əzəli və hətta əbədi problemi kimi baxılan Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin ortaya qoyacağı nəticələrə aid proqnozlar xüsusilə mürəkkəb idi. Qəlizlik onda idi ki, az qala bütün cəmiyyətimiz bu mürəkkəb problemin Azərbaycanın xeyrinə həll ediləcəyinə yetərincə inanmırdı və olan inam da getdikcə tükənirdi. O da həqiqət idi ki, bu proqnozun məzmun və mahiyyətinə münasibətdə Əliyevin tərəfdarları və müxalifləri müəyyən qədər oxşar  ovqatlarda idilər. İlham Əliyevin Qarabağ məsələsinin həllində yetərincə uğur qazana biləcəyinə inam az idi. Bu amil onun fədakar tərəfdarlarını müəyyən qədər qorxudurdusa, əksinə, müxaliflər sevinirdilər və buna həm də özləri üçün hakimiyyətə qayıdışın və revanşın şansı kimi baxırdılar. Müxaliflərin özlərinəməxsus məntiqləri də var idi. Deyirdilər ki, Əliyevin hakimiyyəti birmənalı Rusiyayönümlü olduğu və torpaqlarımızı Rusiyanın özü işğal etdiyi üçün Qarabağ məsələsinin həlli Əliyevin dövründə  mümkün olmayacaq, cəmiyyət bizə sarı dönəcək. Bu məntiqin  sətirləri arasında müxalifətin iki böyük səhv buraxdığını zaman özü sübut etdi. Məlum oldu ki, Əliyevin hakimiyyətinin birmənalı Rusiyayönümlü olması fikri qətiyyən həqiqət deyil, bütün qütblərə doğru açıq siyasət prioritetdir və Rusiyanın Qarabağ münaqişəsinin həllinə yanaşmalarının dəyişməyəcəyini İlham Əliyev yox, ancaq regional və qlobal geosiyasətə yetərli bələdçiliyi olmayanlar düşünə bilər. Bu mərhələ İlham Əliyevin əsil siyasi liderlərə xas qətiyyət, özgüvən , təmkin və mənəvi-psixoloji möhkəmlik nümayiş etdirdiyi vaxtlar oldu. "Ərazilərimizin işğalda qalması ilə heç vaxt barışmayacağıq, lazım gəlsə güc yolu ilə məsələni həll edəcəyik və sair" kimi bəyanatlar müəyyən mərhələdə bəzi insanlar üçün adiləşməyə başlasa da, cəmiyyətin böyük Zəfərə inamının sonadək qırılmasına imkan vermədi. 2016-cı ildə uzun hazırlıqların ilk ağır zərbəsi düşmənin başına endiriləndə cəmiyyətin zəifləmiş ruhu cana gəlməyə başladı. Hamı içindən tərpəndi. Artıq şübhə yox idi ki, Əliyevin məlum bəyanatları "nədən başlayıb nədə bitirməyin" bütün detallarını özündə əks etdirən ölçülü-biçili planın tərkib hissəsi imiş. O "      nəyi nə vaxt etməyin mümkün olduğunu" həqiqətən  bilirmiş... Bu mərhələdə qurduğu və həyata keçirməkdə olduğu planın son qələbəsinə inamını bir an zəiflətməyən yeganə qüvvə də məhz onun özü oldu...

Əliyevin "Qarabağ yollarında" büdrəyəcəyinə inamın üstündə qurulan plan və xəyallar bir-bir puç olurdu.. Bunlar puç olduqca, İlham Əliyevin əvəzedilməzliyi daha qüdrətli ictimai dayaqlara söykənir, onun legitim hakimiyyətinin ideoloji və xarizmatik əsasları daha da möhkəmlənirdi.

10 noyabr sənədinin imzalanmasından sonrakı üç ildə Laçın yolunda postun qurulması və 19 sentyabr Antiterroru qəti sübut etdi ki, İlham Əliyev hədəfləri məkan və zamana görə qüsursuz  şəkildə sıraya düzüb vurmağı bacaran liderdir. Xankəndiyə dövlət bayrağının taxılması həm Qarabağ münaqişəsinin qəti yekunu oldu, həm də İlham Əliyevin "Qarabağda büdrəyəcəyi" barədə xəyalların tam iflasına çevrildi...

Proqnozlar bir-bir alt-üst edildikcə İlham Əliyevin siyasi- psixoloji və mənəvi lider portretinin yeni keyfiyyətləri  üzə çıxır. O, nəhayətsiz uğurların eyforiyasına qapılmır, ictimai-siyasi proseslərə real baxışı itirmir, xalqdan uzaqlaşmır və ona daha da yaxınlaşır...

Cəmiyyət və millət naminə, onun gözləri qarşısında və onunla birlikdə formalaşan lider şəxsiyyətinin təntənəsi belə olur... İndi ölkədə informasiya məkanının və ictimai rəy müstəvisinin ən dominant qüvvəsi odur - İlham Əliyev...

Prezidentin doğrultduğu proqnozlar isə onsuz da əlimizdədir, ümummilli nailiyyətlərimizə çevrilib və onları bizdən daha heç bir qüvvə ala bilməz...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ