Bazar ertəsi Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) ikinci görüş keçiriləcək. Bu barədə IRNA agentliyi xəbər verir.
Məlumata görə, görüşdə siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin müzakirə edilməsi planlaşdırılır.
“3+3” formatında birinci görüş ötən il Moskvada Gürcüstanın iştirakı olmadan baş tutub.
TAHİR