Bazar günü günü, 08 noyabr 2026
     

Ukraynada Qərbin və Rusiyanın tank müharibəsi şiddətləndi...

Image


Yaxın Şərqdə davam edən savaş Rusiya-Ukrayna müharibəsindən bir qədər diqqəti yayındırsa da, sözügedən iqtiqamətdə savaş şiddətlənməkdə davam edir. Ukraynaya verilən Qərb hərbi texnikası cəbhənin bu istiqamətində vəziyyəti daha da gərginləşdirir.

Belə bir vaxtda, ABŞ ordusunun məlumatına görə, Bayden administrasiyasının Kiyevə vəd etdiyi ABŞ istehsalı olan 31 “M1A1 Abrams” tankının hamısı Ukraynaya çatıb.

ABŞ ordusunun Avropa və Afrika üzrə sözçüsü, polkovnik Martin O’Donnell bildirib ki, Almaniyada ABŞ qüvvələri ilə tanklarda təlim keçən bütün ukraynalılar da sursat və ehtiyat hissələri ilə birlikdə Ukraynaya qayıdıblar: “Biz razılığın şərtlərinə əməl etdik. Bundan sonra bu qabiliyyəti nə vaxt və hara çatdıracaqlarını müəyyən etmək Ukraynanın öhdəsindədir”. Hərbi rəsmilər deyir ki, “Abrams” tanklarının döyüş meydanına göndərilməsi vaxt apara bilər, çünki Ukrayna əsgərləri onlara dəstək elementlərinin lazım olduğundan əmin olmalı və Rusiya qüvvələrinə qarşı daha böyük təsir göstərmək üçün tanklardan nə vaxt və harada istifadə edəcəyini müəyyənləşdirməlidir. Martin O’Donnell bununla bağlı qeyd edib: “Düşünürəm ki, Ukrayna bundan nə vaxt və harada istifadə edəcəyini düşünəcək. “Abrams” tankı güclü zirehli maşındır, lakin hər şey tanklardan asılı deyil. Ukraynanın Rusiya müdafiəsini aşmaq əzmi önəmlidir”. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Amerika istehsalı olan 31 “Abrams” tankından birincisi ötən ayın sonunda Ukraynaya gətirilib. Çatdırılma ilkin təxminlərdən daha sürətli və qış başlamazdan əvvəl Kiyevin Rusiya qüvvələrinə qarşı əks-hücumunun son həftələrində potensial istifadə üçün vaxtında çatdırılıb: “Abrams” artıq Ukraynadadır və briqadalarımızı gücləndirməyə hazırlaşır. “Abrams”lar Ukraynanın şərq və cənub bölgələrində Rusiyanın nəzarətində olan əraziləri geri almaq üçün döyüşən və artıq Ukraynanın arsenalında olan digər Qərb tanklarına əlavə olunacaq”. ABŞ-ın bu ilin əvvəlində Abrams tanklarını bağışlamaq öhdəliyi Avropa ölkələrinin Almaniya istehsalı olan “Leopard 2” tanklarının təhvil verilməsi vədinə təsadüf edib. Berlin də ABŞ-ın oxşar öhdəliyi olmadan bunu təsdiqləmək istəməyib. Birləşmiş Krallıq bu ilin yanvarında “Challenger 2” tanklarını vəd edərək, Qərb tanklarının Ukraynaya göndərilməsinə razılıq verən ilk ölkə olub. Tanklar Ukraynaya yaz aylarında çatdırılıb. Rusiya qüvvələri ilk dəfə olaraq Ukraynada “Challenger 2” tankını ötən ay vurub. Həmin vaxt yayımlanan videoda ağır zədələnmiş tankın alovlandığı göstərilib. Qərb müdafiə mənbəyi xəbər agentliklərinə tankın həqiqətən də “Challenger 2” tankı olduğunu və bütün ekipajın hücumdan sağ çıxdığını təsdiqləyib. Ukrayna hücum üçün yüzlərlə Qərb tankı istəyib. Bu günə qədər onlarla tank alıb. Ukrayna işğal altındakı Krım yarımadasının bəzi hissələrini təkrar hücuma məruz qoyan Rusiya xəttinin arxasındakı hədəfləri vurmaq üçün raket və dron zərbələri kampaniyasını gücləndirib. Lakin qışın yaxınlaşması ilə bağlı Ukrayna qüvvələri hələ də həlledici irəliləyişə nail ola bilməyib ki, bu da Kiyevin himayədarları arasında beynəlxalq dəstəyin gələcəyi ilə bağlı suallar doğurub. “Abrams” tanklarının Ukraynaya gəlişi ABŞ-ın keçən həftə paket şəklində Ukraynaya 200 milyon dollara qədər əlavə hərbi yardım ayırdığı vaxta təsadüf edir. Pentaqon bildirib ki, paketə “AIM-9 Sidewinder” raketi, Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün artilleriya sursatları, “TOW” tank əleyhinə raketlər və 155 və 105 mm-lik mərmilər kimi hava hücumundan müdafiə silahları daxildir. London Kral Kollecinin Hərbi Tədqiqatlar Departamentinin tədqiqatçısı Marina Miron isə qeyd edir ki, “M1A1 Abrams” tankları Ukrayna ordusuna əlavə problemlər yarada bilər. Miron Ukraynaya təhvil verilən tankların açıq hədəfə çevrildiyini bildirib: “Bu, Ukraynada əhəmiyyətli dəyişikliklər etmək üçün kifayət deyil. Bütün bunlar təkcə təchizat zəncirində problemlər yaratmır, həm də onları Rusiya artilleriyası və pilotsuz təyyarələri üçün cəlbedici hədəflərə çevirir. Düşünmürəm ki, bu, oyunun qaydalarını tam dəyişəcək. Bu, Ukraynanın gücü üçün faydadan daha çox problem yaradır”.

Tanklarla yanaşı, ABŞ-ın Ukraynaya artıq ATACMS taktiki raketlərini çatdırdığı da məlumdur. Qeyd edək ki, ABŞ-ın Kiyevə ötürdüyü ATACMS taktiki raketlərinin uçuş məsafəsi 165 kilometrdir.  Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Vatson da təsdiq edib. Onun sözlərinə görə, bu məsafə optimaldır və Ukrayna hərbçilərinə hücum əməliyyatlarını daha effektiv keçirməyə kömək etməlidir: “Mən rəsmi şəkildə təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar həqiqətən də Ukraynaya ordusunun ehtiyacları üçün ATACMS raketləri verib. Bu raketlərin uçuş məsafəsi 165 kilometrə qədərdir. Biz inanırıq ki, bu, bizim döyüş hazırlığımızı riskə atmadan Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə artırmalıdır”. O, ATACMS təchizatının Ukrayna ordusunun hazırda apardığı əks-hücuma necə təsir edə biləcəyini dəqiqləşdirməyib. “The Wall Street Journal”ın yazdığına görə, Ukrayna silahlı qüvvələri oktyabrın 17-nə keçən gecə Zaporojye vilayətindəki Berdyansk aerodromunda və Luqanskda rus hərbçilərinə hücum etmək üçün ATACMS raketlərindən istifadə edib. Rusiya Federasiya Şurasının üzvü Dmitri Roqozin Zaporojye Berdyanskda ATACMS elementlərinin tapıldığını təsdiqləyib. Daha sonra Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu həqiqətən də ABŞ-dan Kiyevə verilən yeni uzaqmənzilli raketlərdən döyüş meydanında ilk dəfə istifadə edib. İddiaya görə hücum  nəticəsində rusların 9 helikopteri vurulub. ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna işğal altındakı Berdyansk və Luqanskdakı Rusiya aerodromlarına hücum etmək üçün ATACMS sistemindən istifadə edib. Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə qeyd edib ki gələcəkdə Ukrayna daha çox uzaqmənzilli ATACMS raketləri alacaq. CNN telekanalına danışan iki amerikalı rəsmi isə bildirib ki, Rusiya qoşunları raketlərin uçuş məsafəsindən xəbərdardır və ABŞ onların texnika və silahlarını raketlərdən istifadə edilməzdən əvvəl sıradan çıxarılacağından narahatdır. Beləliklə, bütün bunlar Ukraynada müharibənin getdikcə şiddətlənəcəyini göstərir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ