Digərləri susduğu halda Azərbaycan müstəmləkə siyasətinin problemlərindən danışır . Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.
"Digər dövlətlər müstəmləkə siyasəti barədə susmağa üstünlük verdiyi halda Azərbaycan öz mövqeyini bildirir. Biz Bakıda toplaşmışıq və mövcud imkanlardan istifadə edərək gələcəkdə bu mövzunu BMT səviyyəsinə çıxaracağımıza ümid edirik. Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir, sonra isə Hərəkata Uqanda sədrlik edəcək. Biz növbəti addımlarımızı diqqətlə müzakirə edərək bu problemi ictimai müzakirə olunması üçün qaldırmalıyıq", - deyə o vurğulayıb.