Makron yeni müstəmləkəçilik siyasəti aparır. Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Yeni Kaledoniya nümayəndəsi Kayizi Pier deyib.
"Ölkəmizin gələcəyi ilə bağlı qərarlar bizim və tərəfimizdən yaradılmış institutlar tərəfindən qəbul edilməlidir. Fransa bizi azadlıq imkanından məhrum edib və müstəqilliyimizi tanımaq istəmir. Makronun hazırda Fransada yeritdiyi siyasət müstəmləkəçilik siyasətidir", - deyən Kayizi Pier Yeni Kaledoniyanın məqsədinin Fransadan müstəqillik əldə etmək olduğunu bildirib.