Fransa irqçilik və islamofobiya siyasəti aparır. Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani deyib.
O, Fransada müsəlmanları ittiham etmək praktikasının sol və sağ siyasi hərəkatları birləşdirdiyini qeyd edib.
"Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır. Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur", - deyə o əlavə edib.