Polineziya Fransanın müstəmləkəsi olmaqdan əziyyət çəkir.
Trend cümə günü xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Polineziya nümayəndəsi Heinui Robert le Caill deyib.
"Sakit Okeanda Fransanın müstəmləkəsinə çevrilmiş ölkələr özünüidentifikasiyanı dəstəkləyə bilmirlər. Fransa bu ölkələrin öz nəzarəti altında qalması üçün səy göstərir. Polineziya muxtariyyət statusu alıb, lakin bu, yalnız kağız üzərindədir. Əslində, bütün qərarları onun adından Fransa qəbul edir", - deyə o vurğulayıb.