Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyəli nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun 2023-cü il iyulun 5-6-da Bakıda keçiriləcək Nazirlər Toplantısında iştirak edəcək. Toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasında və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə də iştirak edəcək. Hakan Fidan həmçinin həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək