Bazar ertəsi günü, 09 noyabr 2026
     

Cənubi Azərbaycanda Babək yürüşünün məşhur təşkilatçısı - Həsən Dəmirçi kimdir...

Image


Məsləkdaşları onu bütöv Azərbaycan uğrunda böyük mücadilələr verən, o taylı-bu taylı Azərbaycanın birləşməsi, vahid Azərbaycan yaranması üçün canını ortaya qoyan mübariz bir insan olaraq qiymətləndirirlər. 

"Təbriz Bakıya arxa" rubrikasında Güney Azərbaycanın çox nəhəng şəxsiyyətlərindən biri olan tanınmış milli-mədəni fəal, şair, yazıçı, incəsənət xadimi və musiqi müəllimi, eyni zamanda milli fəalların Babək qalasına yürüşünü təşkil edənlərdən biri (professor Zehtabi ilə birgə) Həsən Dəmirçini yada salmaq istəyirik. 

Həsən Azərbaycan adı ilə tanınan mərhum Həsən Dəmirçi 1941-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub, 2018-ci ilin 24 iyununda Təbriz şəhərində yerləşən xəstəxanada ürək xəstəliyindən dünyasını dəyişib. 

Yazılanlara görə, Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Məqalələrdən birində vurğulanır ki, Azərbaycanlı fəal, mərhum professor Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə "Azərbaycan Mədəniyyət Ocağı" Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

Milləti, bütöv Azərbaycan uğrunda canını ortaya qoyan, bütün şüurlu həyatını bu müqəddəs mücadiləyə həsr edən H. Dəmirçi dəfələrlə həbs edilib, müxtəlif növ cəzalara məruz qoyulub. Məlumatlara görə, 2013-cü ilin noyabrın 4-də Təbrizdəki evində həbs edilib. Molla rejiminin hər an təqib və təzyiq altında saxladığı H. Dəmirçi heç zaman öz ideyalarından, müqəddəs amalından əl çəkməyib. Şər rejimi H. Dəmirçini qondarma ittihamlarla cəzalandırıb. İnqilab Məhkəməsinin hakimi Bağırpurun 2013-cü ilin iyul ayında çıxardığı hökmə görə, Həsən Hərgülü və Həsən Azərbaycan adları ilə də tanınan musiqiçi "İrana müxalif olan etnik qrupların xeyrinə müqəddəs İran İslam Respublikası nizamına qarşı təbliğat aparmaqda" ittiham olunub. O dövrün məhkəmə sənədində yazılıb:"Cənab Dəmirçi icazə almadan musiqi sinifləri təşkil etmək və gizli musiqi tədris etmək, Türkiyədə və ölkə daxilində BMT-dən İran Azərbaycanında referendum keçirilməsi tələbi ilə təşkil edilən toplantılara qatılmaq, səlahiyyətli orqanlardan icazə almadan əhalidən ianə toplamaq və həbsdən azad olmuş separatçı fəallarla toplu şəkildə görüşmək kimi fəaliyyətlərlə bağlı olaraq altı ay həbsə məhkum edilib". Tədqiqatçılar yazır ki, məhkəmə sənədində qeyd edilən əhalidən ianə toplanılması Dəmirçinin 2012-ci ildə Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım etmək üçün apardığı fəaliyyətlərlə bağlıdır.

O hər zaman molla rejiminin təqibinə məruz qalıb. Onu da vurğulayaq ki, şər rejimi ən kiçik məsələləri bəhanə gətirərək onu təzyiq altında saxlamaqda israrlı olub. Tədqiqatçıların yazdığına görə, 2015-ci ilin yanvar ayında Bakıya səfər etdikdən sonra Tehran rejimi tərəfindən xaricə çıxışına qadağa qoyulub. Məlumatlara görə, onunla bağlı çoxsaylı müraciətlər edilsə də,  heç bir rəsmi cavab verilməyib. Qeyd edilənə görə, həmin dövrdə Ettelaat Nazirliyinin Təbriz şöbəsi əməkdaşının verdiyi qeyri-rəsmi məlumata görə, İran Ettelaat Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub və artıq Həsən bəyin durumu ilə birbaşa Tehran maraqlanır.

Güney Azərbaycan milli-mədəni hərəkatında göstərdiyi fədakarlığa görə Güney Azərbaycanda Həsən Ağa Azərbaycan və Həsən Hərgülü ləqəbi ilə anılır.

Onu da vurğulayaq ki, "icazəsiz musiqi dərsləri keçdiyi bəhanə edilərək, özünün təsis etdiyi və dərs dediyi musiqi mərkəzi qapadılıb. Məlumat verək ki, Həsən Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. Qeyd etdiyimiz kimi, azərbaycanlı fəal, mərhum Professor Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib. Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar. Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval və s. kimi Azərbaycan musiqi alətləri öyrədilmişdir. Dərnəkdə həmçinin türk dilində muğam oxumaq və Azərbaycan rəqsi kusrları təşkil olunub. 

H. Dəmirçi Türkiyə Radio Televiziya Qurumunun (TRT) yayımladığı musiqi proqramlarında iştirak edib. Məlumatlara görə, Həsən Dəmirçi muğam musiqisi haqda “Muğam: öyrəncilər üçün” və başqa bir neçə cild kitabın müəllifidir.

Yazılanlara görə, Həsən Dəmirçi  xəstəxanada müalicə olunarkən yanına ziyarətə gəlmiş bir qrup Güney azərbaycanlı milli-mədəni fəala ziyarət üçün molla rejimi rəsmiləri tərəfindən icazə verilməyib. Böyük şəxsiyyət vəfat etdikdən sonra isə Güney Azərbaycanın bir çox iri şəhərlərində izdihamlı anım tədbirləri keçirilib. 

Bir xüsusi məqamı da bildirək ki, H. Dəmirçi Babək qalasına yürüşlərin təşkilatçılarından olub. Təbii ki, Zehtabi ilə birgə bu istiqamətdə işlər görüb. Tədqiqatçılar yazır ki, Məhəmməd Tağı Zehtabinin və Həsən Dəmirçi kimi ağsaqqalların öncüllüyü ilə milli fəallar Babək qalasına toplanırlar.

Azərbaycanın bütövləşməsi uğurunda mücadilələr verən Həsən Azərbaycan (Dəmirçi ) böyük mübarizə yolu keçib, özündən sonra örnək bir yol qoyub. Bu gün əksər milli fəallar Dəmirçinin mübarizəsindən ruh aldığını deyirlər. O bir Azərbaycan türkü kimi milli kimliyimizin qorunması, vahid Azərbaycan uğrunda yaşadı və əbədiyyətə qovuşdu... Amma onun kimi aydınları ruhu hər zaman xalqımızın yolunu işıqlandıracaq və güneyli soydaşlarımızın azadlıq arzusunu gerçəkləşdirəcək. Biz  Azərbaycanı bütöv görəcəyik... 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ