Cümə axşamı günü, 12 noyabr 2026
     

Avropa İttifaqında Ermənistan yenə Azərbaycana məğlub oldu

Image


Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar, o cümlədən qaz müqavilələrinin ləğvi və ya dondurulması məsələsini nəzərdən keçirmir. Belə bir açıqlama ilə Avropa Parlamentinin vitse-prezidenti, beynəlxalq əlaqələr üzrə ali komissar Cozep Borrel parlamentin sual-cavab diskussiyasında çıxış edib. Bununla da o, ermənilərin, eləcə də anti-Azərbaycan qüvvələrin arzusunu gözündə qoyub.

Cozep Borrel son sərhəd toqquşmaları fonunda bildirir ki, indi qoşunlar bir-birinə çox yaxındır və bu da nəticədə yeni münaqişə təhlükəsi yaradır. Düzdür, Borrel müəyyən yanlış fikirlər də səsləndirib və Azərbaycan ordusunun guya Ermənistan ərazisinə daxil olduğunu iddia edib. Bu fonda ondan Azərbaycana qarşı sanksiyaların tətbiqi tələb edilib. Yunanıstan və Hollandiya nümayəndələri bu xüsusda daha çox canfəşanlıq edib. Hollandiya nümayəndəsi Piter van Dalen Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyi və ya heç olmasa dondurmağı təklif edib. Cozep Borrel buna cavabında bildirib: “Sualınızın nə olduğunu başa düşmürəm. Soruşursunuz ki, belə olacaq, ya olmayacaq? Cavab xeyrdir. Mən sizin çıxışınızdakı sualı həqiqətən eşitmədim... Qaz və qan arasında müqayisə aparmaq tamamilə gülüncdür. Bunun adekvat olduğunu düşünə bilərsiniz, amma düşünürəm ki, bu, ciddi suallar verməli olduğunuz bir mübahisədir, mən ciddi cavab verəcəyəm. Sanksiya olmayacaq". Kiprli deputat Kostas Mavrides bir daha bu xüsusda Borrelə sual ünvanlayıb: Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırsınızmı? Cozep Borrel qeyd edib: “Mənim bildiyimə görə, heç bir üzv dövlət belə bir təklifi müzakirəyə çıxarmayıb. Sanksiyaların tətbiqi, bildiyiniz kimi, üzv dövlətlərin işidir”. O öz adından əmin edib ki, Bakı ilə qaz sazişi imzalamaqla və prezident İlham Əliyevi Avropa İttifaqının etibarlı tərəfdaşı adlandırmaqla Avropa Komissiyası hansısa prinsipləri pozmayıb və güzəştə getməyib: “Azərbaycan bizə həqiqətən də yanacaq verir, daha doğrusu, satır - milyardlarla kubmetr qaz və bu il imzalanmış saziş sayəsində biz həcmləri əhəmiyyətli dərəcədə artıracağıq - 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun müqabilində heç bir siyasi güzəşt edilməyib, Avropa Komissiyasının sədri şəxsən bu sövdələşmə ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gedib. Bu, qarşıdakı qış aylarında avropalıların çox ehtiyac duyduğu enerji daşıyıcılarını əldə etmək imkanı verəcək”.Bir saat davam edən sual-cavab sessiyasında Cozep Borrel bir neçə dəfə vurğulayıb ki, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında gərginliyi azaltmaq və regiona sülh gətirmək üçün bütün imkanlardan istifadə etməyə sadiqdir. O qeyd edib ki, Avropa İttifaqı hətta Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərməyə hazırdır, lakin bunun üçün onlara Bakının da razılığı lazımdır, bu isə mümkün deyil: “Biz sərhəddə Avropa İttifaqının vasitəçilik missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan razılaşmadı. Başqa nə etməyimizi istəyirsən? Biz hər iki tərəfin razılığı olmadan Avropa İttifaqı qoşunlarını göndərə bilmərik”.

Deputatlardan biri bu həftə Praqada Avropa İttifaqının qeyri-rəsmi sammitinin keçiriləcəyini və “Sülh və təhlükəsizlik” mövzusunda müzakirəyə Azərbaycanın da dəvət olunduğunu bildirib. Borrel bunu təbii hesab etdiyini vurğulayıb və məsələyə narazılıq edən deputatları sərt tənqid edib: “Bizimlə tərəfdaşlıq və ya assosiasiya sazişləri olan ölkələri görüşə dəvət etdik. Deyim ki, siz həm də Avropa İttifaqının üzvüsünüz. Bəzi tədbirlər görməyə ehtiyac olduğunu düşünürsünüzsə, bunu ölkəniz vasitəsilə edin. Azərbaycanın dəvət olunmasını istəmirsinizsə, bunun asan yolu var: prosesi ölkənizlə başlayın”. Bununla Borrel Avropa İttifaqının Azərbaycana qarşı sanksiya tətbiq etməyəcəyini və hansısa digər əks addım atmayacağını göstərib. Bu hal ermənilərin, anti-Azərbaycan qüvvələrin Avropa Parlamentində fəaliyyətinin iflası deməkdir. Rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov bunu təbii sayır. O qeyd edir ki, Ermənistanın Azərbaycanla sərhədləri müəyyən edilməyib: “Belə şəraitdə İrəvan praktiki fəaliyyəti ilə ABŞ və Fransanın simasında Rusiyanın düşmənləri ilə müttəfiqlik münasibətləri qurur. Aydındır ki, Azərbaycanın daha güclü ordusu yaxın zamanlarda Qarabağın qalan ərazisini də geri qaytaracaq. Çox güman bu, üç ildən sonra baş verəcək. Ancaq istisna edilmir ki, bu daha tez də baş tuta bilər. Ermənistan indi tərkibinə daxil olan digər əraziləri də tamamilə itirə bilər. Əvvəllər İrəvan Moskvaya güvənirdi, lakin Rusiya Azərbaycana qarşı və Ermənistanın maraqları uğrunda vuruşmaqdan imtina etdi. Moskva bu məsələdə neytral mövqe tutmağa üstünlük verir və hətta Azərbaycana daha çox meyl göstərir. Üstəlik, KTMT üzvlərinin əksəriyyəti Bakının tərəfindədir - yalnız əhalisi müsəlman olan Qazaxıstan, Qırğızıstan, Tacikistan deyil, hətta xristian Belarus da. Minsk Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu sirr deyil. Belə bir şəraitdə Ermənistan Fransa və ABŞ-ı regiona cəlb etmək qərarına gəlib. Buna isə Azərbaycan imkan verməz”. Təbii ki, Rusiya da belə addıma razı olmayacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ