Cümə axşamı günü, 12 noyabr 2026
     

Vətəndaş cəmiyyəti Azərbaycanda dinamik inkişaf yolundadır

Image


Müasir dövrdə vətəndaş cəmiyyətinin inkişafı qloballaşmanın təsiri altında hər bir sosiumda baş verən sosial-iqtisadi və siyasi dəyişikliklərlə qırılmaz şəkildə bağlıdır.

Xüsusən də sosial-iqtisadi və texnoloji modernləşmə bütün cəmiyyətlərdə əhalinin sosial strukturuna əhəmiyyətli dərəcədə təsir göstərib. Bunlar vətəndaş cəmiyyətinə də öz təsirini göstərib.

  • Modern tələblərə əsaslanan vətəndaş cəmiyyətinin mövcudluğu xüsusi diqqət mərkəzindədir

İndi vətəndaş cəmiyyəti haqqında klassik ideyalar yeni çalarlarla zənginləşərək daha müasir hala gəlib. Məlumdur ki, klassik model vətəndaş cəmiyyətinin fərdlərinin güclü və zəif, yetkin və uşaq, elita və kütləyə bölünməsini nəzərdə tutmur. O, hər bir fərdin bərabər hüuqa mali olması və suverenliyindən irəli gəlir. Müasir şəraitdə bu müddəa vətəndaş cəmiyyətinin ideal modelini utopiyaya çevirir. Real sosial həyatda bəzi insanlar, xüsusən də zəif  olanlar həmişə özlərindən daha güclü olanlardan asılı vəziyyətdə olurlar. Ancaq burada bir insanın iqtisadi cəhətdən istismar edildiyi və ya ayrı-seçkiliyə məruz qaldığı asılılıq növlərindən söhbət getmir. Söhbət insanın yardım, qayğı və qəyyumluq obyektinə çevrildiyi asılılıq növündən gedir. Lakin bu zaman yardım, qayğı və qəyyumluq obyekti olan şəxsin hüquqlarının gözlənilməsi ön plana çıxır və bu halda vətəndaş cəmiyyətinin formalaşmasından danışmaq mümkün olur.

Düzdür, müasir vətəndaş cəmiyyəti konsepsiyaları bir sıra ənənəvi metodoloji postulatlara əsaslanır. Məsələn, indi də ümumilikdə qəbul edilir ki, vətəndaş cəmiyyətinin hər bir üzvü hüquq və azadlıqların subyektidir. Qanunun aliliyi vətəndaşlara maraqlarını müəyyən etməkdə müstəqilliyə təminat verir ki, bu da belə cəmiyyətin yalnız demokratik sistemdə mümkün olduğunu göstərir. İndi də açıqlıq, dünyəvi xarakter, fikir plüralizmi vətəndaş cəmiyyətinin ayrılmaz xüsusiyyətləridir. Müasir dövrdə vətəndaş cəmiyyətində şəxsiyyətlərarası, ailəvi, sosial-iqtisadi, mədəni, dini münasibətlər və strukturlar çərçivədən kənarda və dövlətin bilavasitə müdaxiləsi olmadan inkişaf edir, şəxsiyyətin və kollektivin istəklərini, maraqlarını həyata keçirməsinə şərait yaradır. Lakin bunalr fonunda hakimiyyət anlayışı, onun sosial-psixoloji fonu dəyişir: subyektlərin rifahı üçün onların müstəqilliyini təmin edən hakimiyyət hüquqi dövlətin mahiyyətinə çevrilir. Yuxarıdakı postulatlar əsasında müasir vətəndaş cəmiyyətinin aşağıdakı meyarları fərqləndirilir.

Birincisi, hesab olunur ki, vətəndaş cəmiyyətinin fəaliyyəti üç sahənin olmasını tələb edir:

- ictimai həyatın siyasi normalarla tənzimlənməyən və sosial təbəqələri, ictimai təşkilatları, hərəkatları, birlikləri və digərlərini əhatə edən sfera;

- şəxsi gündəlik fəaliyyət üçün fərqli həyat sahələri;

- xüsusi və kollektiv mülkiyyətdən ibarət iqtisadi həyat sferası, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması maraqları naminə dövlət tərəfindən tənzimlənən çoxstrukturlu iqtisadiyyat.

Bundan əlavə, bütün hüquq və azadlıqlara malik müstəqil vətəndaşın mövcudluğunu təmin etmək üçün şərait lazımdır. Bura ilk növbədə qeyri-siyasi idarəçilik, özünüidarə, inkişaf etmiş iqtisadi, mədəni, hüquqi mühit, siyasi plüralizmin mövcudluğu, dövlət hakimiyyətinin müəyyən edilmiş hüquq normaları ilə məhdudlaşdırılması kimi məqamlar daxil edilir. Məhz bu halda vətəndaş cəmiyyətinin tərəqqisindən danışmaq mümkündür. Bu sadalanları Azərbaycan nümunəsində tətbiq etsək, ölkəmizdə, əslində, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu demək olar. Əsas səbəb də odur ki, modern tələblərə əsaslnan vətəndaş cəmiyyətinin mövcudluğu dövlətin xüsusi diqqət mərkəzindədir.

  • İslahatlar vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir

O da həqiqətdir ki, Azərbaycanın ictimai-siyasi sisteminin müasir inkişafı şəraitində şəxsi, ictimai və dövlət maraqlarının tarazlığının təmin edilməsi, uyğunlaşdırılması problemi, həlli dövlət və cəmiyyət arasında münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu mənada fəallıq səviyyəsi yüksək olan vətəndaş cəmiyyəti quruculuğu Azərbaycanda dövlət siyasətinin ən mühüm strateji vəzifələrindən biridir. Elə prezident İlham əliyev də bunu dəfələrlə bəyan edərək bildirib ki, demokratiya və vətəndaş cəmiyyətini inkişaf etdirmədən, vətəndaşların hüquq və azadlıqlarını təmin etmədən dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələrin heç birini həll etmək mümkün deyil.

Azərbaycanda davam edən idarəçilik islahatlarının əsas məqsədlərindən biri də məhz budur. Təkmilləşdikcə və inkişaf etdikcə ölkəmizdə vətəndaş cəmiyyəti ictimai, şəxsi maraq və ehtiyacları birləşdirən sistemə çevrilir. İnsanların həyatının iqtisadi, siyasi, mənəvi və əxlaqi sahələrinə müəyyən təsir göstərən vətəndaş cəmiyyəti güclü ötürücü və əlaqələndirici mexanizm rolunu oynayır. Hakimiyyət burada siyasi fenomen kimi dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin vahid sisteminin düzgün, mütərəqqi, səmərəli şəkildə formalaşdırılmasını reallaşdırır.  Bu müstəvidə Azərbaycanda hüquqi dövlət quruculuğu da dinamik inkişaf edir. Hüquqi dövlətin əsas xüsusiyyəti budur ki, o, obrazlışəkildə deyilsə, yalnız “vətəndaş cəmiyyətinin torpağında böyüyür”. Başqa sözlə, vətəndaş cəmiyyətinin mövcudluğundan kənarda konstitusion dövlət ideyası utopiyadır. Bu iki hadisənin qarşılıqlı əlaqəsi göz qabağındadır. Bu kontekstdə vətəndaş cəmiyyəti ilə dövlət arasında münasibətlərin mahiyyətinin və məzmununun tədqiqi, konkret funksiyaların müəyyən edilməsi, onların həyata keçirilməsi ictimai institutlara dövlət-hakimiyyət sisteminə real təsir göstərməyə imkan verir. Bunun konkret nümunəsini müasir Azəraycan reallığında görmək mümkündür. Ölkəmizdə vətəndaş cəmiyyəti subyektlərinin siyasi fəaliyyəti, onun həyata keçirilməsinin məzmunu və formaları indi olduqca genişdir. Dövlət qərarlarının qəbulu və icrası prosesində ictimaiyyətin iştirakının təmin edilməsi bunun təzahürlərindən biridir. Vətəndaş cəmiyyətinin bu qaydada inkişafı öz növbəsində Azərbaycanı daha güclü demokratik, hüquqi dövlətə çevirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ