Cümə günü, 13 noyabr 2026
     

Paşinyan müxalifətə qarşı KTMT-dən yardım istədi, Rusiyadan rədd cavabı aldı, ABŞ hərəkətə keçdi

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontingentinin müxalifət mitinqlərinə görə Ermənistana yeridilməsi ilə bağlı rəsmi İrəvanın Moskva ilə təmaslarını intensivləşdirməsi haqqında maraqlı məlumatlar yayılmaqdadır. Rusiyanın “Baza” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan etiraz aksiyalarının yatırılması üçün KTMT qoşunlarının İrəvana yeridilməsini xahiş edib.

Moskvaya səfəri zamanı Paşinyan, Qazaxıstan ssenarisi təkrarlanacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən İrəvana qoşun yeridilməsinə razılıq almağa çalışıb.  “Baza” nəşrinin yazdığına görə, Rusiya prezidentinin administrasiyası Paşinyandan təklifi geri çəkməyi tələb edib. Əks halda təklifin KTMT-nin iclasının gündəliyindən rəsmi şəkildə çıxarılacağı bildirilib. Mənbə bildirir ki, Paşinyan Putinlə görüşmək üçün 5 saat gözləməli olub. Lakin bu görüşdən də heç bir nəticə hasil olmayıb. Bununla Rusiya Paşinyandan əlini üzdüyünü, ona etimad göstərmədiyini nümayiş etdirib. Kreml Qazaxıstan ssenarisini Ermənistanda təkrarlamaq istəmir. Qeyd edək ki, 2022-ci ilin yanvarın ilk günlərində Qazaxıstanın qərbində yerləşən Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin bahalaşmasına qarşı etiraz aksiyaları başlayıb. Sonradan digər regionlara, o cümlədən respublikanın ən böyük şəhəri Almatıya yayılan aksiyalar iğtişaşlara çevrilib. Qazaxıstan hökuməti istefaya göndərilib və respublikada fövqəladə vəziyyət rejimi elan olunub. Bu fonda prezident Kasım-Jomart Tokayev Qazaxıstana hərbi dəstək göstərilməsi üçün KTMT-yə müraciət edib. Qısa müddətdə KTMT qüvvələri Qazaxıstana yeridilib. İğtişaşlar yatırıldıqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontingenti Qazaxıstandan çıxarılıb. İndi də Ermənistan müxalifəti təşkil edilən aksiyalar barədə yüksək fikirdədir və az qala Paşinyanı devirməyin bir addımlığında olduğunu bəyan edirlər. Amma reallıqda bu belə deyil. Mitinqlərdə iştirak edənlərin sayı çox deyil. Bu da o deməkdir ki, müxalifət artıq insanları Paşinyana qarşı yönətməkdə aciz vəziyyətə düşüb. Ermənistan xalqının “Qarabağ klanı”na etimadı yoxdur. Ona görə də indiki halda müxaliflərin aksiyasının uğur qazanacağı inandırıcı deyil. Ekspertlər hesab edir ki, yalnız xaricdən dəstək olduğu təqdirdə erməni müxalifəti müəyyən hərəkətlərə keçə bilər.  Belə görünür ki, Rusiya bu dəstəyi müxalifətə verə bilər. Elə bu fonda ABŞ Paşinyanın açıq müdafiəsinə keçib.

ABŞ-ın Ermənistandakı səfiti Linn Treysi bu xüsusda bildirir: “Biz erməni xalqına ortaq demokratik dəyərlərə və erməni xalqının 2018-ci ildə tutduğu və 2021-ci il parlament seçkilərində bir daha təsdiq etdiyi yola əsaslanan gələcək qurmağa kömək etməyə sadiqik”. “Armenianreport” portalı yazır ki, bu,  ABŞ-ın Ermənistandakı səfiri vasitəsilə Paşinyan rejiminə dəstək verməyə hazır olduğunu göstərir: “Qarşımızda ABŞ-ın yenidən "öz övladını" qorumaq qərarına gəldiyinə dair bir nümunə var. ABŞ səfiri xalqın tələblərini, polisin vəhşiliyini, demokratiyanın konkret pozulmasını, hakimiyyətin 2018-ci ildə bəyan edilmiş hədəflərdən uzaqlaşmasını görməyə bilməz. Amma səfir açıq şəkildə bildirir ki, Birləşmiş Ştatlar hazırkı hökuməti dəstəkləyib və bundan sonra da dəstəkləyəcək, qan tökülməsinə getsə belə. Beləliklə, açıq şəkildə və hər kəsin gözü qarşısında ümumən ədalətə, xüsusən də Amerika ədalətinə inam məhv edilir”. Bu fonda erməni analitik Armen Çibuxçyan qeyd edir ki, Rusiya Ukraynada nə qədər uduzsa, bir o qədər Ermənistana diqqət yetirəcək. Erməni analitikin sözlərinə görə, Rusiya həmişə Ermənistanın əraziləri hesabına ticarət edib. Çibuxçyan qeyd edib ki, Ermənistan Ukraynadan sonra mübarizənin ikinci mərkəzinə çevrilir: “Qərb Ermənistanı məğlub olan Rusiyanın pəncəsindən çıxarmaq üçün hər şeyi edir”.  Ermənistanın “Respublika Naminə” partiyasının üzvü Artaşes Xalatyan isə qeyd edir ki, kömək ala bilməyən Paşinyan KTMT-ni buna görə Moskvada sırt tənqid edib: “Həqiqətən. KTMT-nin digər üzvləri özləri Ermənistan qarşısında götürdükləri öhdəlikləri pozduqda, KTMT sazişinin müddəalarına məhəl qoymadıqda, beləliklə Ermənistanı Azərbaycanın fəaliyyətlərindən qorumadıqda və daim İlham Əliyevə külli miqdarda silah satdıqda Lukaşenko hansı qarşılıqlı yardımdan danışır? Beynəlxalq münasibətlərin təməl daşlarından biri qarşılıqlılıq prinsipidir ki, ona əməl edilməməsi hər hansı qarşılıqlı öhdəliyi ləğv edir. Bütöv bir hərbi-siyasi ittifaqın üzvlərinə bu sadə həqiqəti xatırlatmaq xüsusilə gülüncdür, onlar alyans çərçivəsində qarşılıqlı müdafiə öhdəliklərini saxlamalıdırlar. Ukrayna, Qazaxıstan və Əfqanıstan problemlərinin Azərbaycanın Ermənistana qarşı fəaliyyətindən üstün tutulmasına haqq qazandırmaq olmaz. KTMT-nin məsuliyyət sahəsinə ya onun bütün üzv dövlətlərinin təhlükəsizlik məsələləri daxil olacaq, ya da bu məsələlərin heç biri daxil olmayacaq”. Digər erməni ekspert Sosi Tatikyanın sözlərinə görə, KTMT-yə üzvlük Ermənistana mane olur, müdafiə sahəsində isə əngəl yaradır: “Mən başa düşə bilmədim ki, biz birinci prezident dövründə niyə KTMT-yə tələsdik, niyə sonralar KTMT-dən çıxmaq üçün bir çox fürsətləri əldən verdik. Uzun illərdir ki, dəyərlərimizi birləşdirməyən, əzəli qonşumuzla sıx əməkdaşlıq edən, maraqlarımızı pozan üzvlərimizlə bir klubdayıq. KTMT-yə üzvlük bizə əngəl yaradır, həyati əhəmiyyətli müdafiə islahatlarına mane olur. Bu yenilik deyil, lakin Ukrayna müharibəsi kontekstində özünü daha qabarıq şəkildə büruzə verdi”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ