şənbə günü, 03 oktyabr 2026
     

Cümhuriyyət varisi kimi İrəvanı, Sovet Azərbaycanının varisi kimi Zəngəzuru geri istəmək haqqımız...

Image


Çar Rusiyasının Azərbaycan ərazilərini işğal etməsi nəticəsində xanlıqlarımız süquta uğradılar və bundan sonra torpaqlarımızın param-parça edilməsi, qonşu ölkələrə peşkəş edilməsi prosesi başlandı. Çar Rusiyasının mənfur siyasətini davam etdirən Bolşevik Rusiyasının təhriki və təzyiqi ilə Azərbaycanın tarixi torpaqlarında ilk erməni dövləti yaradıldı, bununla da Qafqazda ermənilərin ilk dövləti quruldu.

Son 200 ildə Azərbaycan ərazilərinin xeyli hissəsini itirdik. Azərbaycanın tarixi torpaqlarının bölünməsi Gülüstan və Türkmənçay müqaviləri ilə məhdudlaşmadı, XX əsrdə də torpaqlarımızın çox əhəmiyyətli hissələrini itirdik.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində tarixi şəhərimiz İrəvan ərazimizdə dövlət yaradan ermənilərə müvəqqəti olaraq paytaxt kimi verildi, 1920-ci ildə Zəngəzurun qərb hissəsini, 1930-cu ildə isə həmin coğrafi əraziyə daxil olan Mehrini ermənilərə verməyə məcbur edildik. 

  • Azərbaycanın tarixi ərazilərinin qanunsuz olaraq Ermənistana verilməsi faktının beynəlxalq müstəvidə qabardılması və tanıdılması zərurətə çevrilib

Ekspertlər deyirlər ki, İrəvanın və Zəngəzurun, o cümlədən də Mehrinin ermənilərə verilməsi faktını mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır ki, dünya erməni dövlətinin Azərbaycan torpaqları üzərində qurulduğunu, ermənilərin bizim torpaqlara sahib olduqdan sonra Azərbaycan türklərini öz ata-baba yurdlarından zorla deportasiya edərək qovduqlarını və soydaşlarımızın yenidən öz evlərinə, kəndlərinə, rayonlarına qayıtmaq haqlarının olduğunu bilsin.

Ekspertlər deyirlər ki, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi İrəvanın, Sovet Azərbaycanının varisi kimi isə Qərbi Zəngəzurun bizə geri qaytarılması məsələsini beynəlxalq səviyyədə qoya bilər və bununla bağlı tələblər irəli sürmək hüququna malikdir. Ekspertlər hesab edirlər ki, hər iki ərazimizin ermənilərə verilməsi o dövrün hakimiyyətlərinə qarşı edilən təzyiqlər nəticəsində baş verib və ərazilərimizin ermənilərə verilməsi heç bir qanun çərçivəsində baş verməyib. İrəvan müvəqqəti verilib, Qərbi Zəngəzurun verilməsi isə tamamilə qanunsuz olub və bu barədə heç bir sənəd qəbul edilməyib, bu ərazi bir bəyanatla Ermənistana verilib. İrəvan da, Qərbi Zəngəzur da (bütövlükdə Zəngəzur) Azərbaycanın ərazisi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həm Paris sülh konfransı, həm də Antanta ölkələri tərəfindən tanınıb.

Azərbaycanın tarixi ərazilərinin qanunsuz olaraq Ermənistana verilməsi faktının beynəlxalq müstəvidə qabardılması və tanıdılması zərurətə çevrilib. Bu, ən azından, soydaşlarımızın yenidən öz dədə-baba yurdlarına qaytarılması baxımından çox əhəmiyyətlidir.

  • “Hər iki məsələni beynəlxalq müstəviyə çıxarmaq mümkündür”   

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həm İrəvan, həm də Qərbi Zəngəzur məsələsinin beynəlxalq müstəvidə gündəmə gətirilməsi Azərbaycan üçün çox önəmlidir. “Hər iki məsələ bizim üçün çox əhəmiyyətlidir. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk vaxtlarda İrəvanı ermənilərə güzəştə getməyə məcbur edilmişdi, 1920-ci ildə isə Sovet Rusiyasının təzyiqi altında Qərbi Zəngəzur Ermənistana verilib. Əslində, hər iki faktın baş verməsi, Cümhuriyyətin Milli Şurasının nə üçün belə bir addım atdığının səbəbləri məlumdur. Çünki dövlət quruculuğu yolunda o dönəmdə bir çox problem vardı və Qərb dövlətlərinin təzyiqi altında İrəvanı Ermənistana verməyə məcbur oldu. Sovetlər dövründə isə Sovet Rusiyasının təzyiqi altında məcburən Qərbi Zəngəzurun güzəştə gedildiyi sirr deyil. Hər iki məsələni beynəlxalq müstəviyə çıxarmaq mümkündür. Biz məsələnin daha çox bu tərəfini qabartmalıyıq. Yəni, faktiki olaraq, indiki Ermənistanın Azərbaycan torpaqları üzərində yaradıldığını çatdırmalıyıq. Eyni zamanda da İrəvanın və onun ətrafının Ermənistana müvəqqəti paytaxt kimi verilməsini təsdiq edən Milli Şuranın sənədlərinin də, Qərbi Zəngəzurun və ətrafının verilməsinə dair bəyanatın da, sənədin də əlimizdə olması yaxşı haldır. Bu mənada kı, biz o sənədləri beynəlxalq aləmə təqdim edə bilərik. Biz bu sənədləri beynəlxalq aləmə təqdim etməklə İrəvanın və onun ətrafının, həmçinin də Qərbi Zəngəzurun Azərbaycana qaytarılması tələbini qoya bilərik. Çünki əlimizdə sənəd var. Yəni, faktiki olaraq, bu, hüquqi anlamda Azərbaycanın xeyrinədir. Ona görə də həm Paris sülh konfransı, həm də Millətlər Cəmiyyəti, eləcə də digər təşkilatların istər İrəvan, istərsə də Qərbi Zəngəzur məsələsi haqda xəbərləri vardı və onlar da müəyyən anlamda bu torpaqları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul ediblər. O dövrdə ermənilərə dövlət yaratmaq üçün Azərbaycanın tarixi ərazilərindən İrəvan və onun ətrafı daxil olmaqla, 9 min kvadratkilometr verilib. Bundan kifayətlənməyən ermənilər daha böyük ərazi iddialarına düşüblər”.

  • “Bizim əsas məqsədimiz bu sənədlərin üzərindən iş aparmaqdır”

F.Ələkbərli qeyd etdi ki, İrəvandan və onun ətrafından sonra istər Qərbi Zəngəzurun, istər Göyçənin, istərsə də digər ərazilərimizin hesabına Ermənistanın öz ərazisini böyütməsini biz, birmənalı şəkildə, beynəlxalq hüquq çərçivəsində qaldıra bilərik: “Bu başqa məsələdir ki, bunu Azərbaycan tərəfi dövlət səviyyəsində, beynəlxalq müstəvidə qaldırarkən hansı təpkilərlə qarşılaşacaq, hansı ölkələrin təzyiqi ilə üz-üzə qalacaq, hansı dövlətlər bizim ədalətli tələbimizə dəstək verəcək, haqlı tələbimizi müdafiə edəcək, hansılar dəstək verməyəcək. Bütün bunlar sonrakı mərhələlərlə bağlı olan məsələdir. Bilirik ki, Azərbaycan 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına (BMT) 86,6 min kvadratkilometr ərazi ilə daxil olub. Amma bu o demək deyil ki, biz tarixi ərazilərimizdən birdəfəlik imtina etməliyik. Tam əksinə, bu məsələləri daim gündəmdə saxlamalıyıq, beynəlxalq hüquq müstəvisinə çıxarmalı, beynəlxalq məhkəmələrə daşımalıyıq. Mənə elə gəlir, Ermənistan və onun havadarları istəsələr də, istəməsələr də, ancaq bir gerçəklik var ki, İrəvan məsələsində də, Qərbi Zəngəzur məsələsində də məhz əlimizdə sənədlər var.  Baxın, bu sənədlər bizim üçün vacibdir, biz məsələni daha çox bu detallar üzərində qurmalıyıq. Mənə elə gəlir ki, nə Xalq Cümhuriyyətini və onun rəhbərliyini, nə də Sovet Azərbaycanı və onun rəhbərliyini bu məsələlərdə ittiham etməkdənsə, həmin dövrün şərtləri altında onların nədən bu addımı atdıqlarını, xüsusən də Ermənistanın nə cür yaradıldığı və böyüdüldüyü məsələsini ortaya çıxarmalıyıq. Yəni bizim əsas məqsədimiz bu sənədlərin üzərindən iş aparmaqdır. Hesab edirəm ki, hər iki proseslə bağlı sənədlərlə biz istəyimizə nail ola bilərik. Hər iki ərazinin Ermənistana verilməsi ilə bağlı qəbul edilən sənədlər, iclasların protokolları açıq göstərir ki, bu məsələlərlə bağlı həm Azərbaycan Xalq Cümhuriyyətinə, həm də Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyinə çox ciddi təzyiqlər olub. Qərb dövlətləri və Sovet Rusiyası da bu işin əsas hərəkətverici qüvvəsi olublar. Bu gün həmin o Qərb dövlətləri də var, Sovet Rusiyasının varisi kimi Rusiya Federasiyası da mövcuddur. Ola bilsin, bu məsələ onların ziyanlarına olduğu üçün İrəvanın və Qərbi Zəngəzurun hansı şəkildə, necə qanunsuz olaraq Ermənistana verilməsi məsələsini qabartmaq istəmirlər. Amma, bütün hallarda, gerçəkliklər dəyişmir, fakt faktlığında qalır”.

  • “Biz bu məsələləri beynəlxalq hüquq çərçivəsində ortaya qoymalı və öz tarixi torpaqlarımıza sahib çıxmalıyıq”

F.Ələkbərlinin sözlərinə görə, bu gerçəkliklər də ondan ibarətdir ki, İrəvan da, Qərbi Zəngəzur da, hər ikisinin ətraf torpaqları da istər qədim dövrdə olsun, istər orta əsrlərdə, istərsə də XX əsrdə olsun, bu ərazilər Azərbaycan torpaqlarıdır. “Yəni Çar Rusiyası ərazilərimizi işğal edənə qədər, söhbət təkcə Quzey Azərbaycandan getmir, ümumiyyətlə, bizim ərazilərimiz, eyni zamanda, Cənubi Qafqazı ehtiva edir. Bura əvvəlcə Səfəvilərin bir parçası idi, daha sonra Əfşarların bir parçası olub. Amma, sadəcə, Qacarlar bu ərazilərə sahib çıxa bilmədi. Ancaq, faktiki olaraq, bu torpaqların Səfəvilərin və Əfşarların tərkibində olması hər kəs tərəfindən bilinən və qəbul edilən bir faktdır. Bu anlamda biz həm tarixi faktlardan, həm də hər iki sənəddən çox faydalı, səmərəli şəkildə istifadə edərək, bu məsələlərdə beynəlxalq səviyyədə israrlı olmalıyıq. Biz o torpaqların Azərbaycan torpaqları olduğunu faktlarla dünyaya təqdim etməli və o torpaqların yenidən Azərbaycanın bir parçası olması uğrunda mübarizə aparmalıyıq”.

F.Ələkbərli deyir ki, əslində, Azərbaycan 1992-ci ildə BMT-yə üzv olarkən 86,6 min kvadratkilometrdən deyil, Azərbaycan Xalq Cümhuriyyətinin 114 kvadratkilometrlik ərazisindən çıxış etməli, İrəvan və Qərbi Zəngəzur məsələsini də o zaman qaldırmalı idi. “Amma yenə də gec deyil. Biz bu məsələləri beynəlxalq hüquq çərçivəsində ortaya qoymalı və öz tarixi torpaqlarımıza sahib çıxmalıyıq” - deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ