şənbə günü, 24 oktyabr 2026
     

Bakı Kremli neytrallaşdırdı, İrəvanda etirazlar başladı

Image


İyulun 12-də sərhəddə baş verən və bir neçə gün davam edən toqquşmalardan sonra Ermənistanda əsas narahatlıq predmetinə çevrilən məqam Rusiyanın bu dəfə İrəvanı müdafiəsiz qoyması və maksimal dərəcədə neytrallığını qorumasıdır. Ermənistanda bu hal Paşinyan iqtidarının günahı, Azərbaycanın isə yeni diplomatik qələbəsi sayılır. Erməni analitik Argişti Kiviryan yaranmış vəziyyətin İrəvana baha başa gələcəyini bildirir:“Son illərdə erməni-rus münasibətlərində bir çox problemlər var. Bu problemlər yeni başlamayıb, Serj Sarkisyanın hakimiyyəti dövründə başlayıb, lakin o vaxt müəyyən mənada tarazlıq saxlanırdı”.

O qeyd edib ki, bu problemlər Nikol Paşinyanın hakimiyyəti dövründə kəskin şəkildə dərinləşib:“O vaxt bir çox problemlər çətinliklə həllini tapırdısa, indi demək olar, hər hansı problem həllini tapmır. Ümumiyyətlə, demək olar iki ölkənin siyasi hakimiyyətləri arasında münasibətlər yoxdur”. Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da Paşinyanın Rusiya ilə münasibətlərdə ciddi problemlər yaratdığını vurğulayır:“Dövlətlərarası erməni-rus ittifaqının zəifləməsinin cavabdehi erməni xalqı yox, Paşinyan və onun səriştəsiz rejimidir”. Digər ekspert Vanik Babacanyan da bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının qəbul etdiyi “Təhlükəsizlik strategiyası”nda Rusiyanın Qafqazda mövcud olmasını Ermənistan və bölgənin təhlükəsizliyi üçün çox vacib amil kimi vurğulamır, bu da iki illik siyasətin ifadəsidir:“Bu strategiyanın müəlliflərindən məni bir sual maraqlandırır, pandemiyanın aradan qaldırılmasından sonra dünya qlobal yox, regional olacaqsa və biz bu bölgədə təhlükəsizliyin zəmanətçisi kimi Rusiyanın rolunu vurğulamırıqsa, onda kimin rolunu görürük? Rusiya deyilsə, onda ciddi şübhələrim var ki, bu, Türkiyə olacaq, bəs bizim bənzər istəyimiz var?”.

Qafqaz üzrə ekspert, amerikalı siyasi təhlilçisi Pol Qobl isə qeyd edir ki, Moskva Ermənistan və Azərbaycan arasında yeni döyüşlər zamanı neytral qalmaq cəhdləri ilə Bakı, Irəvan və Qərbdə bir çoxlarını təəccübləndirib. Tanınmış politoloq “Jamestown” fondunun saytında dərc etdirdiyi icmalda yazır:“Rusiyalı hərbi şərhçi Aleksandr Staver də qeyd edir ki, Moskvanın tərəflərdən eyni məsafədə aralı dayanmaq üçün həmişə tutarlı səbəbləri olub. İndi isə Türkiyənin uzaq Qafqazdakı münaqişəyə mümkün müdaxiləsindən və Rusiya şəhərlərində etnik azərbaycanlılarla ermənilər arasında toqquşmaların nəzarətdən çıxacağından olan nigarançılıq sözügedən səbəbi bir az da möhkəmləndirib. Moskva Ermənistana tərəf meyllənsəydi, Türkiyənin münaqişəyə birbaşa və ya dolayısı ilə müdaxiləsinin mümkünlüyü istisna edilməməli idi. Moskva bu qarşıdurmada Azərbaycana tərəf əyilsə idi, bu onun Cənubi Qafqazda və bəlkə də İranda uzun müddətdən bəri qurduğu nüfuza son qoyardı. Kreml bu səbəblərdən neytral qalmağı seçib.

Moskvanın belə mövqeyi İrəvan və Bakıda siyasətçiləri qarşıdurmanı məhdudlaşdırmaq cəhdləri göstərməyə meylləndirib. Elə rusiyalı hərbi şərhçi Staver də “Voyennoye Obozreniye” jurnalında yazır ki, elə bu səbəbdən də bu qarşıdurmanın bir müddət sonra başa çatacağını gözləmək olar. Rusiya diplomatları bununla da hər iki tərəfə aydın mesaj veriblər:“Biz neytralıq. Biz hər iki xalqa hörmət bəsləyirik və onlardan heç birini digəri ilə qarşıdurmada dəstəkləməyəcəyik”. Halbuki, ermənilər bu vəziyyətdə Moskvadan daha çox umurdular, amma İrəvanın son anti-Moskva bəyanatlarının təsirsiz ötüşmədiyini başa düşdülər. Rusiyadan silah alan azərbaycanlılar da belə bir təmənnada ola bilərdilər, amma anladılar ki, Kremlin maraqları silah satışından daha genişdir. Amma Moskva başa düşür ki, bu münaqişə bitməlidir. O həm də onu başa düşür ki, öz neytral mövqeyi ilə tərəflərin dinc yanaşı yaşaması üçün daha çox iş görə bilər. Bu halda Rusiya Türkiyənin son qarşıdurmada rol oynamasını indi keçmişdə olduğundan daha çox istəmir. Ankara, çətin ki, birbaşa Moskvaya qarşı çıxsın, amma o, Azərbaycanın Naxçıvan ərazisindən Ermənistana arxa tərəfdən həlledici zərbə endirməsini təşkil edə bilər. Azərbaycan son illərdə əsas ərazisindən aralı olan bu bölgədə gücünü artırmaq üçün addımlar atıb. Naxçıvan son müzakirələr zamanı diqqətdən kənarda qalıb, amma əslində, bir neçə səbəbə görə qətiyyən unudulmamalıdır. Naxçıvan indiki prezident İlham Əliyevin atasının vətəni olmaqdan başqa, həm də bu münaqişə üçün strateji bir bölgədir. Azərbaycan hücumu buradan etmək istəsə, İrəvan üçün son həftələrdə mövcud olan təhlükədən qat-qat böyük təhlükə yarana bilər. Moskvanın son neytrallığının səbəblərindən biri də elə budur. Kreml həm də başqa bir yeni və ciddi problemlə üzləşib.

Moskvada və Rusiyanın başqa şəhərlərində ermənilər və azərbaycanlılar arasında toqquşmalar baş verir. Bu küçə dava-dalaşları Cənubi Qafqaz münaqişəsinin Rusiyaya yayıla biləcəyinin xəbərdarlığıdır. Hazırda Vladimir Putinin bunsuz da üzləşdiyi bir neçə başqa böhran var. Minlərlə etirazçı Xabarovskun və başqa şəhərlərin küçələrinə çıxır, koronavirus pandemiyası və iqtisadi problemlər sosial hiddəti alovlandırır. Belə bir şəraitdə Rusiyanın heç istəmədiyi bir böhran da onun öz paytaxtında millətlərarası zorakılığın qızışmasıdır”.

Bu məqalədə səslənən fikirlərdən aydın görünür ki, Kreml bundan sonra da Azərbaycan və Ermənistan arasında mümkün qarşıdurmaya neytral mövqedən yanaşmağa üstünlük verəcək. Belə bir vəziyyətdə Azərbaycanın Ermənistanı sıradan çıxarması isə daha az vaxt aparacaq.

Nahid SALAYEV

 

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ