Cümə axşamı günü, 08 oktyabr 2026
     

Tarix-mədəniyyət abidələrinin bərpa tenderlərinə böyük şübhələr var - niyə həmişə eyni şirkətlər qalib "çıxır"?

Image


“Tenderdə işi götürüb tamamilə bərpadan xəbəri olmayan yerli tikinti şirkətinə verdilər”

Ölkəmizdə tarix-mədəniyyət abidələrinin, muzeylərin, türbələrin, qalaların, eləcə də digər bu qəbildən olan maddi-mədəni örnəklərin bərpa, konservasiya və pasportlaşmasında dövlət ortaya ciddi iradə qoyub. Bilirik ki, Azərbaycanda bərpa edilən abidələrin böyük bir qismi Dövlət Proqramı və investisiya proqramı çərçivəsində bərpa edilir, konservasiyaya cəlb olunur. Dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilən layihələr əsasında aparılan bərpa-konservasiya işləri özlüyündə müsbət olsa da, dövlətin bu sahəyə xüsusi diqqət göstərməsi, maliyə ayırması təqdir edilsə də, bərpanı həyata keçirən şirkətlərin gördüyü işlər mütəxəssislər tərəfindən ciddi narazılıqla qarşılanır. Mütəxəssislərin əsas iradları ondan ibarətdir ki, həyata keçirilən bərpa işləri yarıtmazdır, tarixi abidələrin bərpası ilə bağlı dünyada qəbul edilmiş standartlara qətiyyən cavab vermir.

Doğrudur, ölkə ərazisində bərpa ediləcək abidələrlə bağlı tender élan edilir və tenderdə qalib gələn şirkət abidələri bərpa edir. Mütəxəssislər qeyd edirlər ki, sırf bərpa işi ilə məşğul olan şirkətlər tenderə yaxın buraxılmır, tenderdə əsasən müəyyən tikinti şirkətləri iştirak edir və hər dəfə də qalib həmin şirkətlər olur.

Tarixi-mədəniyyət abidələrinin bərpası ilə bağlı həyata keçirilən tenderin şəffaf keçirilmədiyini deyən ekspertlərin sözlərinə görə, bərpa işinə qətiyyən aidiyyəti olmayan şirkətlər abidələri “Avroremont” edirlər. Onlar hesab edirlər ki, bu şirkətlər bərpa işində sementdən istifadə etməklə yanaşı, həm də abidənin tikintisində istifadə edilmiş materiallara qətiyyən uyğun gəlməyən materiallarla “bərpa” işini görürlər. Bu gün Azərbaycanda bərpa edilən tarixi abidələrin böyük əksəriyyətində bərpa üçün lazım olan heç bir maddədən istifadə edilmir, buna əsas kimi şirkətlər həmin maddələrin baha olduğunu irəli çəkirlər. Halbuki, bərpa işinə dövlət kifayət qədər vəsait ayırır. Amma şirkətlər bu vəsaitdən bərba üçün istifadə etmək istəmirlər. Bu da, sözsüz ki, mütəxəssislərin diqqətindən yayınmır.

İddialara görə, keçmiş Mədəniyyət və Turizm Nazirliyi də, sonra bu qurumun əsasında yaradılan Mədəniyyət Nazirliyi də, Dövlət Turizm Agentliyi də uzun illərdir sifarişi eyni şirkərtlətlərə verir, tenderin keçirilməsi isə formal xarakter daşıyır.

Məsələ ilə bağlı sorğumuza Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilmədi, qurumdan həftənin birinci günü iddialara münasibət bildirəcəklərini qeyd etdilər. Araşdırmamız zamanı məlum oldu ki, İçəri şəhərdə bir sıra abidələrin bərpa işini “Atelier Erich Pummer GmbH” şirkəti həyata keçirib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən mətbuata verilən məlumata görə, son illər ərzində Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir. 2019-cu ilin ortasında başlayan layihəyə əsasən Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilib. Dövlət Turizm Agentliyinin isə, əsasən, “NKT-Bərpa” MMC ilə əməkdaşlıq etdiyi bildirilir. Yəni bu quruma aid abidələrin konservasiyası və bərpası ilə bağlı elan edilmiş tenderdə əsasən bu şirkət qalib gəlir.

Qeyd edək ki, Lahıcda 5 memarlıq abidəsinin bərpasını da sözügedən şirkət həyata keçirəcək və bunun üçün sənədləşməyə 162 min manat xərclənəcək. Məlumatlara görə, Dövlət Turizm Agentliyinin “Lahıc” Dövlət Tarix Mədəniyyət Qoruğundakı 5 memarlıq abidəsinin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanmasına dair elan etdiyi açıq tenderin nəticəsi məlum olub. Qalib şirkətə 161 896 manat ödəniləcək. Bundan başqa, Mədəniyyət Nazirliyinin élan etdiyi tenderlərdən birində də“NKT-Bərpa” MMC qalib gəlib. Belə ki, Gəncədə Tatlar məscidinin bərpası üçün smeta sənədlərinin hazırlanmasına 49 min manata yaxın vəsait yönəldib. Saytında dərc olunan materiallara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti “NKT-Bərpa” MMC ilə bu işlərin ixrasına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri 48,911 min manat təşkil edir.

Memarlar İttifaqının üzvü, memarlıq üzrə fəlsəfə doktoru, tanınmış memar Rizvan Qarabağlı baki-xeber.com-az-a bildirdi ki, tarix-mədəniyyət abidələrinin bərpası ilə bağlı élan edilən tenderlərin nəticələrindən narazı qaldığını bildirdi. R.Qarabağlı qeyd etdi ki, çox zaman bu tenderlər formal xarakter daşıyır və əsasən burada bərpaçı şirkətlər yox, tikinti şirkətləri “qalib” gəlir. “Mənim isə bir mütəxəssis kimi buna münasibətim çox pisdir. Heç zaman tenderlərin nəticəsi məni təmin etmir. Mən bir dəfə tender komissiyalarından birinin üzvü olmuşam, orada da həmişə narazılığımı bildirirdim. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin bərpası ilə bağlı komissiya yaradılmışdı, mən də onun üzvlərindən biri idim. Tenderdə iştirak edən “bərpaçı qruplar” vardı. Onlar əslində heç bərpaçı da deyildilər, tikinti ilə məşğul olanlar idilər. Bu şirkətlər kanal tikirdi, ev, bina və s. tikirdilər. Mən həmin vaxt komissiyanın toplantısında mübahisə edirdim, onlarla mübarizə aparırdım ki, bu cür məsuliyyətli işin görülməsini peşəkar bərpaçılara həvalə etmək lazımdır. Fərqi yoxdur, bərpaçı şirkət istər yerli, istərsə də xarici olsun, fərq etmir, əsas odur ki, bu sahədə peşəkar olsunlar. Türkiyənin məşhur “Topqapı” Sarayını bərpa edən şirkətin kataloquna baxdım və nümayəndələri ilə də söhbət etdim, gördüm ki, Tarix Muzeyini bu şirkətdən yaxşı heç bir şirkət bərpa edə bilməz. O vaxt “Topqapı” Sarayını bərpa edən şirkət də tenderdə iştirak edirdi, mən həqiqətən də bərpaçı şirkət olan şirkətə səs verdim, amma mənim səsim keçmədi. Tarix Muzeyinin bərpasını yerli tikinti şirkətlərindən birinə verdilər. Hətta orada mənə irad tutdular ki, yerli şirkətləri qoyub niyə xaricə müraciət etməliyik. Dedim yerli şirkətlərdən bərpa işi ilə məşğul olanları var, amma onlar tenderdə iştirak etmirdilər. Həmin yerli bərpa şirkəti Bərdədə Nüşabə türbəsini, eləcə də Bakıda, Abşeronda, Qarabağda bir neçə tarixi abidəni çox yüksək səviyyədə bərpa edib. Burada çox gözəl bərpaçılar var. Ədalət Məmmədov kimi bərpaçılarımız bu işlərə cəlb edilməlidir. O, həmçinin Gövhərağa məscidində, eləcə də Şuşada bir neçə binanın bərpası ilə məşğul olmuşdu. O çox gözəl bərpaçıdır”.

Tenderlərdə ədalətsizliyə yol verildiyini deyən R.Qarabağlının sözlərinə görə, tikinti şirkətlərinə bərpa işinin tapşırılması, onların bu sahədə olan tenderdə qalib edilməsi doğru deyil. O hesab edir ki, naşı bərpaçıların gördüyü yarıtmaz işlərdən biri Tarix Muzeyidir. “Tenderdə işi götürüb tamamilə bərpadan xəbəri olmayan yerli tikinti şirkətinə verdilər. Bu şirkət də Tarix Muzeyini çox yarıtmaz vəziyyətdə bərpa etdi. Bu muzey Hacı Zeynalabdin Tağıyevin evində yerləşir. Hətta içəridə interyerdə “Bismillahi rəhmani rəhim” sözü yazılmış lövhənin ortasını deşib ora çılçıraq asmışdılar. Mən də bunu onlara irad tutdum. Dedim ki, gördünüz, vaxtında sizə dedim ki, bu işi peşəkar bərpaçı şirkətinə verin, vermədiniz, bu da nəticə. Cavab verdilər ki, Sovet dövründə də həmin sözün ortasında çılçıraq vardı. Sovet höküməti islam dininə qarşı olan bir siyasi quruluş idi. Bunlar indi Tağıyevin dövrünə aid olan bir yazının ortasını deşib ora çılçıraq asıblar. Bu yolverilməzdir. Çox təkid etdim ki, tikinti şirkətlərinə bərpa işlərini vermək olmaz. Onda mən tələb etdim ki, tikinti şirkətinin rəhbərlərini çağırın üzbəüz söhbət edək, görək heç onların bu binanın memarlığından, konstruksiyasından xəbəri varmı. Şirkət müdirləri gəldilər, mən onlara dedim ki, bu Tağıyevin evidir, necə bərpa edəcəksiniz, gəlin fasaddan başlayaq, fasadı necə işləyəcəksiniz? Dedilər ki, Rizvan müəllim, nə var ki orda, divarı qaşıyıb yerə tökəcəyik və yeni üzlük plitələrlə üzləyəcəksiniz. Komissiya sədrinə “baxın, hələ bunlar bilmir ki, fasada vurulan üzlük plitəsi deyil, yükdaşıyan divardı, divar konstruksiyasıdı. Onu söksən tamamilə bina dağılar” dedim. Tarix-mədəniyyət abidələrinin bərpası, konstruksiyası çox ciddi məsələlərdir. Tarix mədəniyyət abidələrinin bərpasına hər şirkəti buraxmaq olmaz. Çünki bu o qədər həssas məsələdir ki, atalar sözündə deyildiyi kimi, “qaş düzəltdiyin yerdə vurub gözü tökərsən”. Tarix-mədəniyyət abidələrinin bərpası zamanı çox diqqətli və məsuliyyətli olmaq lazımdır. Bu elə-belə məsələ deyil”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ