Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Dastana dönən ömür -Aydın Çobanoğlu-75

Image


Aytən Aydınqızı: “Bugünkü aşıq sənətinin çiçəklənməsində Hüseyn Ariflə birgə atamın zəhməti danılmazdır”

Aşığı sazından, bir də elindən soruş deyiblər. Aşıq Aydın Çobanoğlunun özü həyatdan nakam köçsə də, sazı, sözü ondan soraq verir, el-obası, sənətinin aşiqləri heç zaman unutmur onu. 42 yaş nə idi ki, bir insan ömrü üçün, bir sənətkar taleyindən ötrü. Az yaşadı, amma mənalı yaşadı, onlarla şeirə nəfəs verdi, sazımızı-sözümüzü təkcə Azərbaycan Respublikasında yox, onun sınırlarından çox-çox uzaqlarda təbliğ etdi, tanıtdı, sevdirdi. Sazı ilə yanaşı özü də sevildi, seçildi.

Yaşasaydı 75 illik yubileyini balaları ilə, saz-söz sevərlərlə birgə qeyd edəcəkdi. Amma 75 il yaşamaq onun alın yazısı deyildi. 33 ildir ki, həyatda yoxdur, amma bir an da olsun unudulmayıb, yaddan çıxmayıb. Çünki həm yaradıcı, həm də ifaçı aşıq kimi bu sənətin qayım-qədimliyini, ululuğunu yaşadıb, saz çalıb, söz qoşub, havacatlar yaradıb. İlhamının köhlən atını aşıq yaradıcılığının hər dolayında, hər keşməkeşli yolunda çapıb, qazancı tükənməz el məhəbbəti olub. Özündən sonra nəyi qalıbsa hamısı xalqın sərvətidir.

Bəzən görürsən ki, bir insan həyatda yüz il ömür edib, amma danışılası bir xatirəsi qalmayıb. Aşıq Aydın Çobanoğlu isə cəmi 42 il yaşayıb, amma ondan yüzlərlə xatirə qalıb. Haqqında məqalələr yazılıb, şeirləri, yaratdığı havacatlar yaşayır.

Aydınam, haqqım yox, həyatdan bezim.

Niyə gül açmasın cığırım, izim?!

Yatsa ürəklərə söhbətim, sözüm,

Aşıq, bir gecə də qal, deyəcəklər.

Həyat eşqi bütöv olan aşığın taleyi nakam oldu.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Aydın Çobanoğlunun “Ömrün etməyəcək vəfa dedilər” adlı kitabını ərsəyə gətirib. Qəzənfər Paşayev A.Çobanoğlu haqda yazır: “Aydın Çobanoğlu sazı Bakıya gətirən adam idi. Və qeyd edim ki, Aydın Çobanoğlu bizdə ilk filoloji təhsil alan bir sənətkar olub. Hətta Aşıq Nəcəf Əlimərdanlıdan o diplom işi yazıb. Bəxtiyar Vahabzadə deyirdi ki, bu diplom işinə yüngül əl gəzdirib müdafiə etmək olar”.

Bu arada 75 illik yubileyi olan mərhum aşıq Aydın Çobanoğlunun ömür yoluna da baxmaq yerinə düşərdi.

Aşıq Aydın Çoban oğlu Musayev 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Aşıq Aydının ilk ustadı da atası Aşıq Çoban olub.

Aşıq Aydın orta təhsilini bitirdikdən sonra Bakıda texniki ixtisas üzrə ali məktəbə daxil olsa da, orada cəmi iki il oxuyub, sonra tale onun yolunu dəyişib. ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində oxuyub. Universitetdə oxuya-oxuya bölgələrdən gələn aşıqların konsertlərində və digər tədbirlərdə yaxından iştirak edib. Hələ tələbə ikən özünün sazıyla, sözüylə respublikada tanınıb.

1975-1977-ci illərdə respublika daxili baxış-müsabiqəsinin qalibi olub. 1977-ci ildə I Ümumittifaq festivalının laureatı adını qazanıb. 1977-1979-cu illərdə Gənc aşıqların respublika baxış-müsabiqəsinin qalibi, 1984-cü ildə Polşa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor festivalının, 1985-ci ildə II dünya müharibəsində qələbənin 40 illik yubileyinə həsr edilmiş ümumittifaq festivalının, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub və həmin il eyni zamanda SSRİ Nazirlər Sovetinin Fəxri fərmanına layiq görülüb.

1988-ci ildə Lenin komsomolu mükafatına və həmin ilin fevral-mart aylarında Almaniya Demokratik Respublikasına “Dostluq səfəri” adlı konsertdəki çıxışına görə Fəxri fərmana layiq görülüb. 1988-ci ildə Aşıq Əkbər Cəfərovla birlikdə Leninqradda (Sankt-Peterburqda keçirilən “Folklor və gənclik” adlı konfransda çıxış edib. Onların bu çıxışına yüksək qiymətləndirilib.

1989-cu ildə İsveçdə keçirilən Folklor musiqi festivalında Azərbaycandan gələn musiqiçilərin tərkibində Aydın Çobanoğlu da olub.

Aşıq Aydın Çobanoğlu 1990-1991-ci illərdə Türkiyənin Konya şəhərində keçirilən “Konya aşıqlar bayramı”nda Atatürk qızıl medalına layiq görülüb.

O, “Abşeron” və “Günay” ailə ansamblların, eyni zamanda Aşıqlar Birliyinin nəzdindəki qızlardan ibarət “İncəgülü” aşıqlar ansamblını yaradıb.

Aşıq Aydın Çoban oğlu Musayev 1993-cü ilin mart ayının 23-də faciəli şəkildə qətlə yetirilib.

Aşıq Aydın Çobanoğlunun yaradıcılığının, sənətinin mayasında onun xalqına, elinə, tarixinə tükənməz məhəbbəti dururdu. Bundan başqa ona ilham verən, onun qol-qanadı olan tükənməz bir məhəbbəti vardı-Nərgiz. Beş balasının anası xanım-xatın Nərgiz.

Aydınla Nərgizin ülvi məhəbbəti dillərdə dastan olubmuş. Aydın gözü qədər sevdiyi Nərgizinə şeirlər yazarmış, aşiqanə şeirlər.

“Nərgiz və Aydın” dastanı yaranıb bu ülvi məhəbbətdən, hələ qələmə alınmayan bu dastanda iki sevənin ölməz və sönməz eşqi həkk olunub.

“Çox təəssüflər olsun ki, orada aşıq Aydın Çobanoğlunun adı ya yada düşmür, ya da nadir hallarda çəkilir”

Bu barədə sənətkarın qızı Aytən Aydınqızı belə danışır: “Atamla anamın məhəbbətləri çox böyük məhəbbət olub. Atam tükənməz bir sevgi ilə anamı istəyib. Evləniblər. Atam anamı Məcnun eşqi ilə sevib. Atam anamı istədiyi dövrlərdə “Hicrani” təxəllüsü ilə şeirlər yazıb və bu şeirləri çap etdirib. Anama həsr etdiyi silsilə şeirləri var. Arzum budur ki, atamın anama yazdığı o şeirlərinin əsasında “Nərgiz və Aydın” adlı dastan qələmə alınsın. İnanıram ki, Allahın köməkliyi ilə bu nümunəvi sevgi dastanı qələmə alınacaq və aşıqlarımızın dilində canlanacaq”.

Aytən Aydınqızı bildirdi ki, atasının çağdaş aşıq sənətinin inkişafındakı rolundan danışarkən bir məqamı unutmaq olmaz. Bu da ondan ibarətdir ki, müasir aşıq sənətinin inkişafında Aydın Çobanoğlunun Xalq şairi Hüseyn Ariflə birgə çox böyük əməyi, zəhməti olub. “İstər Azərbaycan Aşıqlar Birliyinin müstəqil qurum kimi yaranmasında, istər bölgələrdə Aşıqlar Birliyinin filiallarının açılmasında, musiqi məktəblərində saz siniflərinin açılması təşəbbüsünün irəli sürülməsində, istərsə də o dövrdə aşıq sənəti ilə bağlı tədbirlərin, konsertlərin, dastan axşamlarının təşkilində atamın çox böyük əməyi olub. Aşıqların televiziaya və radiodakı ifalarının video və audiolentə yazılmasında əməyi, zəhməti və təşəbbüskarlığı olub. Özünü heç düşünməyib, başqa aşıqlarımız üçün daha çox zəhmət çəkib. Özünün Qızıl Fondda yalnız aşıq Zülfiyyə İbadova ilə birgə bir lent yazısı qalıb. Bu gün aşıqsevərlərin sevə-sevə izlədiyi aşıq Zülfiyyəni bilavasitə atam Bakıya gətirib, onun bu sənətdə püxtələşməyinin səbəbkarı məhz Aydın Çobanoğlu olub. Ona öz balası kimi baxıb və bir neçə ay da o, bizim evimizdə qalıb. Atam öz bildiklərini incəliklərinə qədər ona öyrədib. Zülfiyyəni Bakıya gətirib geniş formada ictimaiyyətə təqdim edib. O vaxt hətta “Azərbaycan qadını" jurnalının üz qabığında da Zülfiyyənin şəkli dərc olunmuşdu, gənc istedad kimi”.

Aşıq Aydın Çobanoğlu aşıq Zülfiyyə İbadovaya “Yanıq Kərəmi” havasını təzganəsiz ifa etməyi öyrədib, birgə deyişmələri olub. “İlk dəfə sazda təzganəsiz çalmaq atamla bağlıdır, sazı o təzganəsiz çalıb, onu da Zülfiyyəyə öyrətmişdi. Çox böyük fəxr hissi keçirirdi. Bu atamın çox böyük zəhmətidir. Atam sadəcə aşıq deyildi, yaradıcı və tədqiqatçı aşıq idi. Aşıqlar arasında yeganə filoloq aşıq olub. Aşıqlar arasında az sayda ali təhsili olanlar vardı, başqa sahələri bitirmişdilər, amma atam sırf filologiya fakültəsini bitirmişdi. Çox savadlı, çox elmli idi. O, çox qeyri-adi yaddaşa malik idi. 1988-ci ildə Hindistana getmişdi, 40 gün Hindistanda olublar. Səfərdən bir ay əvvəl o, ingilis dilini elə gözəl öyrəndi ki, Hindistan televiziyasına müsahibə verdi. Dünyanın çox ölkələrində olub və yüksək səviyyədə təşkilatçılığı, çox şirin, bəlagətli danışığı vardı. Natiq idi. Elə bir çətin iş olmazdı ki, atam getsin, amma onu həll edə bilməsin. Belə şey yox idi. Hüseyn Arif də atama çox güvənirdi. Bugünkü aşıq sənətinin çiçəklənməsində Hüseyn Ariflə birgə atamın zəhməti danılmazdır.

Bu gün Azərbaycan aşıq sənətinin inkişafından danışılanda çox təəssüflər olsun ki, orada aşıq Aydın Çobanoğlunun adı ya yada düşmür, ya da nadir hallarda çəkilir. Bu da bizi, onun balalarını çox incidir.

“Azərbaycan aşıq poeziyası” antologiyası nəşr olunub. Orada atamın adı yoxdur. “Azərbaycan aşıq poeziyası” antologiyasına aşıq Aydın Çobanoğlunun şeirlərinin salınmaması atamın əməyini danmaqdır. Aydın Çobanoğlunu necə yaddan çıxarmaq olar? Anlaya bilmirəm”.

1997-ci ildə Aytən Aydınqızı və Səyyad Aydınoğlu “Çobanoğlu” dastan teatrı açıblar. Aytən bilirdi ki, ən böyük arzuları “Nərgiz və Aydın” dastanının həmin teatrın repertuarında tamaşaçılara təqdim olunsun.

Aydın Çobanoğlunun aşıq şeiri janrında yazdığı gəraylılar, qoşmalar, təcnislər, müxəmməslər, ithaf şeirləri, mərsiyələr, nəğmələr tarix durduqca yaşayacaq. Onun getdiyi ölkələrlə bağlı səfər təəssüratları da bir ayrı aləmdir. Bir qələm sahibi, publisist, yazıçı, tədqiqatçı-aşıq kimi bir sıra aşıqlar haqda maraqlı yazıları yadigar qalıb.

Aydın Çobanoğlu ünlü aşıq Nəcəf Əlimərdanlının həyat və yaradıcılığı barədə diplom işi yazıb və ilk dəfə onun haqqında iri həcmli elmi əsəri o, yazıb...

Pərvanələr kimi hər gün, hər axşam,

Xoşbəxtəm, başıma dolananım var!

Dözüb ayrılığın buz nəfəsinə,

Alışıb, oduma qalananım var.

Aşıq Aydın Çobanoğlunun misralarıdır. Sevgi və hicranın sızlatdığı sənətkarın 33 illik həsrəti balalarını, nəvələrini də yandırıb yaxır. Adına sevgi şeirləri yazdığı, eşqləri dastana dönən Nərgizi artıq bir neçə ildir ki, ona qovuşub. 33 illik yoxluğunun acısını unuda bilmir balaları...yol gözləyirlər hələ də...

Yanvarın 18-də 75 yaşı tamam oldu aşıq Aydın Çobanoğlunun. Çox təəssüf ki, aşıq Aydın Çobanoğlunun 75 illik yubileyi səssiz-sədasız keçdi. Heç kəs və heç nə onun adını aşıq sənətindən silə bilməz. O, ad əbədiyyən bu sənətin yaddaşına yazılıb. Aydın Çobanoğlu sənətini sevənlərin, onun əziz xatirəsini qəlbində yaşadanların hər birinin arzusudur ki, onun 75 illik yubileyi təntənə ilə keçirilsin. İnanırıq ki, əlaqədar qurumlar böyük sənətkarın 75 illik yubileyinin keçirilməsi istiqamətində addım atacaq.

Ruhunuz şad olsun, ustad!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ