Bazar ertəsi günü, 28 sentyabr 2026
     

“...Dissertasiya işi elmi əhəmiyyəti ilə bərabər, həm də siyasi əhəmiyyət kəsb edir...”

Image


AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Əsəd Əliyev redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, vaxtilə onun dissertasiya işinə müsbət rəy verən AMEA-nın Arxeologiya və Etnoqrafiya (hazırkı adı-Arxeologiya və Antropologiya İnstitutu) İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Məhəbbət Paşayeva indi tamam başqa mövqe tutur:

“Mənim dissertasiya işimə müsbət rəy verən xanım AAK-n Ekspert Şurasının iclasında əleyhimə danışır. Onun yadından çıxıb ki, o, mənim dissertasiya işimi seminarda o ki, var tərifləyib, eyni zamanda, əlimdə yazılı müsbət rəyi vardır. “Bakı-Xəbər”dən xahişim odur ki, M.Paşayevanın mənim dissertaisiya işimlə bağlı yazdığı müsbət rəyi işıqlandırasınız”.

Dosent Əsəd Əliyev redaksiyamıza göndərdiyi rəyi təqdim edirik:

Rəydə bildirilir:

“Əsəd Tanrıverdi oğlu Əliyevin “XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti (tarixi-etnoqraflk tədqiqat)” mövzusunda 5102.01-Etnoqrafiya və etnologiya ixtisası üzrə tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyası haqqında

RƏY

Dissertasiya işi Azərbaycan etnoqrafiyasının aktual mövzularından birinə - Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyətinə həsr olunmuşdur. Giriş, beş fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat, qəbul olunmuş ixtisarlar və informatorların siyahısından, eləcə də işə əlavə olunmuş illüstrasiyalardan ibarət dissertasiya işində Gürcüstan azərbaycanlılarının kompakt şəkildə yaşadığı bölgələrin tarixi-etnoqrafık və coğrafi səciyyəsi, onların ənənəvi təsərrüfat fəaliyyəti, maddi mədəniyyəti, folkloru, həmçinin ailə məişəti ilə bağlı problemləri araşdırılmışdır. Zəngin mənbə, ədəbiyyat və çöl materialları əsasında aparılan bu araşdırmalar zamanı yeni etnoqrafik materiallar elmi dövriyyəyə daxil edilmiş və bir sıra mühüm elmi nəticələrə gəlinmişdir.

Dissertasiyanın “Giriş” hissəsində iddiaçı haqlı olaraq qeyd edir ki, hazırda bütün dünyada etnosun müəyyən siyasi səbəblər üzündən digər dövlətlərin ərazisində yaşamağa məhkum edilmiş hissəsinin məişət və mədəniyyətinin tədqiq edilməsi elmi baxımdan böyük maraq kəsb edir. Bunun da əsas səbəbi fərqli sosial-siyasi və mədəni mühitlərdə etnik mədəniyyətin və milli kimliyin nə dərəcədə qorunub saxlanılmasının müəyyənləşdirilməsinə və öyrənilməsinə olan maraqdır. Çünki müasir dünyada baş verən siyasi-iqtisadi, sosial və bütövlükdə etnomədəni proseslər etnik mədəniyyətə çox ciddi şəkildə təsir göstərir, bir çox hallarda həmin mədəniyyətlərin əriməsinə və yerli mədəniyyətlərin içərisində itib-batmasına gətirib çıxarır. Gürcüstan azərbaycanlıları da bu zərərli tendensiyalardan sığortalanmayıb. Belə ki, azərbaycanlıların öz tarixi torpaqlarında bu və ya digər hallarda sıxışdırılması, milli-etnik zəmində, habelə sosial-iqtisadi çətinliklər müstəvisində baş verən münaqişələr, ana dilinə tətbiq edilən məhdudiyyətlər və digər təhdidlər bəzən kütləvi olmasa da, azərbaycanlıların miqrasiyasına, doğma yurd-yuvaların tərk edilməsinə, bununla da əsrlər boyu yaradılan maddi və mənəvi irsin mövcudluğunun sual altına düşməsinə gətirib çıxarır. Bunun qarşısının alınması üçünsə siyasi və diplomatik vasitələrin tətbiqi ilə yanaşı, etnik mədəniyyətdə mühafizəkarlığın qorunub saxlanılması, həmin mədəniyyətin tarixi-etnoqrafık baxımdan tədqiqi və təbliği olduqca vacibdir. Bu nöqteyi nəzərdən Əsəd Tanrıverdi oğlu Əliyevin dissertasiya işi elmi əhəmiyyəti ilə bərabər, həm də siyasi əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, dissertasiya işi yüksək elmi səviyyədə yazılmışdır. İddiaçının araşdırmaları tarixi-müqayisəli müstəvidə və əsas etibarilə çöl materialları bazasında aparıldığından, Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti ilə bağlı indiyə qədər elmi ədəbiyyatda rast gəlinməyən bir çox elmi yeniliklərin əldə edilməsinə şərait yaratmışdır. Həmin yeniliklər təsərrüfat həyatının, maddi mədəniyyətin və ailə məişətinin müxtəlif sahələrinə aid olmaqla, təbii-coğrafi şəraitin, yerli etnik mədəni mühitin, digər xalqlarla qarşılıqlı inteqrasiyanın təsirinin və digər faktorların önəmli rolunu üzə çıxarır.Türk, Qafqaz, Gürcüstanda yaşayan digər xalqlar, o cümlədən, Azərbaycanın ayrı-ayrı bölgələri ilə aparılan müqayisəli təhlillər də dissertasiya işinin elmi səviyyəsini şərtləndirən əsas cəhətlərdəndir.

Dissertasiya işinin müddüalarından doğan əsas nəticə isə ondan ibarətdir ki, Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti ümumazərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla bərabər, yuxarıda qeyd etdiyimiz amillərin təsiri altında formalaşmış müəyyən spesisfıkliklərə də malikdir ki, bu da onun daha zəngin və maraqlı olmasına gətirib çıxarmışdır. Bundan əlavə, iddiaçı problemə həm elmi, həm də milli - azərbaycançılıq ideologiyası prizmasından ynaşmaqla, etnik və mədəni varisliyin qorunub saxlanılmasının vacibliyini konkret dəlillərlə təqdim etməyə nail ola bilmişdir.

Dissertasiya işinin strukturu düzgündür. Plan dissertasiya mövzusunun tələblərinə uyğun şəkildə tərtib olunmuşdur. Dissertasiyanın dili səlis, aydın və oxunaqlıdır. İllüstrasiyalar dissertasiya işinin mövzusuna uyğun seçilməklə onun məzmununu tamamlayır.

Bütün bu deyilənləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının doktorluq dissertasiyaları qarşısında qoyduğu tələblərə uyğun hazırlandığını nəzərə alıb hesab edirəm ki, Əsəd Tanrı verdi oğlu Əliyevin “XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat) mövzusunda 5102.01-Etnoqrafiya və etnologiya ixtisası üzrə tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyası açıq müdafiəyə buraxıla bilər.

Məhəbbət Paşayeva

AMEA Arxeologiya və Etnoqrafiya

İnstitutunun a.e.i., tarix üzrə elmlər

doktoru

02.04.2019”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ