Bazar ertəsi günü, 28 sentyabr 2026
     

ÇALASI (Hekayə)

Image


- Al bu ziri, get Elmira xalandan çalası al gətir, qatıq çalım.

- Ay nənə, axı öz qatığınızdan niyə saxlamırsız çalası üçün, ya da bizdə də qatıq var da, gedim anamdan alım, gətirim. Niyə hər dəfə məni obanın o başına, çalası gətirməyə göndərirsən? Onların eşşək boyda itləri də var.

Nənənm üz gözünü turşudub, hirslə dedi:

- Sənə nə deyirəm onu elə, Elmira xalanın qatığı yaxşı olur, ondan olan çalasıdan elə o dadda qatıq tutur.

Yenə naəllac qalıb, çadırların önündən keçərək obanın o başına, Elmira xalagilin çadırına tərəf deyinə-deyinə getməyə başladım. Hər çadırın önündə də bir ya iki çoban iti, tərs-tərs adama elə baxırdı ki, sanki gözlərindən “gəlib səni qaparam ha” oxunurdu. Ona görə də onların gözünün içinə baxmırdım, amma fikirim o tərəfdə olurdu ki, cumsalar, vaxtında bilim, gərmoşov ağacı sağa-sola yellədib, özümü qoruyum.

Gedəndə bu “it postlarından” sakitçiliklə keçə bildim, elə bil nənəm onlara tapşırmışdı ki, imkan verin, Elmiranın çalasısından gətirsin. Gözlədiyimin əksinə, Elmira xala gülə-gülə məni qarşıladı, ziri qatıqla doldurdu, hələ üstəlik mənə isti lavaşda şor-kərə dürməyi də verdi.

Dürməyi yeyə-yeyə geri qaydırdım. İtlər bu dəfə mənə başqa cür baxırdılar. Quyruqlarını bulayıb, dilləri ilə ilə ağız-burunlarını yalayıb sanki “noolar, o isti çörəkdən mənə də ver” deyirdilər.

Elə bil bayaqkı itlər deyildilər. Mən də hər dəfə dürməyimdən bir diş qoparıb, onlara atırdım. Nənəmgilin çadrının yanına çatanda dürmək qurtarmışdı, itlərlə birlikdə yemişdik.

Danışırlar ki, rəhmətlik babam da müharibədən əvvəl, aclıq vaxtlarında aldığı iki çörəyin birini evə gələ-gələ, böyür-başına toplaşan itlərə atırmış. Onu da deyirlər ki, o vaxtlar çörəyin ətri də başqa cür idi, kəndin o başında təndir salıb, çörək yapanda, bu başından qoxsu hiss edilirmiş. Bəlkə də camaatın hissiyatı güclü, diri imiş. Babam evə gələndə, nənəm onu danlayarmış ki, a kişi, 4 yetimçən ac quş balası kimi ağzını açıb, səni gözləyir, sən də çörəyi yolda itlərə verirsən. Sən nə cür adamsan? Babam da gülərək deyirmiş ki, mən itlərə desəydim ki, uşaqlara aparıram, başa düşəcəkdilər? Mübahisə böyüyəndə, babamın hövsələsi daralar, nənəmə bir-ikisini çəkərmiş. Ancaq gələn dəfə nə babam itlərə çörək verməyi yaddan çıxarmaz, nə də nənəm onu danlamaqdan yorulmaz, öz “payını” da alardı.

Babam o vaxtlar çörəyi itlər ac olduqları üçün verərdi, mən isə dürməyimdən “istədiklərinə”, həm də qorxudan onlara vermişdim.

- Ay nənən ölsün, elə dürməyini dişləyib, itlərə verdin ki, bayaqdan sənə baxırdım.- Nənəm ziri əlimdən alıb, gülə-gülə üzümə baxdı. Sonra da soruşdu:

- Elmira xalan sənə nə deyirdi, elə bil nəsə tapşırırdı?

- Nə bilim ay nənə, o qədər qarma-qarışıq şey dedi ki, heç nə anlamadım. Elə bil sənin haqqında nəsə deyirdi, bir də Yaysəmən xalanın adını çəkirdi.

Elə bu vaxt Elmira xala özü də gəlib çıxdı, elə bil verdiyi çalasının dalınca gəlmişdir ki, görsün necə qatıq tutacaq.

Nənəmlə başladılar söhbətə, nəsə qızğın danışırdılar, arada da Yaysəmən arvadın adını çəkirdilər. Bəlkə də Yaysəmən xala nənəmin "beynini çalırdı" bilmədim, mənim isə fikirim “bozenin” yanında idi ki, görəsən hardadır, gedib tapım gətirim, bu gün quzuya getməmişəm, boş vaxtımdır, eşşəyi minib “saqqıza” gedim. Deyirlər “Sarı döşdə” yaman saqqız var, o gün Həsən kişi, bir parç “tutmuşdur”.

-Nə ağzını ayrıb, tamaşa edirsən, gəl get bir “qurtqurd” su gətir. -Anam məni səslədi.

Bu dəfə də “qurtqurtu” götürüb, deyinə-deyinə bulağa su gətirməyə getdim, yolda dədəmin “çalış bir işlə məşğul ol, yoxsa hərə sənə nəsə tapşıracaq, boş qatarı yükləyərlər” fikirinə haqq qazandırdım.

***

Bərk soyuq idi, adamın elə bil paltarından keçib dərisinə, oradan da ruhuna çökürdü.

Görəsən ruhlar üşüyür? Ağlıma gələn bu fikir soyuqdan ruhun titrəməsindən, ya ağlın küləkləməsindən idi, bilmədim. Bir onu bilirdim ki, Bakı iqliminə görə insan yaşayışı üçün əlverişli məkan deyil. Burada külək və rütubət yayda adamı çirklifason tərlədir, cin kimi boğur, qışda isə soyuğu şiddətləndirir. Naxçıvanın, Kəlbəcərin soyuğu bundan çox olsa da, adamı belə üşütmür. Elə bil oralarda soyuq da dağlar kimi vüqarlıdır, adamla adam kimi müharibə edir. Bakıda isə külək hər cür hiylə edir, gah istini, gah da soyuğu yelləyir.

İşdən gəlirdim, yorulmuşdum, adəti üzrə marketə girməliyidm, uşaqlar hərəsi bir şey tapşırmışdı, kiçik qızım isə bir şokalad şəkli atmışdı ki, çox xoşum gəlir bunu al. Arxasınca da, müasir dövrdə uşaqlı-böyüklü hamının “hiylə” növlərindən olan ürək, nə bilim nə şəkilləri...

Bu cür smayklar, sel kimi xəbərlər, sürətli hadisələr insanın süd kimi beynini dəyişir, elə bil qatıq çalır. Bəlkə də elə insan buna görə getdikcə qocalır...

Yadıma düşdü ki, son vaxtlar sosial şəbəkələrdə Kəlbəcərdə qazın olmaması, hansısa təzə salınmış qəsəbədə yanğın çıxması və s. xəbərlər çoxalıb. Bu cür xəbərlər də hərəsi bir dadda olan, beyinlərdə fikirləri bərkitmək, dəyişmək, necə deyərlər ictimai fikir yaratmaq, qarışdırmaq üçün çalasıdırlar.

Axı insan yaşayan yerdə qaz, işıq kəsilə bilər, yanğın da olar, qışda su da donar, burada qeyri adi nə var ki? Bakıda, Gəncədə və s. İri şəhərlərdə də bu hadislər baş verir, heç o qədər söz-söhbət olmur. Niyə məhs işğaldan azad edilmiş yerlərdə, təzədən məskunlaşmış şəhər və qəsəbələrdə belə hadislər olanda ondan çalası xəbər kimi istifadə edirlər? Kimə, hansı “ağız dadına” bu cür qarışdırmalar lazımdır? Gül kimi “südümüzü”- qələbəmizi, dəyişmək istəyirlər. Axı vaxt var idi, uzaq yox , 6 il əvvəl biz Haramı düzündə səngərdən ayağımızı o tərəfə qoya bilmirdik. İndi xəbərlərə , “İradlara” baxın e: Kəlbəcərdə qaz kəsilib, Ağdamda ev yanıb, Laçında evləri tikəndə yeyinti olub və s. Çalası fikirlər.

Demək Kəlbəcər alınıb, özü də bir nəfər itki vermədən alınıb, ora yol çəkilib, qaz çəkilib, ev tikilib, sakin köçüb ki, qaz verilməsində problem və şikayət hadisəsi olub da. 6 il əvvəl belə şeylər ola bilərdi?

Çalası sözü ümumilikdə xalqımızın dilində ara vurmaq, aranı qarışdırmaq anlamında işlənir. Çalasılar təkcə ölkədə deyil, dostlar arasında, kollektivlərdə, qohum-əqraba içində, hətta insanın öz içində də vardır.

Həm də çalası təşkilatlar, qrumlar, ölkələr, qüvvələr də var.Məsələn "rəhmətlik" Mİnski qrupu, Avropa Şurası vəs.

Çalası sözünün daha dərin mənası isə az bir şeyin çox şeyi özünə bənzətməsidir. Elmira xalanın bir zir çalasısının nənəmin bir vedrə südünü, öz dadında olan qatığa çevirdiyi kimi.

Çalasıda olan bakteriyalar, maddələr südün içində əlverişli mühit tapıb sürətlə çoxalır və onu öz quruluşunda, dadında olan mahiyyətə çevrir.

Deyəsən indi dünyada kiçik, zəif, vətəndaşlarının çoxu "qatıqlaşmya" meyilli olan dövlətləri müharibə yolu ilə deyil, "çalası" ilə tuturlar, işğal edirlər, südünü dəyişirlər. Elə bil iri dövlətlər hərəsi əlində bir zir çalası girir "çadırlara"...

Cəmiyyətin, xalqın da fikir çoxluğunu, əqidə və inamını südə bənzətsək, çalasılarıyla dəyişmək, özlərinə bənzətmək istəyirlər. Bu elə çalasının südü “işğal” etməyi kimi bir şeydir.

Marketin qapısının ağzında balaca, sarışın, saçı pırtlaşıq bir qız mənə yaxınlaşdı və qəribə- soyuqla insanlığın, uşaqlığın ruhunun döyüşməsi səsinə bənzər səslə:

- Əmi mənə makaronla yağ ala bilərsən? Evdə heç nə yoxdur, acıq. -dedi və sonra da, ümidin öz-özünə inamsızlığına oxşar baxışla baxmağa başladı. Dodaqları da çürüməkdə olan ət kimi göyərmişdi.

- Onları ala bilmərəm, buyur sənə bir manat verim. -deyib, ona pul verib , marketə girdim.

Nə alacaqdım, yadımdan çıxdı, pırtlaşıq qız beynimi qatışdırmışdı. Telefona baxdım, alınacaq şeyləri xatırlayıb səbətə yığdım. Sonra beynimdə mələklə şeytan tutaşmağa başladı. Pırtlaşığın istəkləri, səs tonu, baxışları- çalası öz işini görmüşdür.

Şeytan səsini atıb başına, həyasızcasına dirənmişdir ki, Pırtlaşıq dilənçidir, qaraçıdır, hamıdan istəyir, bir manat verdin bəsdir, sənin nəyin var ki, verəsən, gör nə qədər burda varlı adamlar bazarlıq edir, onlar niyə vermir? Sən onlardan ağıllısan? Şeytanın çığır-bağırından od -alov saçırdı. Rəsmən şölələnirdi, özünü yırtıb-tökürdü.

Mələk də abırlı, sakit səslə deyirdi ki, adamsan, özgə vədə xeyirxahlıqdan zaddan danışırsan, səndən bir manat istədilər, ya yağla, makaron? Manata makaron düşür indi 2026-cı ildir e... Manat çoxdan “rəhmətə” gedib...

Yaxınlaşdım makaronlar düzülmüş piştaxtaya, əşi mən bunların hansını alım, yüz cürədir, Pırtlaşıq hansını istəyər, nə bilim... Bir manat vermişəm də, kimsə də verər, gəlib istədiyini alar- şeytan tərəfim özünü , haqlı çıxarmaq istədi. Sonra bir az yumuşaldı, yaxşı, qara da olsa, ucuzdur, bundan birini alım.

Nurlu bir formanın içindən istehzalı səs:-evinə ondan alırsan? Adam ol, yaxşısını al!-dedi.

Ən yaxşı bildiyim bir makoron seçdim, səbətə qoyub, kiçik qızımın istədiyi şokaldın şəklini marketin işçisi, cavan oğlana göstərdim. Gətirdi şokaladların yanına, tapdı. Dedim biri neçəyədir, o da getdi qiymətini öyrənməyə, gözləmədim, ikisini götürdüm. Demə bahalı şokalad imiş...

Marketdən çıxanda Pırtlaşığa yaxınlaşdım, yeniyetmə bir qız onun selofanına mərcimək qoyurdu, başını qaldırıb, məni görüb gülümsədi:

-Nə yaxşı, Siz də almısız?

Mən də gülümsədim.

Yox bu qız deyildi, indi diqqət etdim, adama oxşamırdı, mələy idi, sarışın mələk. Pırtalaşıq da mələy idi, sınayıcı mələk.

Pırtlaşığa xitabən dedim:

- Orada şokald da var, evə çatana kimi hələlik bunu ye.

Hər iki sarışın mələklə sağollaşıb, evə tərəf yollandım. Beynimdəki, mələklə şeytan ikisi də məmnun idi, sakitləşmişlər, sıfırlanmışlar, elə bil yeni döyüşə enerji yığırdılar. Biri istədyini almış, digəri yağ almağa qoymamışdır. Demək olar ki, hərəsi öz çalasılığını etmişdir.

ALLAHA dua edirdim ki, nə yaxşı ki, bu gün mənim qabağıma bu mələkləri çıxarmışdır. Biri var halal qazancından onlara nəsə alasan, daha doğrusu sınanasan. Yoxsa ki, əlində “dürməyin” ola, ya qorxudan, ya da istədikləri üçün "itləri" yedirdəsən... Bir sözlə itlə yemək yeyəsən...

***

Axşamçağı qayıtmışdım saqqızdan, xeylax-yarı parç da saqqız “tutmuşdum”. Anam çadırda qabağıma qatıqla qalın qoymuşdu, başım elə yeməyə qarışmışdır ki, bayırda nənəmlə Yaysəmən arvadın getdikcə qızışan "qılınc-qırğınına" fikir vermirdim. Qatığı nənəm vermişdi, günorta çörək yeməmişdim, ya nəydi bilmirəm, doğurdan da çox dadlı idi. Elmira xalanın çalasısından yaranmış qatıq bayırdakı dava kimi yaman "tutmuşdu".

Sadıq Qarayev.

05.01.2026



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ