Bazar ertəsi günü, 28 sentyabr 2026
     

AZƏR­BAY­CAN DİL­Çİ­Lİ­Yİ­NDƏ AFAD QURBANOV ZİRVƏSİ

Image


Beynəlxalq və milli akademiyaların akademiki, SSRİ Elmlər Akademiyası Sovet Türkoloqlar Komitəsinin sədr müavini, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun zəngin və çoxşaxəli elmi irsi müasir dövrdə dilçilik elminin aktual problemlərinin həllinə istiqamət verir. A.Qurbanov çoxcəhətli elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olmuşdur.

Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan A.Qurbanov “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan ədəbi dili” (1967), “Ümumi dilçilik” (I, II cildlər – 1988,1993), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi”, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (2 cildlik) (1988), “Azərbaycan onomastika məsələləri” (1986), “Dünyanın dil ailələri” (1994), “Azərbaycan onomalogiyasının əsasları, (2 cilddə) bir sıra monoqrafiya və dərsliklərin, 500-dən çox elmi məqalənin müəllifidir. Bu monoqrafiyalarda Azərbaycan dilçiliyinin inkişaf və perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi nəzəri əsasları, türk dillərinin təsnifi, müasir dilçiliyin aktual problemləri tədqiq olunmuş, alimin gərgin elmi araşdırmalarının uğurlu nəticəsi kimi Azərbaycan dilinin bu günü və gələcəkdə inkişaf yolları müəyyənləşdirilmişdir. Onun əsərlərində dil nəzəriyyəsi, onomalogiya, türkologiya, mətn dilçiliyi sa­hə­lə­ri­nin əsa­sı­ qoyulmuş, Azərbaycan dilçiliyinin istiqamətləri müəyyən­ləş­di­ril­­misdir. Bu baxımdan Azərbaycan SSRİ Elmlər Akademiyasının üzvü A.Qurbanovun elmi yaradıcılığı dilçiliyin müxtəlif sahələri ilə bağlı olub zəngin və çoxşaxəlidir. Onun tədqiqat və araşdırmalarına müasir Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universiyaları, ümumi dilçilik, dil nəzəriyyəsi, fonetika, leksikologiya, morfologiya, derivatologiya, onomalogiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələr daxildir.

Dilçiliyin son illərdəki inkişafının mühüm nailiyyətlərindən biri olan onomastikasının yaranması, inkişafı və formalaşması, Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Azərbaycan dilində antroponimika, toponimika, etnonimikanın spesifik xüsusiyyətləri, onların mahiyyəti, sistemi, əmələ gəlməsi, mənşəyi, məna əsası, yayılma regionu, quruluşu, inkişaf tarixi, təkmilləşməsi, üslubi imkanları, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun əsərlərində araşdırılmışdır. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran A.Qurbanov olmuşdur. Professor Afad Qurbanov türkoloji və Azərbaycan dilçilik tarixində Azərbaycan onomalogiyasının əsas problemlərini fundamental tədqiq edərək onomastika, ümumi dilçilik və türkoloji dilçilik sahələrində elmi məktəblər yaratmışdır. Alim Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Onomastika Cəmiyyəti və Onomastika Elmi Mərkəzi yaratmış, 25 sentyabr tarixini “Onomastika günü” kimi təsis etmiş, “Onomastika” adlı elmi-onomastik jurnal nəşr etdirmişdir.

Görkəmli türkoloqun onomalogiya və onun aktual problemlərinə dair 100-ə qədər məqaləsi, “Antroponim nəzəriyyəsi”, “Azərbaycan onomastikası” və “Azərbaycan onomalogiyasının əsasları” (2 cild) monoqrafiyaları nəşr olunmuşdur. Bu əsərlərdə Azərbaycan dilçiliyində ilk dəfə xüsusi adların mahiyyəti, müxtəlif qrupları müəyyənləşdirilmiş, onomalogiyanın elmi-nəzəri əsasları hazırlanmışdır. Mətn dilçiliyinin əsasını təşkil edən bədii əsərlərin mətninin linqvistik təhlili, onların üslubi xüsusiyyətləri, bədii ədəbiyyatda işlənən xüsusi adların komik təbiəti, ad yaradıcılığı prosesi, poetik onomastikanın nəzəri məsələlərini ilk dəfə Afad Qurbanov tədqiq etmişdir.

A.Qurbanov azərbaycanşünaslıqda onomastik vahidlərin yaranma tarixi, formalaşması, inkişaf modelləri, bədii əsərlərdə ifadə formaları ilə bağlı tədqiqatları ilə dilçiliyin yeni sahəsinin yaranmasının əsasını qoymuşdur. Onomastik vahidləri tədqiq etməklə xalqın tarixi, dili və çoxsahəli həyatının bir sıra mühüm məsələləri aşkara çıxarılmış, dilin lüğət tərkibinin bütövlükdə xarakteristikası verilmiş, dil tarixi, dialektologiya və üslubiyyata dair mühüm qanunauyğunluqlar təyin edilmiş, tarix, etnoqrafiya, sosiologiya, coğrafiya və başqa elmlərin qovşağında dil vahidlərinin tədqiqinə yeni istiqamət verilmişdir. Bu baxımdan Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahə ilə bağlı ən böyük uğuru “Azərbaycan dilinin onomalogiyası” adlı monoqrafiyasıdır. Bu əsər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik təhlilinə həsr olunmuşdur. A.Qurbanov şəxs adları, ad və insan anlayışı, eləcə də onların sistemini ümumi dilçilik baxımından təhlil etmiş, əsl şəxs adlarının yaranma səbəbini, onların leksik-semantik qruplarını müəyyənləşdirmişdir. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmışdır. Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur. Onun onomalogiya ilə bağlı ən fundamental əsəri 1988-ci ildə nəşr olunmuş, Dövlət Mükafatına layiq görülmüş “Azərbaycan dilinin onomalogiyası” kitabıdır. Akademik M.Şirəliyev yazırdı ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur. N.Tusi adına ADPU-da “Onomastik problem laboratoriyası”nın yaradılması, Azərbaycan onomastikası problemlərinə həsr edilmiş respublika konfranslarının keçirilməsi Afad Qurbanovun gərgin əməyi sayəsində reallaşmışdır. Afad Qurbanov dilçiliyin bu sahəsi ilə bağlı ardıcıl olaraq geniş tədqiqatlar aparmış, aktual problemlərinin tədqiq edərək onomastika sahəsində məktəb yaratmış görkəmli dilçidir. A.Qurbanovun onomastika sahəsindəki fəaliyyəti respublikamızda və ölkəmizdən kənarda da qiymətləndirilmişdir. 1989-cu ildə İstanbulda nəşr edilmiş “Türk dünyası araşdırmaları” adlı sanballı elmi məcmuədə bu əsər geniş təhlil olunmuşdur. Xəlil Açıqgöz yazırdı ki, möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işlənmişdir.

Ümumi dilçilik problemlərinin nəzəri istiqamətdə tədqiqində, bu sahədə elmi məktəb yaradılmasında Afad Qurbanovun öz dəst-xətti, konsepsiyası vardır. Bu ondan irəli gəlir ki, bir müəllim kimi 20 ilə qədər bu fənni tədris etmiş, ümumi dilçiliyin konsepsiyalarına dərindən bələd olmuşdur. 1976-cı ildə nəşr olunan “Dilçiliyin sistemi” əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri və onların aktual problemləri araşdırılır. Xüsusilə, dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri konseptual səviyyədə tədqiq edilmişdir. Onun rəhbərliyi ilə keçirilən çoxsaylı konfransların materiallarında qoyulan problemlər dilçiliyin ümumi problemlərinin həllinə istiqamət vermişdir. Afad Qurbanov türk və Avropa dilçiləri tərəfindən orijinal konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, SSRİ Elmlər Akademiyasının, Sovet Türkoloji Komitəsinin sədr müavini, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1981-1989-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) rektoru olmuşdur. Professor A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR EA-nın filologiya sahəsi üzrə müxbir üzvü seçilmiş, dünyanın bir sıra beynəlxalq və milli akademiyalarının akademiki, o cümlədən Türk Dil Qurumunun üzvü seçilmişdir. 1990-1994-cü illərdə Milli Məclisin üzvü olan A.Qurbanov Əlifba Komissiyasının sədri olmuşdur.

Azərbaycanda əldə edilmiş müstəqillik və azadlıq yeni əlifbaya keçidin zərurətini ortaya çıxardı. Bu zərurət zamanın tələbindən irəli gəlirdi. Belə ki, illərdən bəri bir-birindən elmi və mədəni, iqtisadi və siyasi cəhətdən ayrı düşmüş çoxsaylı türk xalqlarının əlaqələrini yaratmaq üçün latın əlifbası daha təsirli vasitələrdən biri idi. Latın əlifbası dünyanın ən geniş yayılmış sadə və müasir əlifbalarındandır. 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və Azərbaycan Elmlər Akademiyasının o zaman dilçilik üzrə yeganə üzvü olan Afad Qurbanov həmin Komissiyanın sədri təyin edilmişdir. O, qəti şəkildə bəyan etmişdir ki, kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, onun tələblərinə tam cavab vermir. İndi işlətdiyimiz kiril qrafikalı əlifbada bir sıra düzəldilməsi mümkün olmayan qüsurlar yaranır. Eyni zamanda, kiril qrafikalı əlifba xalqımızın milli mədəniyyətinin birləşməsinə ancaq mənfi təsir göstərir. Müxtəlif yerlərdə yaşayan azərbaycanlılar bir-birinin nailiyyətləri haqqında birbaşa məlumat ala bilmir, milli mədəniyyət arasında mükəmməl əlaqə yaranmır. Buna görə də xalqımızın birliyi, onun iqtisadi, siyasi və mədəni inkişafı üçün mütərəqqi və yararlı əlifba lazımdır. Bu da indi və gələcəkdə özünü doğrulda bilən latın qrafikası hesab edilmişdir. Afad Qurbanov rəhbərliyi ilə müasir əlifbanın yaradılması və ona verilən tələblər Əlifba Komissiyasında geniş şəkildə müzakirə olunmuşdur. Afad Qurbanov Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlamış, daha sonra Komissiyanın müzakirəsinə təqdim etmişdir. Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının müəllifidir. A.Qurbanovun hazırladığı əlifba layihəsində müasir əlifbanın yaradılması və ona verilən tələblər nəzərə alınmışdır. Qeyd olunan hərflər müasir Azərbaycan ədəbi dilinin fonemlər sisteminə uyğun olaraq qəbul edilmişdir. Alimin hazırladığı əlifba Azərbaycan əlifbasının tarixi ilə sıx bağlıdır. Afad Qurbanov latın qrafikalı yeni əlifbaya keçilməsi dövründə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu olmuş, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmiş və istifadəyə verilmişdir. Ümumxalq sərvəti olan bugünkü əlifba görkəmli dilçi Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir. XIX yüzillikdə Mirzə Fətəli Axundovun tərəfindən qoyulan əlifba islahatı Afad Qurbanov tərəfindən uğurla davam etdirilmişdir. Hazırda latın əlifbası əsasında tərtib edilən müasir Azərbaycan əlifbasında

Azərbaycan dilinin yazı sistemi yüksək səviyyədə təmin edilmişdir.

Bununla yanaşı ortaq türk əlifbasının tərtibi üzərində Afad müəllim uzun müddət çalışmışdır. 34 hərfdən ibarət ümumtürk əlifbasının yaranmasında onun əməyi az deyildir. Özünün qeyd etdiyi kimi bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Bu nəzərə alınaraq hazırda türk dillərinin ortaq əlifbası kimi qəbul edilmişdir. “Ortaq türk ədəbi dili” kitabı müasir türkoloji dilçiliyin ən aktual problemlərinə həsr olunmuşdur.

Afad Qurbanovun dünya dilçiliyinə və türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyaları Azərbaycan dilçiliyi ilə yanaşı dünya və türkoloji dilçiliyin inkişafına öz mühüm töhfəsini vermişdir. A.Qurbanovun Altayşünas, türkoloq kimi fəaliyyəti Sovet dövründə genişliyi ilə diqqəti cəlb edir. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin üzvü, Türk Onomastika Bölməsi bürosunun üzvü, Tədris Metodiki Bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmışdır. Həmin dövrdə akademiklər A.Kononov, E.Teneşev, A.Şerbak və onların sırasında A.Qurbanov türk dünyasında tanınmış türkoloqlar kimi qəbul olunurdular. Türkoloji dilçiliyin inkişafındakı xidmətlərinə görə A.Qurbanov Türk Dil Qurumunun üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir. Eyni zamanda o, Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlərində fəal iştirak etmiş, AMEA-nın Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai elmlər üzrə Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunun Elmi və Müdafiə Şuralarının üzvü olmuşdur. Görkəmli alim Beynəlxalq Pedaqoji Elmlər, Rusiya Pedaqoji və Sosial Elmlər, Nyu-York Akademiyalarının akademiki, Türk Dil Qurumunun fəxri üzvü, Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyətinin həqiqi və fəxri üzvü olmuşdur. Görkəmli azərbaycanşünas alim, dünya şöhrətli türkoloq Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını ömrünün sonuna qədər davam etdirmiş, Beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişdir. Xüsusilə, Amerika, Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə elmi səfərlərdə olmuş, Türkiyənin Ankara, İstanbul, İzmir, Adana, Qeysəriyyə, Konya, Trabzon və başqa şəhərlərində uluslararası toplantılarda türkoloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələr etmişdir. Alim 1992-ci ildə Azərbaycan dövlət nümayəndə heyətini üzvü kimi Yunanıstanda olmuş və Afinada keçirilən Beynəlxalq konqresdə çıxış etmişdir.

Afad Qurbanov elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasına daim diqqət yetirmişdir. A.Qurbanov minlərlə filoloq-müəllim yetişdirmiş, 60-dan çox fəlsəfə doktoru və elmlər doktorunun elmi rəhbəri olmuşdur. A.Qurbanovun gərgin fəaliyyət sayəsində püxtələşən elmi pedaqoji kadrlar nəinki Azərbaycanın, Türkiyənin, Almaniyanın, Gürcüstanın, Türkmənistanın, Qazaxıstanın təhsil və elm ocaqlarında uğurla çalışırlar. Elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasına xidmətlərinə görə A.Qurbanov dəfələrlə dövlət başçısının, Respublika Ali Soveti, Elmlər Akademiyası və Təhsil Nazirliyinin Fəxri Fərmanlarına, mükafatlarına, 1981-ci ildə Azərbaycan SSRİ “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. A.Qurbanovun mənalı həyat yolu əsl ziyalılıq təcəssümüdür, öz biliyi, elmiliyi, alicənablığı, təmənnasız insanlara qayğısı, vətəninə xidmət göstərməsi ilə yaddaşlara həkk olunmuşdur. Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə, elminə həsr etmiş, ana dilimizin inkişafına, ümumiyyətlə dilçiliyə, əlifbamızın təkmilləşdirilməsinə dair sanballı, mükəmməl əsərlər, töhfələr vermiş, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli alimdir.

Sayalı Sadıqova

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Terminologiya Komissiyasının sədr müavini, filologiya

elmləri doktoru, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 19:31
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ