çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

JEPBARMAMMET GÖKLENOV: TÜRKMƏN DİLÇİLİYİNƏ VƏ ŞƏRQ DİLLƏRİ TƏDRİSİNƏ SƏRF OLUNAN ALIM ÖMÜR

Image


Türkmən dilçiliyinin inkişafında müstəsna xidmətləri olan, həm elmi, həm pedaqoji fəaliyyəti ilə bir neçə nəslin formalaşmasında böyük rol oynamış görkəmli alim Cabbarməmməd Göklenov (Jepbarmämmet Gökleňov), yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı və elmi irsi ilə ölkənin filoloji mühitində xüsusi yer tutur. Onun həyat yolu həm zəhmətin, həm də elmə sonsuz sədaqətin bariz nümunəsidir. Uşaqlıqdan elm yoluna – 1950-ci il 15 noyabrda Daşoğuz vilayətinin Köhnəurgənç bölgəsində, Quşbəyi kəndində sadə bir kəndli ailəsində dünyaya gələn Göklenov Cabbarməmməd uşaqlıqdan elmə və kitaba böyük maraq göstərib. 1968-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, həmin il Məhtimqulu adına (keçmiş M.Qorki adına) Türkmən Dövlət Universitetinin türkoloji fakültəsinə daxil olur. O, ali təhsilini 1973-cü ildə fərqlənmə diplomu ilə başa vuraraq türkmən dili və ədəbiyyatı müəllimi ixtisası alır. Universitet illərində B.A.Qariyev, M.Kosayev, M.N.Xıdırov, Q.Sarıyev (B.A.Gariyev, M.Kösäýew, M.N.Hydyrow, G.Saryýew) kimi böyük alimlərin dərslərini dinləməsi gələcək tədqiqatçının elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Bu mühit onun bir alim kimi yetişməsinə möhkəm təməl qoyur. Elm dünyasina doğru ilk addimlar – Universiteti bitirdikdən sonra Gökleňov Jepbarmämmet elmi fəaliyyətə "Ylym" ("Elm") nəşriyyatında redaktor kimi başlayır. Burada Şamuhəmməd Qədimov və Qılıç Nəfəsov (Şamuhammet Gandymow və Gylyç Nepesow) kimi ustadlarla birgə çalışmaq ona elmi redaktə mədəniyyətini, dilçilikdə dəqiqlik və səlislik prinsiplərini dərindən mənimsəməyə şərait yaradır. Bu illərdə o, türkmən dilçiliyi və ədəbiyyatına dair bir sıra əhəmiyyətli nəşrlərin hazırlanmasında iştirak edir. Elmi çevrədə ilk tanınması da məhz həmin dövrlərə təsadüf edir. Sankt-Peterburq da elmi təhsil və fonetika tədqiqatlari - 1974–1977-ci illərdə o, iki qurum arasında əldə olunan elmi razılaşma əsasında Sankt-Peterburq Dövlət Universitetinin filologiya fakültəsinin Fonetika kafedrasında aspirantura təhsili alır. Burada onun elmi dünyasına professor L.V.Bondarko kimi dünyaşöhrətli fonetistlərin təsiri böyük olur. Sonrakı tədqiqatlarında türkmən dilinin səs sistemi, xüsusilə də çəkimli səslərin akustik və eşidilmə xüsusiyyətləri onun əsas araşdırma istiqamətlərindən birinə çevrilir. İnstitut illəri – elmi inkişafin zirvələri – 1977-ci ildən başlayaraq, uzun illər boyunca Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunda çalışır. Burada laboratoriya əməkdaşı kimi başlayan fəaliyyətini kiçik elmi işçi, böyük elmi işçi kimi davam etdirir. İnstitutun elmi mühiti, Fiqam Əzimov, Bəşim Çariyarov, Zuleyxa Muhammedova, Sapar Kurenovov (Pygam Azymow, Bäşim Çaryýarow, Zylyha Muhammedowa, Sapar Kürenowow) kimi öncül alimlərin iştirakı onun elmi yetişməsində məktəb rolunu oynayır. Bu illərdə o, türkmən dilinin fonetik quruluşunu eksperimental metodlarla araşdıran mühüm məqalələr yazır. 1985-ci ildə müdafiə etdiyi "Türkmən dilinin çoxhecalı sözlərinin vurğusuz çəkimliləri (eksperimental-fonetik araşdırma)" adlı işi ona filologiya elmləri namizədi elmi dərəcəsini qazandırır. Sonradan isə Şərq dilləri üzrə dosent elmi adı alır. Təhsil islahatlari və yeni fakültələrin yaradılması – 1989-cu ildən etibarən o, Dövlətməhəmməd Azadi adına Türkmən Milli Dünya Dilləri İnstitutunda fəaliyyət göstərməyə başlayır. Burada onun fəaliyyəti yalnız elmi deyil, həm də təşkilati cəhətdən böyük əhəmiyyət kəsb edir. 1990-cı ildə açılan türkmən filologiyası fakültəsinin təşkili, ilk proqramların, tədris planlarının hazırlanması, müəllim seçimi və kafedraların qurulması bilavasitə onun iştirakı ilə həyata keçirilib. Daha sonra Göklenov Cabbarməmməd Şərq dillərinin – fars, ərəb və türk dillərinin tədrisi üçün fakültə yaradılmasının təşəbbüskarlarından biri olur. O dövrdə Daşkənd, Düşənbə, Bakı kimi şəhərlərdəki nümunələrin öyrənilməsi də məhz onun da daxil olduğu heyətin fəaliyyəti ilə mümkün olmuşdur. Rəhbərlik fəaliyyəti və institutun elmi həyatındakı rolu. Onun institutdakı fəaliyyəti genişdir: kafedra müdiri, fakültə dekanı, elmi işlər üzrə prorektor və daha bir çox məsul vəzifələri uğurla icra etmişdir. Uzun illər gənc alimlərin elmi inkişafında, filologiya üzrə yeni kadrların hazırlanmasında əvəzsiz xidmət göstərib. Hazırda o, şərəfli əmək fəaliyyətini davam etdirərək Yaxın Şərq dilləri kafedrasının dosenti vəzifəsində çalışır. Elmi və ictimai fəaliyyətinə verilən qiymətlər – Jepbarmämmet Gökleňovun əməyinə dövlət səviyyəsində də yüksək qiymət verilib. O, 2016-cı ildə "Türkmənistanın Müstəqilliyinin 25 illiyi" yubiley medalı ilə təltif olunub. Bundan başqa, o, Türkmənistan Ağsaqqallarının III, X, XI və XV qurultaylarının iştirakçısı olmuş, beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətlərində təmsil olunmuşdur. Cabbarməmmət Göklenov yalnız öz elmi nailiyyətləri ilə deyil, həm də dövlət miqyasında dilçilik və təhsil sahəsində həyata keçirilən islahatların fəal iştirakçısı kimi yadda qalıb. O, ömrünün böyük hissəsini türkmən dili, ədəbiyyatı, fonetika elmi və Şərq dillərinin inkişafına həsr etmiş görkəmli ziyalı, alim və müəllimdir. Onun zəngin elmi irsi, yetirdiyi tələbələr və yaratdığı tədris ənənələri gələcək nəsillər üçün uzun illər boyu yaşayacaqdır. Ustad elm xadiminə bol yaradıcılıq uğurları, sağlam ömür arzulayırıq.

Almaz Ülvi BİNNATOVA

Filologiya elmləri doktoru, professor Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri, TürkSOY-un "Məhtimqulu Fəraqi - 300" yubiley medalının mükafatçısı Özbəkistan Respublikasının "Dostluq" ordeni mükafatçısı Bakı, noyabr, 2025



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ