çərşənbə günü, 30 sentyabr 2026
     

İftixarın “Qeyri-səlis məntiq və teatr” monoqrafiyasının təqdimatı keçirildi - FOTO

Image


29 sentyabr 2025-ci ildə Azərbaycan Atatürk Mərkəzində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin qrant müsaqibəsinin qalibi, “Teatr və kino sənətinin inkişafına dəstək” İctimai Birliyinin “Qeyri-səlis məntiq və teatr” adlı layihəsi çərçivəsində İftixar Piriyevin “Qeyri-səlis məntiq və teatr” adlı monoqrafiyasının elm, mədəniyyət və incəsənət xadimlərinin, yaradıcı ziyalıların, media nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirildi.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Monoqrafiyanın elmi redaktoru AMEA Memarlıq və İncəsənət institutunun “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ədəbi-dram hissəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayevadır. Monoqrafiya əsa­sı dünyaca məşhur alim Lütfi Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası prob­lemlərini araşdıran nəzəri-təcrübi tədqiqatdır. “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin teatr sənətinə adaptasiya konseptinin təbliği məqsədi ilə nəşr edilən elmi-nəzəri araşdırma müasir milli teatrımızda modern təzahürdə yeni sənət təfəkkürünə malik qeyri-səlis teatr sistemi ideyasının yaranışına və daha geniş arealda təşəkkülünə təkan olacaqdır.

Təqdimat tədbirini giriş sözü ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadə açdı.

Tədbirdə Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktoru Sevil Həsənova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, tənqidçi-publisist Azər Turan, istimai-siyasi xadim, millət vəkili, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, politoloq Elşad Həsənov, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva, tarix elmləri doktoru, teatrşünas-kulturoloq, professor Minaxanım Əsədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva, teatr, kino, televiziya rejissoru və aktyoru Elvin Mirzəyev, Əməkdar jurnalist Akif Təvəkküloğlu, xalq artisti, professor Bəsti Cəfərova, xalq artisti Sabir Məmmədov, şair-dramaturq, istimai xadim İmir Məmmədli, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Gümrah Ömər, Pedaqoqika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Hicran Sadıqzadə kitab haqqında fikir və mülahizələrini söylədilər.

Professor Ərtegin Salamzadə tədqiqat haqqında fikirlərini belə izahlandırdı: “Tədqiqatın əsasında dünya şöhrətli alim Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi dayanır. Nəzəriyyənin mahiyyəti bir neçə prinsipdən ibarətdir: dünyada səlis ölçülər yoxdur; riyazi çoxluqları qeyri-səlis çoxluqlar əvəz edir. bütün proseslərin çoxqatlı paradiqmaları meydana gəlir. Lütfi Zadənin nəzəriyyəsi dünya haqqında təsəvvürləri köklü surətdə dəyişdirir. Klassik təfəkkürdə tezis-antitezis, subyekt-obyekt münasibətləri baş verir. Dəqiq elmlərdə və yaxud mədəniyyət, iqtisadiyyat, riyaziyyatda qlobal inkişaf paradiqmasını dəyişmək, onun əvəzinə yeni paradiqmanın – postparadiqmanın əmələ gəlməsi deməkdir. İftixarın “Qeyri-səlis məntiq və teatr” kitabı cəmiyyətdə postmodern mədəniyyətini təsdiqləyir və qəti surətdə qarşımıza qoyur. Postmodern mədəniyyəti postfəlsəfə, postelm, postməntiq kimi fenomenləri meydana çıxarır və Qeyri-səlis məntiq həmin postməntiqin göstəricisidir. İftixar müəllim mədəniyyətdə meydana çıxan yeni qaydaların formalaşmasında fəal iştirak edir. Onun “Siluet”, “Səs” tamaşaları, “Qeyri-səlis məntiq və teatr” kitabı buna əyani sübutdur. Həm də İftixar Piriyevin bu tədqiqatı sadəcə humanitar yazı deyildir, multidistiplinar, fənnlərarası bir tədqiqatdır. Bu günkü muhit, qlobal şəkildə elmin inkişafı onu göstərir ki, məhz multidistiplinar tədqiqatlar nəticəsində yeni kəşflər, yeni ixtiralar meydana gəlir. Bu səbəbdən də əldə olunan nəticələr, yeniliklər sənətə də, elmə də öz töhfələrini verə bilir.

Şair-dramaturq, ictimai xadim İmir Məmmədli: Bu kitab teatr və mədəniyyət tarixində yeni fikir və yeni hadisədir. İftixar müəllim İrəvan Azərbaycan Teatrında həmişə axtarışda olub. Teatrda qeyri-səlis məntiqi tapması onun özü üçün, Azərbaycan teatr düşüncəsi üçün yeni bir haldır. Kitab İftixarın yaradıcılığı üzərində qurulub.

“Ədəbiyyat” qəzetinin baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Azər Turan: Kitabda toplanan bir sıra yazıları biz “Ədəbiyyat qəzeti”ndə çap eləmişik. Kitab estetik fikir tariximizdə hadisədir. İftixar orijinal təfəkkür tərzinə malik olan araşdırmaçıdır. Arzu edirəm ki, İftixar özünün “Qeyri-səlis teatrı”nı yaratsın və o teatrda hər gün yeni tamaşalar oynanılsın.

Millət vəkili, filologiya elmləri doktoru, dosent Elnarə Akimova: İftixarın uzun illər İrəvan teatrına rəhbərlik etməsi onun yaradıcılıq laboratoriyanın yaranmasına rəvac verdi. 90-cı illərdə müəyyən klişeləşmiş dəyərlər vardı ki, onlar yeni dönəmlərə, sənətin yeni çağırışlarına, paradiqmalara bütünlüklə cavab verə bilmirdi. Bu tendensiyalar teatra yeni baxış bucağı ilə, yeni interaktivlərlə yanaşmağa cəhd edənləri düşündürürdü. Ədəbiyyat və sənət hər zaman qoşa qanad kimi bir-birinə bağlıdır. Ədəbiyyat materialdırsa, sənət onun üzərində qurulan əsərdir. Ədəbiyyatda gedən hər hansı cərəyanlar, hər hansı tendensiyalar, yeni meyllər teatra daim impulslar verir. Bu kitabda ədəbiyyatın sənətə yanaşması amillərini, həmin o interaktivliyi gördüm. Müəllif estetik platformalarda çıxış etmir, intellektual, professional platformalarda çıxış edir. Kitabda İftixar müəllimin insan amilinə münasibəti də diqqətimi çəkdi. Ədəbiyyat amili insan faktoru ilə işləyir. Sənətin də əsil gücü ondadır ki, insan faktoru, insan dəyəri bütün dəyərlərin fövqünə qaldırıla bilir. İftixar intellektual, rasional yanaşma nümayiş etdirmişdir.

Tarix elmləri doktoru, professor, teatrşünas-kulturoloq Minaxanım Əsədli: Bu kitab İftixar müəllimin sənətə alimanə yanaşmasının nümunəsidir. Biz Qeyri-səlis məntiqi İftixarın araşdırmalarında görürük. Burada həm elmi tərəf, həm təcrübi tərəf öz həllini tapıb. İftixar müəllim ilk qeyri-səlis tamaşa olan “Siluet”i qurdu. Müasir teatr qaydalarına, dünyəvi teatr tendensiyalarına uyğun olaraq elmi-praktiki təcrübələr aparmaq İftixara nəsib oldu. Bu kitab İftixarın çox böyük uğurudur.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva “Qeyri-səlis məntiq və teatr” kitabının ərsəyə gəlməsi münasibətilə müəllifi təbrikləyərək monoqrafiyanın nəzəri və təcrübi əhəmiyyətini səciyyələndirdi. Kitaba öz şərhlərini peşəkar kulturoloq kimi bildirən Y.Əliyeva qlobal sosio-mədəni mühitin sürətli transformasiyalara uğradığı dönəmdə İftixarın qeyri-səlis məntiq teatr sisteminin milli teatr məkanına və ümumiyyətlə, ölkəmizdə humanitar sahəyə gəlişini əhəmiyyətli hadisə kimi qeyd etdi. Tarixən teatr sistemlərinin ictimai və sosial-mədəni proseslərin təsiri altında təkamülünü vurğulayan çıxışçı, sözügedən kitabın Stanslavski, Qrotovski, Arto, Brext, Meyerxold, absurd və postdramatik teatr sistemləri sırasına İftixarın qeyri-səlis məntiq teatr sistemini qürurla əlavə edə biləcəyimizə bir bəyanat olduğunu bildirdi. O, çıxışında tarixi paralellər apardı: hər yeni teatr sistemi mədəniyyətdə baş verən tektonik tərpənişlər zamanı meydana gəlir və cəmiyyətin “güzgüsü”nə çevrilir. XX əsrin 50-ci illərində absurd teatrı – İkinci dünya müharibəsindən sonra sosial-mədəni və mənəvi həyatda baş verən xaosa cavab olaraq yarandı; 25-30 il daha sonra yeni mədəni identikliyin formalaşması, o cümlədən klassik dramın böhranı şəraitində postdramatik teatr gündəmə gəldi; hazırda isə, daha 50 il sonra, artıq XXI əsrin I rübündə müasir dünyanın mürəkkəbliyi və qeyri-müəyyənliyinə reaksiya kimi qeyri-səlis məntiq teatrının təşəkkülü qaçılmaz hadisə oldu. İftixarın qeyri-səlis məntiq teatrının əsas ideyası – mədəniyyətin yaradıcısı olan İnsanın həyat fəaliyyətində, o cümlədən incəsənətdə qeyri-səlis məna, simvol və dəyərləri nəzərə almağın zəruriyyətini əks etdirir. Kitabda aktyor və rejissorların təcrübələri nəticəsində əldə etdikləri bununla bağlı qənaətlərini onların öz dilindən eşitmək mümkündür: “...qeyri-səlis məntiq teatrı ön plana emosiya və intuisiyanı çıxarır, binar məntiq və süjet arxa plana keçir, .... insan varlığının mürəkkəbliyini və ziddiyyətliliyini açıb göstərməyə geniş imkanlar verir”. Y.Əliyeva çıxışının sonunda auditoriyanı dolaşıq durumların kulturoloji həlli ilə səciyyələnən milli teatr sisteminin “yeni erasının” yol xəritəsi olan, habelə yeni analitik sistemi təqdim edən bu kitabla yaxından tanış olmağa dəvət etdi.

Teatr, kino, televiziya rejissoru Elvin Mirzəyev: Bütün elmlər bir-birilə kəsişir; bütün elmlər özünü bir-birinin içində tapır. Bu günkü görüşün də məhz belə dəyirmi masa arxasında olması çox maraqlıdır, zatən elə bu kitabın öz məntiqini təsdiqləyir. O üzdən düşünürəm ki, heç bir bucaqlar, heç bir xəttlər yoxdur, çevrədə yığılan insanlar xəttsizdir, qeyri-səlisdir. Düşünürəm ki, Lütfi Zadənin ən böyük tapıntısı məhz kainatın bu enerjisini tapması idi. Yəni dəqiq məntiqi, ümumiyyətlə başqa, tamamilə məntiqsiz anladığımız, qeyri-səlis anladığımız məntiqə çevirib. Bu baxımdan yanaşdıqda görürük ki, həqiqətən də bütün kainat məhz bu cürdür. Bütövlükdə isə bütöv kainat hər birimizin həm içində, həm çölündədir. Bizim daxili dünyamız da heç bir sərhədi olmayan sərhədsiz faktordur. Dünyada bu elmi kəşf edənin azərbaycanlı olması və ilk azərbaycanlının bunu artıq sənətə gətirməsi faktorudur, bu günkü hadisədir. Bu məntiq teatr sənəti çərçivələrinə sığmır. Bir xeyli vaxtdır ki, bir mövzu üzərində danışırıq, “Kral Lir” üzərində işləyirik və mən həmin qeyri-səlis məntiqin məhz Kral Lir üzərində də tapıntısına, baxmayaraq ki, kəşf İftixara aiddir, amma mən bu kəşfdən faydalanaraq bu işin üzərində tətbiq edirəm. İftixar müəllim bütün sənətlərin çeşməsində yaşayan bir sənətkardır. Məşq proseslərində mən içimdə bir aktyor kəşf elədim, aktyor İftixarı bundan əvvəl də tanıyırdım, amma İftixar Piriyevin nə qədər böyük aktyor olduğunu, böyük dünyaya malik olduğunu məşqlərdə kəşf elədim. Artıq bizim öz sənətçilərimizə dəyər verməyimizin vaxtıdır və çoxdan vaxtıdır. Bu kitabın içindəkilərin tədris ocaqlarında tətbiq olunması da çox təbii olardı. Bu günkü gündə mən teatrda bir Kral Lir tanıyıram və o Kral Azərbaycan mədəniyyətində yeni bir tapıntıdır. Lirin səsi İftixarın səsidir və o Kralın siması İftixar Piryevin simasıdır.

Filologiya elmləri doktoru, professor Rüstəm Kamal: Bu kitab mənim gözümün qabağında yaranıb. İftixar bu ideyanı mənə danışanda ona dəstək verdim. Dedim, mən bu nəzəriyyədən heç nə anlamıram, çünki bu, texnoloji prosesdir, texnikaya, mühəndislik işinə aiddir. Amma qeyri-səlis məntiqin humanitar elm sahəsinə, xüsusən də teatr sənətinə tətbiqinin müəllifi İftixardır. Teatr sənəti bir çox nəzəriyyələrin fövqündə duran sənətdir; çünki sinkretik sənətdir, sintez mədəniyyətidir. İftixar bu texnoloji nəzəriyyəni, riyazi nəzəriyyəni mənə nə qədər sadə dillə izah etsə də, bir şey anlamadım. Yenə izah etdi, mən də yeni terminləri özündən soruşurdum. Həm sinergetikanı, həm qeyri-səlis nəzəriyyəni bir araya gətirmək... Deyirdim ki, sən bu nəzəriyyəni rejissor işinəmi, aktyor oyununamı, yoxsa dram mətninə tətbiq edirsən? Bu kitabda qeyri-səlis məntiq rejissor işinə tətbiq edilib. Çox maraqlı kitabdır. İlk dəfə idi ki, mən teatrşünaslıqda belə mürəkkəb kitaba rast gəlirdim. Adətən teatrşünaslar kitablarında tamaşanın süjetini danışırlar, bir az da patetika, aktyor oyunu, pafoslu sözlər; baxıb görürsən ki, nəzəri yanaşma olmur. O yanaşma ki, sən teatrşünas onu görürsən, yaxud da rejissorla teatrşünas arasında qarşıdurma yaranmasın deyə. Son 20-30 ildə nəzəri ümumiləşdirmələr görməmişəm. Kitabda çoxlu maraqlı terminlər vardır, məsələn aktyor energetikası, yaxud da mətnin özündən gələn energetika. Bu, çox maraqlıdır. İftixar teatrın içindən gələn sənətkardır, həm aktyor, həm rejissordur, teatrın içini də, çölünü də möhtəşəm bilir, həm də yüksək nəzəri qələmə sahibdir, bu, çox mühüm amildir. Nəzəriyyənin tətbiqini teatrşünaslıq dilinə gətirmək fövqəladə çətin məsələdir. Aktyor psixologiyasına yeni yanaşma, yeni baxış, yeni skeptik yanaşmalar...

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva: “Qeyri-səlis məntiq” nəzəriyyəsi dünya elminin korifeyi Lütfi Zadənin özünün qeyd etdiyi kimi, dəqiq elmlərdən daha çox, humanitar elmlərdə özünü doğruldacaq. “Qeyri-səlis məntiq və teatr” kitabı çağdaş Azərbaycan teatrına yeni sistem, yeni nəfəs, yeni fikir seleksiyası gətirir. Kitab bu günün yox, gələcəyin teatr sənəti araşdırmaçılarına ünvanlanıb. Monoqrafiya teatrşünaslıqda yeni nəzəri istiqamətin – teatr məntiqi (логика театра) istiqamətinin yaranışına rəvac verdi. 20-ci əsrdə absurd cərəyanı absurd teatrının yaranmasına necə təsir göstərdisə, 21-ci əsrdə “Qeyri-səlis məntiq” nəzəriyyəsi qeyri-səlis məntiqlə yaranan “Qeyri-səlis teatrı”nı yaratdı.

Əməkdar jurnalist Akif Təvəkküloğlu: Mən bir daha əmin oldum ki, teatr aləmində İftixarın bilmədiyi qeyri-mümkün olan bir şey yoxdur. Bu gün bütün dünya saniyələrlə sürətli inkişafdadır. Sizin bu kitabınız da teatr aləminə yeni töhfə verən bir vasitə olacaq və siz burada rejissora və aktyora çox böyük imkanlar yaradırsınız ki, keçmişdə olan köhnə standart formaları bir kənara qoymaq lazımdır; rejissor aktyora elə bir imkan yaradır ki, aktyor özünün nə qədər potensialı varsa, onu təcəssüm etdirsin.

Xalq artisti Bəsti Cəfərova: Çox fəxr edirəm ki, bu gün burdakı insanlar İftixarın işığına yığılıblar. İftixarla biz eyni dönəmdə İncəsənət Universitetində oxumuşuq, eyni vaxtda Akademik Teatra gəlmişik. İstedadlı insan hər bir sahədə istedadlıdır, yəni İftixar aktyor kimi də istedadlıdır, onun özünəməxsus rolları vardır. İftixarın şeir kitabları, pyeslər toplusu vardır. İndi də həmkarım elm yoluna qədəm qoyur, ona bu çətin elmi işlərdə böyük uğurlar arzulayıram.

Pedaqoqika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Hicran Sadıqzadə: İftixar özünü bütün sahələrdə: dramaturgiyada, poeziyada, aktyorluqda, rejissorluqda sınayıb. Biz onun “Soyqırımı tarixinin dastanı” pyesini tamaşaya hazırlamışdıq. Həmin əsərdə baş verən hadisələr qeyri-səlis teatrı yaranmazdan xeyli əvvəl qeyri-səlis məntiqlə təqdim olunurdu. İftixarın yazıları qeyri-adidir, fərqli yanaşma manerasında işlənir. A.Nəzərin müəllifi olduğu Şəhid mayor Vüsal Vəliyevin qəhrəmanlığına həsr olunmuş pyes əsasında İftixarın hazırladığı, rejissoru olduğu “Səs” adlı heyrətamiz qeyri-səlis tamaşasına baxmışıq. İftixar sənətdə də, elmdə də çox uğurlar qazana bilən istedadlı sənətkardır.

Xalq artisti Sabir Məmmədov: Biz İftixarla Elçinin “Stalin” pyesi əsasında “Stalin – İzm” tamaşası üzərində çalışırıq. İftixar bu tamaşaya Qeyri-səlis məntiqi tətbiq edir. Aktyor ifaçılığında klassik oyun üslubu, ənənəvi, modernist, epik janr və s. ifa üslubları vardır. Qeyri-səlis düşüncənin aktyor sənətində tətbiqi isə həddən artıq mürəkkəbdir. Qeyri-səlisin tətbiqi aktyor ifaçılığında böyük təzadlardan keçir. Düşüncə tərzi, plastika, necə olur ki, eyni anda həm hərəkət edirsən, həm söz deyirsən, həm kədərlənirsən, həm sevinirsən, həm də eyni anda düşünürsən. Bunları realizə etmək üçün aktyora xüsusi hazırlıq tələb olunur. O hazırlıq düşüncədə baş verir, sonra buna səs tembri, mimik ifadələr, plastika qoşulur. Tamaşaçı bunu necə qəbul edir? Biz Stalini həm despot, həm insan, həm də sevən birisi kimi təqdim edirik. Son nəticədə bütün bu komponentlər aktyorun üzərinə düşür. Qeyri-səlis sistem həm də mühərrikdir, çevikdir. Bu nəzəriyyəni hər bir sahəyə tətbiq etmək mümkündür. Siz “Stalin – İzm” tamaşasına baxanda bütün bunları görəcəksiniz. Bu, Azərbaycan teatr sənətində, aktyor ifaçılığı məktəbində - aktyordan səlis düşüncə və qeyri-səlis ifa bacarığı tələb edən çox yeni təzahürdür.

Tədbirin sonunda layihə müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev “Qeyri-səlis məntiq və teatr” monoqrafiyasının təqdimat mərasimində müzakirələrə qatılan elm, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı ziyalılara, media nümayəndələrinə və xüsusən QHT Agentliyinə, Atatürk mərkəzinin rəhbəri akademik Nizami Cəfərova, tədbirə yüksək səviyyədə moderatorluq edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadəyə dərin təşəkkürlərini bildirdi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ