Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.