Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın qeyri-neft sektorunda artım daha dinamik şəkil aldı…

Image


Ölkədə həyata keçirilən kadr və struktur islahatları, faktiki olaraq, Azərbaycanın iqtisadi tərəqqisində artıq yeni bir mərhələnin açılması ilə müşayiət olunmaqdadır. Belə vəziyyətdə diqqət çəkən əsas məqamlardan biri qeyri-neft sektorunda dinamik artımın qeydə alınmasıdır. Təhlillər göstərir ki, artıq bu gedişlə Azərbaycanın enerji resurslarından və onların dünya bazarlarında tez-tez dəyişən qiymətlərindən asılılığı tam aradan qalxacaq.

Bütün bunların kökündə dayanan başlıca faktor isə məhz reallaşdırılan islahatlardır. Xatırladaq ki, hələ 2015-ci ildən başlayaraq ölkə məhz bu islahatlarla yeni inkişaf mərhələsinə qədəm qoyub. İndi Azərbaycanda artıq postneft dövrünün iqtisadiyyatının qurulması müşahidə olunur. İqtisadi şaxələndirilmə, idarəetmədə şəffaflığın yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, məmur özbaşınalığına son qoyulması qeyd edilənlərin real təzahürləri sayılır. İnstitusional islahatların dərinləşdirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi də bu istiqamətdə mühüm addımlardır. Həmçinin əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində sosial islahatlar paketi reallaşdırılır, sistemli struktur və kadr islahatları həyata keçirilir, gənc kadrlara, savadlı mütəxəssislərə geniş meydan verilir. Bunlar isə nəticə etibarı ilə ümumi inkişafa müsbət təsir edir. Elə bütün bunların nəticəsidir ki, artıq qeyri-neft sektoru iqtisadiyyatda xüsusi çəkisini artırır. Gələn il gəlirlərin formalaşmasında, ümumi iqtisadi inkişafda qeyri-neft seketorunun payının daha da artması bu mənada qaçılmaz sayılır. İqtisadiyyat naziri Mikayıl Cabbarov da təsdiq edir ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir bildirib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir.

Maliyyə naziri Samir Şərifov da bildirir ki, 2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri qeyri-neft sektorunun inkiaşfı ilə bağlıdır. Nazir qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu fonda qeyd edir ki, artıq cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri əhəmiyyətli dərəcədə artıb. O həm də vurğulayır ki, 2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir. Yuxarıda qeyd olunduğu kimi isə, gələn il artıq bu büdcənin az qala yarısı məhz qeyri-neft sektrru hesabına formalaşacaq. Ekspertlər də qeyd edir ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunmuş nailiyyətlər bu nəticələri yaradır. Belə vəziyyət həm də qeyri-neft sektoru üzrə ixrac və valyuta daxilolmalarının miqdarını artırır.

Qeyd edək ki, bu ilin ilk üç rübündə qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 206 milyon dollar və ya 17 faiz artıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan qeyri-neft məhsullarını əsas etibarı ilə Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, İtaliyaya, ərəb ölkələrinə göndərib. İlin sonuna kimi qeyri-neft ixracının 2 milyard dolları ötməsi, gələn il isə bu rəqəmin azı 2,5 milyard dollara çatması gözlənir. Bu isə qeyri-neft sektoru üzrə valyuta gəlirlərini də artırır. Bu məsələdə turizm sektoru da öz sözünü deyir.

Məlumat üçün bildirək ki, cari il yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 2,4 milyon və ya ötən ilin eyni ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi  gəlib. Bu ilin sonuna kimi turistlərin sayının 3 milyonu keçməsi gözlənir. Onların xərclədikləri vəsaitin miqdarının 2,5 milyard dollar olması da proqnozlaşdırılır. Bütün bunlar təsdiq edir ki, Azərbaycan iqtisadi artım tempini daha çox qeyri-neft sektorunda formalaşdırır. Ekspertlərə görə, bu da məhz iqtisadi inkişafın və iqtisadiyyatda əldə edilən artımın mərhələli şəkildə neft sektorunun qeyri-neft sektoruna transfer olması mənasına gəlir. Yəni qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Bütün bunlar, qeyd olunduğu kimi, 2015-ci ildən sonra keçirilən islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin nəticəsidir. Digər sektorlarda - aqrar, turizm, xidmət sektorlarında artım tempinin proqnozlaşdırıldığından daha çox olması iqtisadi nəticələrin bundan sonra daha yüksək olacağını deməyə əsas verir. Həm də bu islahatlardan irəli gəlir ki, Dünya Bankı Azərbaycanı 20 ən çox islahat aparan ölkə siyahısına daxil edib. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan öz mövqeyini 11 pillə möhkəmləndirə bilib. "Fitch" və "Moody`s" agentliklərinin hesabatlarında Azərbaycan stabil mövqeyini qoruyub saxlayıb. Bunlar o deməkdir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə müsbət təsir göstərir. Ekspertlər qeyd edir ki, gələn ildə də ölkədə daha dərinləşmiş iqtisadi və sosial islahatları müşahidə etmək mümkün olacaq. Bu isə iqtisadi inkişafda daha böyük nailiyyətlərin əldə olunması deməkdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ