Cümə günü, 16 oktyabr 2026
     

Ərəb dünyası və Cənub-Şərqi Asiya nəhənglərinin diqqəti Azərbaycana yönəlir…

Image


İqtisadi müstəvidə son illər daha mühüm nailiyyətlərə imza atmağa başlayan Azərbaycan qarşıdakı dövr ərzində Ərəb dünyası, eləcə də Asiya nəhəngləri ilə münasibətlərini daha da genişləndirməyi düşünür. Xatırladaq ki, xarici iqtisadi müstəvidə Azərbaycan münasibətlərini bu vaxta qədər daha çox Qərb dövlətləri, Rusiya və bir sıra digər MDB ölkələri ilə qurub. Amma indi ərəb ölkələri ilə iqtisadi əlaqələrin dinamik genişlənməsi baş verir və bu, əsas etibarilə, qeyri-neft sektorunu əhatə edir.

Asiya nəhəngləri ilə də əlaqələr durmadan genişlənir. Məsələn, Azərbaycan Çinlə “Bir kəmər bir yol“ kimi böyük bir transmilli layihənin həyata keçrilməsində aktiv əməkdaşlıq edir. Çin şirkətəlri ilə son dövrlər ərzində çoxsaylı müqavilə əldə olunub. Belə bir vaxtda Pakistan və Hindistan kimi böyük ölkələrin də Azərbaycana marağı artır. Xatırladaq ki, elə bu günlərdə ölkəmizə Pakistandan dövlət rəsmiləri və özəl sektoru təmsil edən 150-dən çox biznesmen gəlib. Onların sırasında olan Pakistanın Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının prezidenti Feyzi Məhəmməd bildirib ki, ölkəsinin iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıq qurmaqda çox maraqlıdırlar: “Bakıya bizimlə Pakistanın müxtəlif sahələrə mənsub 150-dən çox sahibkar, rəsmi şəxslər gəlib. Burada bir sıra səmərəli görüşlər keçirərək regionumuzun potensialını nümayiş etdirməyi nəzərdə tuturuq. Əyalətimiz çox zəngindir, böyük neft və qaz yataqlarımız var. Bu vilayət bütün Pakistanın neft ehtiyacının 50%-ni təmin edir. Azərbaycanın isə neft-qaz yataqlarının işlənməsində çox böyük təcrübəsi var. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq etmək niyyətindəyik. Bundan əlavə, Xayber Paxtunxva vilayətinin turizm sahəsində də böyük potensialı var ki, biz azərbaycanlı turistləri bu bölgəyə səfər etməyə çağıracağıq".

Amma qeyri-neft sektoru da xüsusi diqqət mərkəzindədir. Məsələn, artıq bəllidir ki, Pakistan Azərbaycanda farmakologiya və tekstil sahələrində hər iki ölkədən olan biznesmenlərin birgə iştirakı ilə müəssisələr yaratmaq niyyətindədir. Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının vitse-prezidenti Zahid Şinvari, bu fonda, əyaləti təmsil edən biznesmenlərin Azərbaycanda farmakologiya, tekstil sahələrinə investisiya yatırmaq niyyətində maraqlı olduqlarını bildirib: "Biz görürük ki, Azərbaycan bir çox məhsulu Türkiyədən idxal edir. Biz isə tekstil, neft-kimya və digər məhsulları Azərbaycanda istehsal etmək istəyərdik. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla da bölüşmək niyyətindəyik. Azərbaycanın rayonlarında pambıq yetişdirilir. Bu sahədə böyük potensial var. Biznesmenlər azərbaycanlı həmkarları ilə görüş zamanı bu imkanları da nəzərdən keçirəcəklər".

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd xatırladıb ki, Pakistanda əczaçılıq inkişaf etmiş sektordur: "Hazırda bu sahədə ölkədə 2000-dən çox farmakologiya müəssisəsi var. Bizim bu sahədə böyük təcrübəmiz var. Mən ölkəmizdən olan biznesmenlərlə bu sahədə müzakirələr aparmışam. Onlar Azərbaycanda bu sahəyə investisiya yatırmaq istəyirlər. Pakistanlı biznesmenlər Azərbaycan bazarı ilə yanaşı, öz dərman məhsullarını MDB ölkələrinin bazarlarına çıxarmağı da hədəfləyirlər". Bütün bunlar isə qarışdakı dövr ərzində Azərbaycan və Pakistana kifayət qədər böyük üstünlüklər və daha dərin əməkdaşlıq vəd edir.

Xatırladaq ki, hərbi sahədə də əməkdaşlıq dinamik inkişaf edir. Artıq, bilindiyi kimi, Azərbaycan Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almağa maraqlıdır. Tərəflər arasında bununla bağlı indiyədək bir neçə dəfə danışıq keçirilib. Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 “Thunder” təyyarələrinin uçuş və atışlarını izləyiblər. Pakistan bəyan edir ki, təyyarənin satışında heç bir problem yoxdur. 

Pakistanla yanaşı, Hindistan üçün də Azərbaycan olduqca maraqlıdır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi fonunda, əslində, ölkələrimiz arasında yeni əməkdaşlıq qurulur. Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək və oradan da yüklər qatarla Rusiya və Şərqi Avropa ölkələrinə daşınacaq. “Şimal-Cənub”un mühüm hissəsini təşkil edən bu yol Hindistan üçün olduqca səmərəlidir. Bu isə o deməkdir ki, qarşıdakı dövr ərzində hind yüklərinin bir hissəsi Azərbaycandan keçərək Avropa bazarlarına çıxacaq. Amma əməkdaşlıq təkcə bununla məhdudlaşmır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirir ki, Azərbaycan və Hindistan üçüncü ölkələrin informasiya texnologiyaları bazarlarında iştirakla bağlı müzakirələr aparır. Y.Abdullayev qeyd edib ki, bu ilin yayında Hindistandan gələn ticarət missiyalarının iştirakı ilə biznes-forum təşkil edilib: “Biznes-forum çərçivəsində əldə edilmiş razılıqlara uyğun olaraq, informasiya texnologiyaları  sektorunda fəaliyyət göstərən iki Hindistan şirkəti Bakıda ofislərini açmaq istəyir”. Onun sözlərinə görə, Hindistanın dünyada informasiya texnologiyaları sahəsində ön sıralarda olduğunu nəzərə alaraq, Hindistanın Banqlador vilayətində fəaliyyət göstərən informasiya texnologiyaları  şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi müzakirə edilir: “Bununla yanaşı, AZPROMO-nun mütəxəssisləri ilə şirkətlərin nümayəndələri arasında görüşlər keçirilir və ortaq nöqtələr axtarılır ki, hansı sahələrdə biz üçüncü ölkələrin bazarlarında iştirak edə bilərik”. Belə vəziyyət o deməkdir ki, qarşıdakı müddət ərzində Azərbaycan və Hindistan əməkdaşlığı genişlənən xətt üzrə inkiaşf edəcək. İndiki məqamda bu, hər iki tərəf üçün sərfəlidir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ