Cümə günü, 27 noyabr 2026
     

Bakı-Tiflis-Qars dəmir yolu, Zəngəzur dəhlizi Azərbaycanı Avrasiyanın əsas nəqliyyat qovşağına çevirir…

Image


Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ son dövrlərdə daha çox diqqət mərkəzində yer almağa başlayıb. Azərbaycan belə bir dəhlizin olcağaını bəyan etsə də, Ermənistan hələ də buna qarşı çıxmağa çalışır. Halbuki, dəhlizin açılması Ermənistanın hüquqi öhdəliyidir. Rəsmi Bakı bu fonda İrəvandan 10 noyabr atəşkəs razılaşmasına əməl edib, Naxçıvana dəhliz verməsini tələb edir.

Avtomobil və dəmir yolu ilə əlaqə nəzərdə tutulan bu dəhliz açılsa, Azərbaycan hazırda eksklavda olan Naxçıvanla quru yolla birləşəcək. Naxçıvanın Türkiyə ilə birbaşa quru əlaqəsi olduğundan, Azərbaycanın əsas ərazisindən Naxçıvana quru əlaqə həm də Azərbaycanın Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edəcək. Düzdür, bir neçə ilə əvvəl Azərbaycan Türkiyə ilə dəmir yolu əlaqəsi üçün başqa biri iri layihəni - Bakı-Tiflis-Qars dəmir yolu layihəsini həyata keçirib. İndi ekspertləri maraqlandıran məqam budur ki, Naxçıvana Ermənistan ərazisindən dəmir yolu işə düşərsə, Azərbaycana 746 milyon dollara başa gələn Bakı-Tiflis-Qars dəmir yolu xəttinin önəmi azalmayacaq ki?
Gürcüstanın “Rondeli” Fondunun araşdırmaçısı Zurab Batiaşvili düşünür ki, Naxçıvana dəhliz veriləndən sonra Azərbaycanın Türkiyə ilə əlaqə üçün iki alternativi olacaq. Bu da rəqabət yaradacaq. Məsələn, Gürcüstan çalışacaq ki, daha yaxşı şərtlər irəli sürsün. Amma Zurab Batiaşvilinin fikrincə, burada önəmli bir məqam var:  “Yeni dəhlizə kim nəzarət edəcək? Ola bilər ki, bəzi məhsullar Naxçıvana yeni yolla daşınsın. Amma silah və digər daşımaları Gürcüstan üzərindən Türkiyə vasitəsilə daşımaq məqsədəuyğun olacaq”. Bakı-Tiflis-Qars dəmir yolu xətti Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirməyi nəzərdə tutur. Bu layihəni reallaşdırması üçün Azərbaycan, öz xərclərindən savayı, Gürcüstana da illik 1 faizlə 25 illik 775 milyon dollar kredit ayırmağı nəzərdə tutub, amma bu vəsaitin hamısının Tiflisə verilib-verilmədiyi haqda dəqiq məlumat yoxdur. Türkiyə parlamentinin keçmiş millət vəkili, Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan da düşünür ki, yeni yolun açılması ilə Azərbaycanla Türkiyə arasında daşımaların müəyyən bir hissəsi yeni dəhlizin payına düşəcək: “Özəlliklə də Çindən gələcək “İpək Yolu”nun davamı kimi bu yolda sıxlıq yaranacaq. Bu halda həm bu yoldan, həm də Bakı-Tiflis-Qars yolundan istifadə olunacaq. Mən bu yol açıldığı halda, digərinin önəminin azalacağını düşünmürəm. Ola bilər ki, bir müddət yük və sərnişin daşımalarının bir hissəsi yeni yolun üzərinə keçsin. Amma mən hesab edirəm ki, bölgədə sülh olandan sonra hər iki yol əsas kommunikasiya imkanı verəcək”. İqtisadçı Qubad İbadoğlu isə hesab edir ki, Zəngəzur dəhlizinin, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə rəqabətə girə bilməsi üçün böyük vəsait tələb olunur. Çünki Bakı-Tiflis-Qars layihəsinin məqsədi malların Bakının Ələt limanı vasitəsilə Mərkəzi Asiyaya və ordan da geri, Avropaya daşınmasıdır. Zəngəzur dəhlizinin buna alternativ olması isə indilik real görünmür: “Məsələn, Bakıdan Horadizə gedən yolun yenidən qurulması yüz milyonlara dollar vəsait tələb edəcək. Naçxıvandan Horadizə gedəcək yeni yolu sürətli etmək imkanı var, amma Naxçıvan daxilində sürətli yol imkanı azdır. Bakı-Horadiz yolunun infrastrukturu da sürətli daşımalara imkan vermir. Mən hesab edirəm ki, Bakı-Tiflis-Qars yolu rəqabətdə önə çıxacaq”.

Ümumilikdə, Bakı-Tiflis-Qars dəmir yolunun elan olunan əsas məqsədi əsasən Azərbaycana İpək yolu vasitəsilə gəlmiş yüklərin Türkiyəyə və ya əksinə, Türkiyədən gələn malların Orta Asiyaya çatdırılmasıdır. Amma Naxçıvana quru yolunun açılmasında əsas məqsəd Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsinin qurulmasıdır. Lakin bu əlaqə sonradan həm Türkiyənin bu yolla yükləri Orta Asiyaya, ya da əksinə, Mərkəzi Asiyadan yüklərin Türkiyəyə ötürülməsi üçün də istifadə edilə bilər. Digər yandan Rusiya rəsmiləri də bir neçə dəfə bəyan ediblər ki, Naxçıvana dəhlizin açılması Rusiyaya da ağır yükləri dəmir yolu ilə Bakıya, ordan da Horadizə və daha sonra Ermənistana çatdırmağa imkan verərdi. Amma əsas məqam budur ki, istər Bakı-Tiflis-Qars xətti, istərsə də Zəngəzur dəhlizi Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat qovşağına çevirir. Türkiyəli ekspert, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay qeyd edir ki, əslində, Zəngəzur dəhlizi Ermənistanın özü üçün də sərfəlidir: “Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqları baş tutarsa, bu zaman regional problemlər Azərbaycanın xeyrinə həll oluna bilər. Bunun üçün ən mühüm başlanğıc nöqtəsi Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan sərhəd qapılarının açılmasıdır. Belə olan halda bütün Ermənistan dəhlizə çevriləcək və Zəngəzur dəhlizinin və bunun fonunda Rusiya sülhməramlılarının nəzarətçi funksiyası öz əhəmiyyətini itirəcək”.  Bu günlərdə isə  qardaş ölkənin “Türkiyə” qəzeti də maraqlı bir məlumatla çıxış edib: “Türk dünyasını quru dəhlizi ilə birləşdirəcək Zəngəzur xətti rəsmən fəaliyyətə başlayır. Xəttin Zəngəzurdan keçən 37 kilometrlik hissəsində problem yaradan İrəvan geri çəkilərək sərhədlərin müəyyən edilməsi ilə dəhlizin açılmasını qəbul edib. “Turan yolu” da adlandırılan 165 kilometrlik dəhliz may ayında istifadəyə veriləcək. Magistral yolun açılışından sonra dəmir yolu da inşa olunacaq”. Nəşr bildirib ki, Ermənistan tərəfi Zəngəzurdan keçən yol və sərhədlərin dəqiqləşdirilməsi üçün komissiyanın yaradılması qərarını rəsmən qəbul edib: “Zəngəzurun 37 kilometrlik hissəsində təhlükəsizliyi rus hərbçiləri təmin edəcək”.

Qəzet vurğulayıb ki, İrəvanın Zəngəzurda gömrük məntəqəsinin yaradılması ilə bağlı təkidli tələbi Azərbaycan tərəfindən rədd olunub: “Bakı belə bir durumda oxşar addımı Laçında atmaq üçün tərəddüd etməyəcəyini diqqətə çatdırıb”.

Ramil QULİYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ