Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın qeyri-neft strategiyası özünü tam doğruldur - büdcə gəlirlərində qeyri-neft məhsullarının payı 70 faiz civarında...

Image


Dünya enerji bazarlarında son vəziyyətin təhlili burada situasiyanın hələ də ürəkaçan olmadığını göstərir. Yaranmış durum, xüsusən neft hasilatçılarının indi daha çox zərərlə üzləşdiyini üzə çaxarır. Belə görünür ki, vəziyyət dəyişməsə, neft hasilatçılarının zərəri artan xətt üzrə gedəcək. Bu isə faktiki olaraq onların iqtisadiyyatına da mənfi istiqamətdə ciddi təsir edir. Bu mənada, Azərbaycanın son illər ərzində qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində addımlarının nə dərəcədə həyati əhəmiyyət kəsb etməsi də daha aydın görünür.

Söhbət ondan gedir ki, qarşıdakı dövr ərzində iqtisadi inkişafın əsas məhək daşı məhz qeyri-neft sektoru olacaq. Bu mənada, Azərbaycan iqtisadiyyatı neftdən asılı olan bir çox ölkələrlə müqayisədə neft qiymətləri ətrafında yaranan vəziyyətdən daha çox əziyyət çəkməyəcək. Özü də o fonda ki, neft bazarı sürətlə tənəzzülə uğrayır. Bunu Beynəlxalq Enerji Agentliyinin  icraçı direktoru Fatih Birol da xüsusi olaraq vurğulayır. Fatih Birol qeyd edir ki, 2020-ci ildə sutkalıq neft tələbatının 20 milyon barrel azalacağı gözlənilir. O bildirib ki, hazırda neft tələbatı sərbəst formada azalır:“Neft bazarında tələbatın azalmasına baxmayaraq, tədarükdə ciddi artım müşahidə olunur. Qlobal neft tələbatı sutkada 100 milyon barreldir və bunun 80 faizi nəqliyyatda istifadə edilir. Yeni növ koronavirusla əlaqədar bu gün dünyada 3 milyard insan sosial təcrid vəziyyətindədir və hərəkət edə bilmir. Neft tələbatı bu il gündəlik 20 milyon barrel azalacaq”. F.Birol qeyd edib ki, neft bazarında həddən artıq tədarük səbəbindən “qara qızıl”ın qiyməti 20 dollar səviyyəsinə enib, bütün bu inkişaflar qarşıdakı illərdə əhəmiyyətli nəticələrə səbəb olacaq: “Neftə olan tələbatın azalmasına baxmayaraq, Səudiyyə Ərəbistanı, Rusiya və bəzi digər istehsalçı ölkələr bazara əlavə neft çıxarmağı planlaşdırır. İraq, Əlcəzair, Nigeriya, Qabon, Oman və Ekvador kimi neft gəlirlərindən asılı olan ölkələr bu prosesdən ciddi şəkildə təsirlənəcək”. O, qiymət yaxşılaşacağı təqdirdə şist nefti hasilatının yenidən artacağını bildirib: “Həddən artıq neft tədarükü və tələbatın az olması fonunda qlobal neft ehtiyatları çox qısa müddətdə tamamilə dolacaq. Neft bazarındakı inkişaflar təbii qaz və mayeləşdirilmiş təbii qaz bazarlarına da ciddi təsir göstərir”.

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” isə bəyan edir ki, neft hasilatının azaldılmasına dair razılaşma, çox güman ki, kiçikhəcmli və gec olacaq:“ABŞ Səudiyyə Ərəbistanından bazara böyük həcmdə neft çıxarmaq planından əl çəkməsini istəyir. Lakin neft tələbatının rekord həddə azalması fonunda Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı və Rusiyaya təzyiq göstərməsi mümkünsüz görünür”. “Goldman Sachs”a görə, dünyanın bu üç ən böyük istehsalçısı arasında hasilatın azaldılmasına dair mümkün razılaşma, çox güman ki, kiçikhəcmli və gec olacaq. Bütün bunlar isə neft bazarının çöküşünün davam edəcəyini göstərir.

Yuxarıda qeyd olunduğu kimi, hələlik baş verənlər Azərbayacana digərləri ilə müqayisədə daha az təsir edir. Bunu aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard and Poor’s”ın qiymətləndirməsi də göstərir. Qeyd edək ki, dünya bazarlarında neft qiymətlərinin kəskin səviyyədə aşağı düşməsi səbəbindən qurum neft ixrac edən ölkələrin reytinqlərinin növbədənkənar qiymətləndirilməsinə qərar verib. Həmin qiymətləndirmə Azərbaycan üçün də aparılıb. Agentliyin yaydığı açıqlamada ölkəmizin beynəlxalq reytinqində hər hansı dəyişikliyin baş vermədiyi əksini tapıb. Belə ki, Azərbaycanın beynəlxalq kredit reytinqi dəyişməyərək “BB+” səviyyəsində, uzunmüddətli proqnoz isə “sabit” olduğunu təsdiq edib. Agentliyin yayımladığı hesabatda Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha təsdiq olunması ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına, güclü fiskal mövqeyə, aşağı xarici borc səviyyəsinə malik olması ilə əsaslandırılıb.  Bu durum neft qiymətlərinin Azərbaycana az təsir göstərdiyini üzə çaxarır. Halbuki, digərlərində vəziyyət fərqlidir. Məsələn, öz aralarında iqtisadi cəhətdən parçalanan Körfəz ölkələrinin dəyişən qiymətlərdən müxtəlif dərəcədə təsirlənməsi müşahidə olunur. Neft qiymətlərinin büdcə balansına təsirinə nəzər yetirdikdə Küveyt və Qətər qiymət dəyişkənliyində həssas ölkələr kimi fərqlənir. 2008-ci ildəki maliyyə böhranından sonra bu iki ölkənin neftin qiymətinin düşməsi ilə əlaqədar büdcə tarazlığının əhəmiyyətli dərəcədə sarsıldığı müşahidə edilmişdi. Qətərin neftdən asılılığı Körfəz standartlarında qəbul olunan səviyyədədir. Küveytin neftdən asılılığı isə digər Körfəz ölkələri ilə müqayisədə aşağıdır. Lakin Küveyt iqtisadiyyatı miqyas baxımından daha kiçik iqtisadiyyat olduğundan, neft qiymətlərinə həssaslığı nisbətən yüksəkdir.

Bu ölkələrin qeyri-neft sektoru üzrə gəlirlərinin büdcədəki payı belədir: Qətər 17,8 faiz, Küveyt 35,6 faiz. Başqa sözlə, Qətər büdcə gəlirlərində 82,2 faiz neftdən asılı olduğu halda, Küveytdə bu nisbət 64,4 faiz təşkil edir. Büdcəni tarazlaşdırmaq üçün neftin bir barrelinin baza qiyməti isə Qətərdə 43 dollar, Küveytdə 48 dollardır. Neft qiymətləri bu baza qiymətindən aşağı düşdükdə, bu ölkələrin büdcə tarazlığı mənfi istiqamətə keçməyə başlayır. Körfəzdə neftin qiymətinin enməsindən ən çox təsirlənən ölkə neft gəlirlərindən asılılığına və bu miqyasın fərqinə görə Bəhreyndir. Qiymətin yüksək olduğu dövrlərdə də büdcə balansını müsbət səviyyədə tutmaqda çətinlik çəkən Bəhreyn qiymətlər düşdükcə büdcəyə nəzarəti itirə bilər. Bəhreynin qeyri-neft gəlirlərinin büdcədəki payı cəmi 6,8 faiz təşkil edir ki, bu da ölkə iqtisadiyyatının neftdən nə dərəcədə asılı olduğunu göstərir. Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında iqtisadi vəziyyət oxşardır. Bu 3 ölkənin neftlə bağlı iqtisadi strukturu bir-birinə bənzəyir. Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının büdcəsinin neft qiymətindəki dəyişkənlikdən təsirlənmə nisbəti bir-birinə yaxındır və fərq elə də böyük deyil. Büdcə balansını qorumaq üçün neftin bir barreli üzrə baza qiyməti Səudiyyə Ərəbistanı və Omanda 77 dollar, BƏƏ-də isə 62 dollardır.

Qeyri-neft büdcə gəlirləri təhlil edildikdə, bu ölkələr arasındakı fərq elə də çox deyil. Səudiyyə Ərəbistanının büdcə gəlirlərində qeyri-neft məhsullarının payı 17,8 faiz olduğu halda, Omanda bu nisbət 14,9 faiz, BƏƏ-də isə 13,7 faiz təşkil edir. Azərbaycanda isə büdcə gəlirlərində qeyri-neft məhsullarının payı 70 faizə çatır. Bu da qeyri-neft sektorunun inkişafı istiqamətində siyasətin nə dərərcədə vacib olduğunu göstərir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ