Bazar günü günü, 08 noyabr 2026
     

"Azərbaycan Türkiyədən hər zaman hər mövzuda hər şey istəmək haqqına sahibdir"

Image


Azərbaycan Türkiyədən hər zaman hər mövzuda hər şey istəmək haqqına sahibdir. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun "Trend"ə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə birgə hərəkət edir və bu məsələlərdən ən öndə gələni, təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir: "Bir şeyi bilmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin bu şəkildə davam etdirilməsi mümkün deyil. Çünki Dağlıq Qarabağ və ərtaf rayonların işğal altında olması hər zaman potensial təhlükə mənbəyidir".
Diplomat onu da bildirib ki, Türkiyə, nə olursa-olsun, hər zaman Azərbaycana və Dağlıq Qarabağ məsələsinə Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" prinsipi ilə yanaşır.
Onun sözlərinə görə, Türkiyə, eyni zamanda, Dağlıq Qarabağ məsələsinə beynəlxalq hüquq çərçivəsində yanaşır və bu gün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, ortada işğal faktının olmasını kimsə inkar edə bilməz: "Problemin həlli üçün ilk növbədə işğalın aradan qaldırılması lazımdır. Dağlıq Qarabağ probleminin həlli üçün tərəflər ortaq iradə nümayiş etdirməlidir və bu iradəni ilk olaraq işğalçı tərəf nümayiş etdirməlidir. Beynəlxalq ictimaiyyət də Ermənistanı bu iradəni nümayiş etdirməyə sövq etməlidir".
İ.A.Coşqun əlavə edib ki, Azərbaycan tərəfi davamlı müzakirələr aparmaqla, münaqişənin dinc yolla həlli üçün danışıqları davam etdirməklə artıq bu iradəni nümayiş etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT sammitində Dağlıq Qarabağ məsələsini gündəmə gətirdiyini xatırladan diplomat qeyd edib ki, Türkiyə bundan sonra da bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ problemini gündəmə gətirməyə davam edəcək.
Səfir bildirib ki, Türkiyə bölgənin gələcəyinin müəyyən edilməsində düşmənçilik, münaqişə və qarşılıqlı nifrətin olmaması qənaətindədir və Türkiyə ilə Azərbaycan əlində olan bütün imkanları regionun inkişafı üçün sərf etmək istəyir: "Azərbaycan və Türkiyənin bu təşəbbüsü İran, Rusiya və işğaldan əl çəkəcəyi təqdirdə Ermənistan üçün də faydalı ola bilər. Lakin təəssüf ki, Ermənistan rəhbərliyi bunları anlamaq əvəzinə, kor-koranə işğalı davam etdirməklə yanaşı, Azərbaycan və Türkiyəni ləkələmək siyasəti aparır. Bütün bunlarla yanaşı isə Ernənistan özünü məzlum dövlət kimi göstərməyə çalışır".
Diplomat əlavə edib ki, bu gün dünyada müzakirə olunan bir çox problemlər var və İraqdakı böhran, Suriya münaqişəsi fonunda Dağlıq Qarabağ ciddi problem kimi görünməyə bilər: "Dağlıq Qarabağ probleminə dondurulmuş münaqişə adı verilməsi doğru deyil, çünki bölgədə hər an ciddi problemlər yarana bilər".
İ.A.Coşqun deyib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qorunması, regionda sabitliyin və sülhün olması üçün əlindən gələni etməyə hazırdır: "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələdə Türkiyədən daha çox şey tələb edə bilməz".
Ermənilərin qondarma "soyqırım" iddialarına qarşı mübarizədə türk diasporunun üzərinə böyük vəzifə düşür. Bunu "Trend"ə eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun deyib.
Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycan tarixlərinin səhv tanıdılmasının əsas səbəblərindən biri də Qərb ölkələrində Azərbaycan və türk dünyası əleyhinə çalışan diasporların güclü olmasıdır.
Səfir qeyd edib ki, Ermənistanın və erməni lobbisinin Türkiyəyə qarşı irəli sürdüyü qondarma "soyqırım" iddiaları yeni deyil, sadəcə olaraq 2015-ci ildə erməni lobbisi bu məsələni daha ciddi şəkildə qabartmaq və özünə tərəfdar toplamaq üçün daha aktiv fəaliyyət göstərəcək: "Türkiyəyə, türk tarixinə ləkəyaxma kampaniyaları 2015-ci ildə bitməyəcək və tələblərinin də sonu olmayacaq".
İ.A.Coşqun bildirib ki, Ermənistan və erməni lobbisi səhv yoldadır: "Ermənistan və erməni lobbisi 1915-ci il reallıqlarından uzaq olanlara dünyanı da inandırmağa çalışır. Dolayısilə, Ermənistan və erməni lobbisi regionda ortaq gələcəyin qurulmasına əngəl olan bir inanca sahibdir".
Səfirin sözlərinə görə, Ermənistan hakimiyyəti və erməni lobbisi özünü təsdiq etmək üçün 1915-ci il hadisələri zamanı "soyqırım" törədildiyi iddiasından və Türkiyəyə qarşı düşmənçilikdən istifadə edir: "Hazırda Ermənistan hakimiyyəti əhalini işlə təmin etmək əvəzinə, onları əsas problemlərdən yayındıraraq qondarma "soyqırım"ın 100 illiyinə yönəltmək istəyir".
Diplomat əlavə edib ki, Ermənistanın bu cəhdlərinə baxmayaraq, nə Türkiyənin, nə də Azərbaycanın tarixi keçmişində utanacaq, gələcəyimizə ləkə ola biləcək bir hadisə var.
İ.A.Coşqun ermənilərə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu zaman 1915-ci il hadisələri ilə bağlı müraciətini oxumağı məsləhət görüb: "Türkiyə heç bir halda tarixi faktların saxtalaşdırılmasına imkan verməyəcək. 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərimiz açıqdır. Dünyanın bir çox ölkələrinin parlamentinin təsir altında olan, həyatında bir dəfə də olsun Türkiyədə olmayan, türk tarixini bilməyən, beyinləri yuyularaq "soyqırım" iddialarına dəstək verməyə hazır olanlar var. Tarixi faktların araşdırılması üçün Azərbaycanla birgə fəaliyyətimiz daha da genişlənəcək".






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ