Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Türkiyə Cumhuriyyəti - 91
Tarix: 29.10.2014 / 02:12
Bölmə: Gündəm
...Səltənət üsuli-idarəsinin ləğv olunması və Lozanna müqaviləsindən sonra gündəmə gələn "Ölkənin idarə şəkli necə olacaq" sualına cavabı Atatürk və İsmət İnönü 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisində hazırladıqları qanun layihəsi ilə cavab verdilər: "Hakimiyyət qeyd-şərtsiz millətindir, idarə üsulu xalqın öz gələcəyini birbaşa və bilavasitə müəyyən etməsi əsasına söykənir.
Türkiyə dövlətinin hökumət şəkli cumhuriyyətdir. Şimalda Qara dəniz, cənubda Adriatik dənizi, qərbdə Mərmərə və Egey dənizlərinin sahili olan Anadolu yarımadasında yerləşən Türkiyə Cumhuriyyətinin paytaxtı Ankaradır". Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Osmanlı sultanlığı ləğv edildi, yeni türk dövləti yarandı.
Birinci Dünya Müharibəsindən sonra qalib dövlətlərin öz aralarında bölüşdürmək istədikləri Osmanlı torpaqlarında aparılan savaşlar onların planlarını alt-üst etdi. Məqsəd savaşdan məğlub çıxan Osmanlı dövlətinin siyasi varlığını tamamilə yer üzündən silmək, ordunu tərksilah etmək, kiçik bir bölgə daxilində, Anadolunun ucqarlarında məskunlaşdırmaq idi. Altı yüz ildən çox üç qitəyə sahiblənən Osmanlı dövləti tarixin ən çətin sınağı qarşısında idi. Çətin məqamda Mustafa Kamal paşa milli hakimiyyətə əsaslanan yeni bir türk dövlətinin qurulmasından başqa nicat yolunun olmadığını görürdü. Lakin bunun üçün savaşmalı və qurbanlar verilməli idi. Anadoluda hərəkata başlamaq üçün 9-cu ordu müffətişi kimi gənc Mustafa Kamal paşa 16 may 1919-cu ildə "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxaraq 3 gün sonra Samsuna yetişdi. Bu o vaxt idi ki, Yunanıstan imperialist dövlətlərin yardımı ilə İzmiri işğal edərək İstanbula doğru hərəkət edirdi. Qısa zaman içində komandanın liderliyi altında şərqi və mərkəzi Anadoluda Azadlıq Hərəkatı savaşlara başladı. 1922-ci ilin payızına qədər ölkənin hər yerində qanlı savaşlar davam edir, düşmən qarşısında ətdən divar çəkilmişdi. Dənizlərdən və qurudan aramsız hücum edən imperialist ölkələrin orduları qəhrəman Türk Ordusu ilə savaşa tab gətirmir, məhv olur, sağ qalanlar isə başlarını götürüb qaçırdılar. Atatürkün strategiyası və məqsədi Türkiyə torpaqlarını son addımına qədər yadellilərdən təmizləyib yeni bir dövlət qurmaq, türkün şanlı tarixinə qızıl səhifələr yazmaq idi. 1923-cü ilin əvvəllərində Mustafa Kamal paşanın komandanlığı altında düşmən üzərində tam və qəti qələbə çalındı, işğal olunmuş ərazilər düşməndən təmizləndi. Qara dənizdə, Mərmərə və Egeydə ay-ulduzlu qırmızı bayraqların dalğalandığı gəmilər üzməyə başladı.
Savaşmağı mənasız bilərək məğlub olduqlarını etiraf edən imperialist dövlətlər bu dəfə Türkiyə Böyük Millət Məclisi ilə barış və əməkdaşlıq sazişləri imzalamağa məcbur olur. Onların təkliflərini hörmətlə qarşılayan böyük öndər Ankaradan dünyaya yurdda sülh, cahanda sülh, barış, qardaşlıq mesajı verir. Türkiyə ilə razılaşan Qərb dövlətləri dostluq müqaviləsi bağlamaq üçün Ankaraya gəlirlər. Yeni yaranmaqda olan Türkiyə Cumhuriyyəti 1923-cü il oktyabrın 13-də Cənubi Qafqaz respublikaları ilə Qars müqaviləsi bağlayır, oktyabrın 20-də isə Fransa-Ankara sazişi imzalanır. Bu anlaşma Fransanın xəyallarındakı Anadolu macərasına əbədiyyən son qoyur.
Beləliklə, Mustafa Kamal paşanın və türk xalqının qəhrəmanlığı ilə yazılan tarixi gün yetişdi. Düz 91 il öncə - 1923-cü il oktyabrın 29-da Türkiyə Cumhuriyyəti dünyaya elan edildi. Böyük qurbanlar hesabına siyasi müstəqilliyini əldə etməsi Türkiyənin çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Bu qələbə başqa türk xalqlarında da özünəinamı, güvənci artırdı, müstəmləkə altında yaşayan türk-müsəlman xalqları, Şərq ölkələri bu qələbədən sonra milli-azadlıq hərəkatına başladılar, türkçülük ideyaları gücləndi. Qafqazda, Şərqi Avropada, Balkanlarda, Orta Asiyada və Rusiyada yaşayan türkdilli xalqlar arasında Türkiyəyə maraq və sevgi artdı.
Osmanlı üsul-idarəsindən, qayda-qanunlarından imtina edən yeni Türkiyə müasir, sivil qanunlarla idarə olunmaq üçün bir sıra islahatlar keçirməyə başladı. Bu dirçəliş üçün sanki tarix Türkiyəyə əlverişli şərait yaratmış, şanslar vermişdi. İnkişaf etmiş, qabaqcıl ölkələr sırasına çıxmaq, siyasi, iqtisadi və mədəni həyatında mövcud olan orta əsr geriliyini ləğv etmək üçün qəhrəman türk xalqı bu dəfə silahı-savaşı yerə qoyaraq əl-ələ, çiyin-çiyinə, diş və dırnaqları ilə yeni Türkiyə qurmağa başladılar və çox keçmədən uğurla hədəflərinə çatdılar. Aparılan islahatlar nəticəsində ölkədə turizm, sənaye, istehsal, idxal-ixrac və özəlləşdirmə sektoru sürətlə inkişaf etməyə başladı. Türkiyə Balkan, Qafqaz, Orta Asiya, Ukrayna, Rusiya və Orta Doğu üzrə bütün regional layihələrdə ən fəal şəkildə iştirak edir və Qərbin müttəfiqi olmaqla regionun ən güclü dövlətlərindən biridir. Dünyadakı nüfuzu durmadan artır, bir sıra Yaxın Şərq ölkələri Türkiyənin siyasi sistemini örnək götürür. Yeni dünya düzəninin yaranmasında Türkiyənin iştirakı danılmazdır. NATO-da siyasi gücü və nüfuzu durmadan artır. İstanbul dünyada və regionda siyasi sabitliyin mərkəzinə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir deyə vurğulayıb: "...Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzinə çevrilmişdir. O mərkəz ki, özünə dostları cəlb edir, öz təşəbbüslərini əməkdaşlıq, dostluq əsasında irəli sürür. Beləliklə də həm bölgədə, həm dünyada Türkiyə ilə dost olmaq istəyən ölkələrin sayı artır. Həm iqtisadi sahədə, həm siyasi müstəvidə Türkiyənin son 10 il ərzindəki uğurları tarixi xarakter daşıyır. Biz də bu uğurlara sevinir, haqlı olaraq qürur duyuruq. Tam əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı üçün əvəzolunmaz töhfələr verirlər. Bütün türk dünyasının birləşməsi üçün bizim səylərimiz nəticə verir..."
Lakin Türkiyənin dünyanın 20 ən güclü dövləti sırasında olması bir çox supergücləri narahat edir. Bir yandan coğrafi mövqeyi, müsəlman və türk dünyası faktoru, Ankaranın siyasi-iqtisadi iradəsinin artaraq dünyada yeni güc mərkəzlərindən birinə çevrilməsi fövqəl güc mərkəzlərində qısqanclıq yaradır. Bu üzdən aramsız olaraq dövriyyəyə münaqişələr daxil edilir. Təbii ki, Türkiyə bunları böyük uzaqgörənliklə anlayır və öhdəsindən gəlir.
Azərbaycan da, Türkiyə də coğrafi ərazi baxımından dünyanın ən həssas bölgələrində yerləşdiyindən, qayğıları, problemləri də yaxın və oxşardır. Ona görə də bu problemləri bərabərcə, birlik halında çözməyin də zamanı idi. Azərbaycan parlamenti ilk olaraq Türkiyə Böyük Millət Məclisi ilə geniş əməkdaşlığın əsaslarını qoydu. İstər regional, istərsə də beynəlxalq toplantılarda hər iki ölkənin təmsilçiləri dost, qardaş, bir atanın, babanın övladları kimi görüşür, məsələləri bərabər çözüb birlikdə qərar verirlər. Bunlar dünyada tayı-bərabəri olmayan örnəklərdir. Region üçün, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələri birgə icra edirlər. Azərbaycanla Türkiyə arasında tarixi və etnik köklərin vahidliyinə bağlı olan təbii yaxınlaşma ümumi maraqlar ətrafında birləşməyə, möhkəm təməllər üzərində formalaşmağa başladı. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq, dünya birliyi, beynəlxalq aləm məsələyə ikili standart mövqeyindən yanaşır, sanki problemin tez bir zamanda çözülməsinə maraq göstərmirlər. Türkiyə hökuməti dünyanın ikili baxışlarına cavab olaraq birmənalı şəkildə Azərbaycanı müdafiə edərək 1993-cü ildən Ermənistanı siyasi və iqtisadi blokadada saxlayır. İşğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına dönməyincə vəziyyət bu şəkildə davam edəcək. Rəsmi Ankara dəfələrlə Cənubi Qafqazda sülhün bərpa olunması və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün beynəlxalq və zirvə toplantılarında sözünü deyib, dünyanı ədalətli mövqe tutmağa çağırıb.
Azərbaycan müstəqilliyini qazandığı ilk gündən Türkiyə onu dəstəkləyib, hər zaman yanında olub. Hər il fevralın 25-26-sı günləri İstanbulun Taksim meydanında əl-ələ, çiyin-çiyinə Azərbaycan və türk insanları bərabər şəkildə Xocalı faciəsini dünyaya çatdırırlar. Uğurlarımızın əsas mənbəyi ruh birliyimiz, qan birliyimizdədir. Bu birlik münasibətlərimizin hələ dövlətlərarası hüquqa söykənmədiyi vaxtlardan mövcuddur. 1918-ci ildə İstanbulda nəşr olunan "Tefsiri-efkar"qəzeti 6 iyun tarixli sayında yazırdı: "Türkiyənin yeganə arzusu öz qardaşları-Qafqaz türkləri ilə birləşmək və onları uzun əsrlik əsarətdən xilas etməkdir".
Bu gün iki qardaş xalq arasında əlaqələr hərtərəfli genişlənir, möhkəmlənir.
Azərbaycan təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün ilk gündən Türkiyə ilə məsləhətləşmələr apardı, müqavilələr bağladı. İki qardaş dövlətin bərabər işbirliyi tək iki dövlət üçün deyil, dünya üçün əhəmiyyətli oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini, "Trans Anadolu" qaz layihəsini misal göstərmək olar. Vaxtilə BTC-ni əngəlləmək istəyən, reallığına qarşı çıxan qüvvələr bu gün Avrasiya bölgəsinin əsas layihəsi olan Bakı-Tbilisi-Ceyhan xəttinin reallığını qəbul etmək məcburiyyətində qaldılar. Bu qüvvələr eyni zamanda Türkiyə-Azərbaycan birliyini pozmaq təşəbbüslərinin bir işə yaramayacağını da anladılar. Çünki BTC iki qardaş ölkəni bir-birinə daha sıx bağladı.
Dünyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu bu əlaqələri daha da sıxlaşdıracaq. Bu dəmir yolu ilə Çin və Mərkəzi Asiya dövlətləri məhsullarını Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya və Böyük Britaniyaya çatdıracaq. İki ölkə arasında imzalanan enerji əməkdaşlığının son örnəyi "Trans Anadolu" (TANAP) qaz kəməri layihəsidir. İllərdir müzakirə olunan və heç bir nəticə hasil olunmayan NABUCCO-nu Azərbaycan və Türkiyə TANAP-la tamamladı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla ötən il bir araya gələrək TANAP-a yaşıl işıq yandırdılar. 7 milyard dollar dəyəri olan layihə 5 ilə tamamlanacaq. Boru xəttindən ilkin olaraq 16 milyard kubmetr, sonrakı illərdə isə 50 milyard kubmetr qaz ötürüləcək. "Trans Anadolu" qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
2010-cu ildə dövlətlərimiz arasında "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" təsdiqləndi. Dövlətlərarası əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasını nəzərdə tutan bu sazişdə hərbi məsələlər, müdafiə sənayesi prioritet istiqamət təşkil edir. Olduqca əhəmiyyətli razılaşma hesab olunan bu müqavilə siyasi, iqtisadi, ticarət, mədəni və elmi sahələrdə də əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
İki qardaş dövlət arasında mədəniyyət və turizm əlaqələri də durmadan genişlənir. Yer üzünün cənnəti hesab edilən Türkiyəyə hər il minlərlə azərbaycanlı da turist səfərinə gedir, bu da bağlılığın, doğmalığın bir ifadəsidir. İki qardaş ölkə arasında mədəni əlaqələr TÜRKSOY çərçivəsində və müxtəlif formalarda ən yüksək şəkildə gerçəkləşir. Bir dönüb tarixə baxsaq dərin köklərə bağlı olan xalqlarımız bir arada, bir ortamda yaşamaq üçün tarix boyu ağır sınaqlardan çıxıb. Birliyimiz, bərabərliyimiz və yumruq kimi möhkəm olmağımız üçün atalarımızın, babalarımızın uğrunda apardığı savaşlar bəhrəsini verdi. Ümid edirik ki, aramızda qurulan körpüləri heç bir güc dağıda bilməyəcək, bu körpülər sonsuzadək bizi bir-birimizə qovuşduracaq.
Mədəniyyətləri və soykökləri eyni olan xalqların yaxınlaşması, inteqrasiyası tarixi zərurətdir. Türkiyə ilə türkdilli ölkələr arasında media körpüsü yaranmalıdır. Türklük təməlimizə qayıtmağın ən vacib şərtindən biri bu, ondan da önəmlisi iqtisadi inteqrasiya, ortaq türk bazarıdır...
Bu gün tarixi reallıq ən prioritet məsələ kimi Türkiyə ilə digər türkdilli respublikalar arasında sürətlə iqtisadi birliyi diqtə edir. Güclü iqtisadi yaxınlaşma digər sahələrdə də birlik və bərabərliyin inkişafını saxlayar. 90-cı illərin əvvəllərində müstəqillik qazanmış türkdilli respublikalar Türkiyə ilə bir sıra inteqrasiya prosesi həyata keçirdi. İslam Konfransı Təşkilatında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və bir sıra beynəlxalq qurumlarda birləşdilər. Lakin bu ölkələrin fərqli iqtisadi və siyasi quruluşa malik olması, iqtisadi baxımdan bir-birinə ehtiyatla yanaşması, həmçinin rabitə və informasiya sahəsində yaranan problemlər, media münasibətlərinin formalaşmaması qardaş respublikaların sürətlə yaxınlaşmasını ləngitdi. Mədəniyyət və soykök yaxınlığı kifayət etmir. Dünya nizamı adlanan təkqütblü iqtisadi nəzəriyyə son zamanlar regional iqtisadiyyatla əvəzlənməyə meyllidir. Yəni dünyada, xüsusən də türkdilli respublikaların əksəriyyətinin daxil olduğu Sovet İttifaqında mərkəzləşdirilmiş iqtisadi siyasət dağıldı. Belə bir durumda türkdilli respublikaların bir-birilə inteqrasiyası tarixi zərurətdən doğur, təbii və normaldır. Belə bir şəraitdə türk dünyasına arzumuz bir can, bir bədən kimi birləşməsi və sonsuzadək ayrılmamasıdır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ