Səudiyyə Ərəbistanında, kral ailəsinin üç üzvü - Kral Salmanın kiçik qardaşı şahzadə Əhməd ibn Əbdüləziz, kralın qardaşı oğlu, keçmiş vəliəhd şahzadə Məhəmməd bin Nayefi və onun kiçik qardaşı şahzadə Nəvaf ibn Naifin həbsindən sonra yeni həbslər aparılıb
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ən azı 20 şahzadə ölkənin de-fakto lideri vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmri ilə həbs edildiyi barədə xəbərlər yayılıb.
Saxlananların çevrilişə cəhd etdikləri iddia edilir.
Middle East Eye xəbər portalı kral ailəsinin ən azı 20 üzvünün, şahzadə Məhəmməd bin Salmanı devirməyə cəhd etdikləri iddia edilərək həbs olunduğunu bildirir.
Məqalədə, vəliəhd şahzadə Məhəmmədin tutdurduğu digər şahzadələri onu devirmək üçün, aralarında amerikalıların da olduğu xarici qüvvələrlə görüşməkdə ittiham etdiyi iddia edilir. Həbs qərarının altında Kral Salmanın imzası olduğu iddia edilir.
Qeyd edilir ki, həbslərdən sonra vəliəhd şahzadə Məhəmməd kral ailəsindəki digər şahzadələrdən Twitter-də ona sədaqətlərini bölüşmələrini istəyib, ancaq üç şahzadə onun əmrini yerinə yetirib.
Digər tərəfdən kütləvi həbs dalğası və əməliyyatlar yeni bir iddianın ortaya atılmasına səbəb olub. Sosial mediada 84 yaşlı Səudiyyə Ərəbistanı kralı Salman səhhətinin yaxşı olmadığı, şahzadə Salmanın nəzarəti ələ almaq üçün əməliyyat başlatdığı bildirilib. Fransız xəbər agentliyi AFP-yə danışan bəzi mənbələr isə bu iddiaları təkzib edib.
"Kral səhətində problem yoxdur və yaxşıdır. Həbslər kral ailəsi daxilində nizam-intizamı təmin etmək üçündür. Nəzarət onsuzda vəliəhd şahzadədədir. İki şahzadənin mənfi davranışlarından sonra əməliyyat təşkil edildi”.