Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında 6 saat davam edən görüş başa çatıb. Görüşdə Suriya xüsusilə son günlər gərginliyin yaşandığı İdlib əsas müzakirə mövzusu olub.
Liderlər danışıqların yekunu olaraq Suriyada nizamlanmaya dair birgə sənədi razılaşdırıbar.
Görüşdən sonra Ərdoğan və Putin jurnalistlərin suallarına cavablandırıb.
Rejimin hücumlarından sonra İdlibdə yeni bir statusun yaradılmasının qaçılmaz oıduğunu deyən Ərdoğan bölgədə atəşkəsin gecə yarısına qədər qüvvəyə minəcəyini söyləyib: "Türkiyə bu müddətdə rejimin edə biləcəyi hər cür hücuma bütün gücü ilə və bütün sahədə cavab vermə hüququnu özündə saxlayacaq".
Putin isə mülki şəxsləri qoyacaq, atəşkəsi təmin edəcək və humanitar yardımda irəliləməyə kömək edəcək bir sənəd hazırladıqlarını söyləyib: “Bu gün ölkələrimizin Astana formatı çərçivəsində fəaliyyətlərini davam etdirəcəklərini bir daha təsdiqləmək istəyirik. Astana prosesinin əhəmiyyəti barədə razılığa gəldik. Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıq. Ortaq sənəd hazırladıq”.
Sonra sözügedən sənəd Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlüd Çavuşoğlu və Sergey Lavrov tərəfindən açıqlanıb. Sənəd üç bənddən ibarətdir:
1. 6 mart gecə yarısından etibarən mövcud təmas xətti üzrə bütün hərbi əməliyyatları dayandırılsın;
2. Rusiya və Türkiyə Suriyadakı M-4 yolundan 6 kilometr şimala və cənuba təhlükəsizlik koridoru yaradrlar. Təhlükəsiz koridoru ilə bağlı detallar Türkiyə və Rusiya Müdafiə nazirlikləri arasında 7 gün ərzində razılaşdırılacaq;
3. Rusiya və Türkiyə martın 15-dən M-4 yolu boyu birgə patrula başlayırlar.