“Yeni Zelandiyada terror törətmiş Brenton Tarrantla Avstriyadakı “İdentitarist nəsil” hərəkatının rəhbəri Martin Sellner arasında əlaqənin olması ehtimalı ilə bağlı araşdırma başlayıb.
Baki-xeber.com xəbər verir ki, istintaq çərçivəsində evində axtarış aparılan Sellnerə soyadı Zelandiyada terror törətmiş şəxslə eyni olan bir hesabdan 1500 avro yardım edildiyi ortaya çıxıb.
Avstriya kəşfiyyatı müəyyənləşdirib ki, Yeni Zelandiyada terrorçusu Brenton Tarrant ötən ilin noyabrında bu ölkədə səfərdə olub. O Vyana və Avstriyanın başqa şəhərlərində olub.
Avstriya baş naziri Sebastyan Kruz, Yeni Zelandiyada terror törətmiş Brenton Tarrantın Avstriyada bağlantısının ortaya çıxarıldığını bildirib. “Yeni Zelandiyada terror törətmiş şəxsin Avstriyada fəaliyyət göstərən sağçı-ekstremist “İdentitarist nəsil” hərəkatı arasında maliyyə dəstəyi və əlaqə olduğu müəyyənləşdirilib” – deyən S.Kruz bu əlaqənin detallı şəkildə araşdırılacağlını bildirib.