Türkiyәnin xarici İşlәr naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın İsrailin Suriyanın Qolan təpələri üzərındəki suverenliyini tanıması ilә bağlı qәrarına reaksiya verməyən bәzi ərәb ölkәlәrini tənqid edib.
Baki-xeber.com xəbər verir ki, M.Çavuşoğlu Trampın bu addımına ilk reaksiya göstәrәn ölkәnin Türkiyә olduğunu deyib.
"Suriya da Ərəb Liqasının üzvüdür. Bölgədəki ərəb ölkələrindən səs çıxdımı? İlk reaksiya verən Türkiyə oldu. Avropa Birliyi belə sərt reaksiya verdi, ancaq bəzi ərəb ölkələri İsrail məsələsində səslərini çıxara bilmirlər…
Mən İordaniyanı və ya başqasını nəzərdə tutmuram, Qətəri də demirəm. Mənim nəzərdə tutduğum ölkələr Qüdsün işğalı qaşısında ABŞ-a qarşı səs çıxarmayan, Qüdsün hamisi İordaniya və Fələstinə “siz səsinizi çıxarmayın, biz ABŞ və İsrailə qarşı dirənə bilmirik” deyən ərəb ölkələridir” – Çavuşoğlu deyib.
Qeyd edәk ki, ABŞ prezidenti Donald Tramp martın 25-də İsrailin Qolan təpələri üzərindəki suverenliyini rəsmən tanıyıb.