Rusiyanın 2012-2018 illərdə açıq hökumət üzrə naziri Mixail Abızov həbs edilib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, “İnterfaks”, Abızovun FSB tərəfindən aldadılaraq Rusiyaya gətirildiyi və gələn kimi də həbs olunduğunu yazır.
Ötən ilin sonlarında Rusiyanı tərk edən, vaxtilə Kremlin vəzifəyə gətirdiyi ən gənc nazir olan
46 yaşlı keçmiş iş adamı Abızov büdcədən 4 milyard rubl (62 milyon dollar) mənimsəməkdə ittiham olunur.
“İnterfaks”, Abızovun FSB tərəfindən aldadılaraq Rusiyaya gətirildiyi və gələn kimi də həbs olunduğunu yazır.
Kremlin sözçüsü Peskov, prezident Putinin hadisələrdənöncədən xəbərdar olduğunu deyib.
“Forbes”ə görə, 600 milyon dollarlıq sərvət sahib olan Abızov Rusiyanın ən zəngin adamları siyahısında 162-ci yeri tutur.
Rusiyanı tərk edikdən sonra onun İtaliyada yaşadığı bildirilirdi.