ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini ABŞ-ın rəsmən tanıdığını elan edən sənədi imzalayıb.
Baki-xeber.com xarici nediaya istinadən xəbər verir ki, ABŞ prezidenti sənədə imzanı İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı atıb.
İsrailin özünü qorumaq hüququnun ollduğunu deyə Tramp bildirib ki, gələcəkdəki barış anlaşmasında, İsrailin özünü İrandan və bölgədəki digər təhdidlərdən qoruması ehtiyacı nəzərə alınmalıdır.
Tramp, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatarın "özünü müdafiə" mənasında haqlı olduğunu və Netanyahuya bu mövzuda tam dəstək verdiklərini söyləyib.
Netanyahu qarşılığında Amerika liderinə minnətdarlığını bildirib: "İsrailin heç vaxt sizdən daha yaxşı dost görməyib". Trampın İsraillə bağlı indiyi kimi verdiyi bütün sözlərə əməl etdiyini deyən Netanyahu, Qolan yüksəkliklərilə bağlı sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.
Mətbuat konfransından sonra Tramp canlı yayımda İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyan sənədi imzalayıb.