İranda sel nəticəsində 11 nəfər həlak olub, 35 nəfər yaralanıb. Baki-xeber.com xəbər verir ki, İran dövlət televiziyası, Şiraz şəhərində leysan yağışlarının səbəb olduğu selin Quran-i Kərim Qapısı prospektində olan avtomobilləri apardığını bildirib.
Sel fəlakəti nəticəsində 11 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.
Digər tərəfdən, ISNA xəbər agentliyinə açıqlama verən rəsmilərdən biri sözügedən prospektdə selin 200-dən çox avtomobili apardığını deyib. Ölkənin şimal, şimal-qərb, cənub və cənub-qərbində keçən həftədən bu yana davam edən şiddətli yağış bəzi çayların üzərindəki körpülərin və bəndlərin dağılmasına səbəb olub.