Böyük Britaniya Baş naziri Teresa Mey “Brexit” razılaşması parlament tərəfindən təsdiqlənərsə, istefa verməyə hazır olduğunu açıqlayıb. Baki-xeber.com xəbər verir ki, bunu Britaniya mətbuatı yazıb.
Məlumata görə, Mey “Brexit” tərəfdarlarına, Avropa İttifaqı ilə razılaşdıqları “Brexit” anlaşması təsdiqlənəcəyi halda istefaya hazır olduğu mesajını verib.
Bu arada, bir qrup hökumət üzvünün “Brexit” prosesində başarısız olan Teresa Meyi baş nazir kreslosundan kənarlaşdırmağı planlaşdırdıqları ortaya çıxıb. “Sunday Times” qəzeti yazır ki, bir qrup hökumət üzvü Mey qarşı hərəkətə keçməyə hazırlaşır.
Adının açıqlanmasını istəməyən ən az 11 nazir, mövcud baş nazir Meydən istefa verməyi tələb etməyi planlaşdırdıqlarını, əks halda kütləvi şəkildə istefa verməklə onu təhdid edəcəkləri qeyd edilir. Sözügedən nazirlərdən birinin, "10 gün ərzində Mey postundan getmiş olacaq" dediyi iddia edilir.