Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu türk və müsəlman düşmənçiliyilə bağlı Avropaya xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, Çavuşoğlu bunun gələcəkdə katolik, protestant və pravoslav düşmənçiliyinə çevrilə biləcəyini deyib.
Avropada türk və islam düşmənçiliyinin yayıldığını və bu vəziyyət dəyişməzsə digər düşmənçiliklərin ortaya çıxacağını deyən Çavuşoğlu bildirib: "Sabah türk düşmənçiliyi, müsəlmanlara qarşı düşmənçilik keçəcək. Katolik, pravoslav, protestant düşmənçiliyi kimi düşmənçiliklər öz daxilinizdə ortaya çıxacaq. Keçmişdə olduğu kimi, İkinci Dünya müharibəsi kimi bir müharibə, yenə sizin üzünüzdən baş verəcək. Dünya müharibələri hər dəfə bunların öz aralarındakı müharibələrdən başlayıb”.