Mühafizəkar partiyasının yüksək vəzifəli üzvləri Britaniyanın baş naziri Teresa Meyə istefa verməyi təklif edib. Baki-xeber.com xəbər verir ki, bu barədə partiyanın yüksək vəzifəli üzvləri BBC-yə açıqlama verib.
Onların sözlərinə görə, Mey əgər özünün “Brexit” planına dəstək qazanmaq istəyirsə vəzifədən gedəcəyinə söz verməlidir. Partiyanı parlamentdə təmsil edən deputatlar deyiblər ki, onlar “Brexit”ə dair müqaviləni həvəssiz də olsa, dəstəkləyə bilərlər, lakin bir şərtlə ki, Avropa İttifaqı (Aİ) ilə danışıqların növbəti mərhələsinə Teresa Mey rəhbərlik etməsin.
Hökumət Teresa Meyin istefa verməyə məcbur edilməsi barədə xəbərləri təkzib edib. Britaniyanın maliyyə naziri isə qeyd edib ki, Baş nazir vazəfəsində dəyişklik etməklə məsələ həll olunmur, çünki söhbət "şəxsiyyətlərlə bağlı deyil".
Bu arada Britaniya qəzetləri hökumət nazirlərinin Teresa Meyi istefaya göndərmək məqsədilə iş gördüklərini yazıb.