Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) ilə bağlı ikinci referendumun keçirilməsini tələb edən Aİ tərəfdarı təxminən bir milyon insan, paytaxt London küçəyə çıxıb.
Baki-xeber.com xəbər verir ki, nümayişçilər “Brexit”in parlamentdə keçirilən səsvermələrdə ard-arda rədd edilməsi və prosesin siyasi böhrana çevrilməsindən sonra ölkənin gələcəyinə dair yekun söz haqqının xalqa verilməsini tələb ediblər.
Əllərində Avropa İttifaqı, Böyük Britaniya və Şotlandiya bayraqlarını daşıyan və yenidən referendum keçirilməsini tələb edən AB tərəfdarları Hayd-parkdan parlamentin qarşısına qədər yürüş ediblər.
Mitinqdə Londonun bələdiyyə başçısı Sadiq Xan, Leyboristlər partiyasından olan deputat Tom Vatson, Şotlandiyanın birinci naziri Nikola Störgn, müstəqil deputat Anna Sörbi və sabiq baş prokuror Dominik Qriv də iştirak edib.
“Brexit” tərəfdarı qüvvələr Londonun mərkəzində ikinci referendum lehinə yürüşün mümkün siyasi təsirlərindən narahatdır. İkinci referendum britaniyalı seçicilərə 2016-cı ildə Aİ-ni tərk etmək lehinə səs vermələrinə baxmayaraq, bu dəfə ittifaqda qalmağı dəstəkləmələrinə imkan yarada bilər.
Britaniyanın baş naziri Tereza Mey qanunvericilərə bildirib ki, o, gələn həftə parlamentdə mübahisəli “Brexit” planının təsdiq olunmasına çalışmayacaq. Mey, qanunvericilərə yazıb ki, o, Avropa İttifaqından ayrılmaq planını onun keçməsi üçün kifayət qədər dəstəyin olduğundan əmin olduğu təqdirdə parlamentə təqdim edəcək: “Əgər gələn həftə kifayət qədər dəstək olmadığını görsəm və ya İcmalar Palatası planı yenidən rədd etsə, biz aprelin 12-dən öncə son möhlətin uzadılmasını istəyə bilərik, amma bunun üçün Avropa Parlamentində səsvermə keçirilməli olacaq”.
Parlement “Brexit” razılaşmasını iki dəfə rədd edib və gələcək günlərdə də onu qəbul edəcəklərinə dair heç bir işarə yoxdur. Heç bir razılıq olunmasa Britaniyanın Avropa İttifaqını aprelin 12-də tərk edəcəyi gözlənilir. Əgər razılıq təsdiq olunsa, Britaniya Avropa İttifaqını İttifaq rəsmiləri ilə razılaşdıqları tarixdə, yəni mayın 22-də tərk edəcək.