Son 6 ayda 2 qəza ilə gündəmə gələn “Boeing 737 Max 8” tipli sərnişin təyyarəsinə görə “Boeing” şirkəti ətrafında kriz böyüyür.
Baki-xeber.com xəbər verir ki, dünya səviyyəsində uçuş qadağası gətirilən “737 Max 8” təyyarələrindən, ilk dəfə bir ölkə əvvəlcə verdiyi sifarişləri ləğv edib.
2014-cü ildə “Boeing”ə 50 “737 Max 8” tipli təyyarə sifariş verən uçan İndoneziyanın hava yolu şirkəti “Garuda Indonesia” o dövrdə dəyəri 4.9 milyard dollar olan anlaşmanı ləğv edib.
Təyyarələrdən birini alan “Garuda” şirkəti, 2030-cu ilədək çatdırılması nəzərdə tutulan qalan 49 təyyarənin sifarişinin ləğv edildiyini və qanuni prosedurun başladılması üçün Amerika təyyarə şirkətinə məktub göndərildiyi bildirib.
“Garuda” sözçüsü İhsan Rosan sifarişin ləğvinin “Garuda” sərnişinlərinin MAX təyyarələrinə güvənməməsi ilə izah edib. Şirkət sözçüsü "Boeing"lə təhvil alınan bir təyyarənın geri qaytarılması məsələsini də müzakirə etdiklərini deyib.
“Garuda” bu günə kimi 26 milyon dollar ödədiyi “Boeing 737 Max 8” sifarişini ləğv edən ilk aviaşirkətdir.