NATO ölkələrinin əsgərləri Ukrayna Silahlı Qüvvələrindən "düşmən məğlub etmək" üçün təlimlər alacaqlar. Baki-xeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko deyib.
Poroşenko, Avropanın ən yaxşılarından biri adlandırdığı Ukrayna ordusunun NATO əsgərlərinə təlim keçəcəyini söyləyib.
"Ukrayna ordusu 2014-ci ildə düşməni ayaqyalın vəziyyətdə qarşıladı. Bu gün son dərəcə böyük bir hərbi ruh və son dərəcə fantastik döyüş qabiliyyətinə malik olduğumuz üçün NATO ölkələrindən gələn əsgərlər hücumların qarşısını almaq, düşməni məğlub etmək məsələsində təlim almaq üçün ölkəmizə gəlirlər" - Poroşenko deyib.